Modern.az

Dərinizi belə qoruyun: Tarixi arayış - QNET-lə sağlamlığına nail ol!

Dərinizi belə qoruyun: Tarixi arayış - QNET-lə sağlamlığına nail ol!

30 May 2017, 11:20

Bizim hər birimizin dəri təmizlənməsi üçün öz ritualımız var. Bəziləri gözəllik vasitələri, digərləri isə dəlicəsinə quru yumadan istifadəni sevirlər. Öz gözəllik adətlərinizin köklərinin haradan gəldiyini “Wday.ru” ilə öyrənin.

Tarixi arayış

Avropa

“Clarisonic” şirkətinin eksperti Anna Yejova bildirir ki, sabun sadəcə çox az müddət öncə Avropada dəri təmizlənməsində ən sadə və ucuz vasitə olub.

“XII əsrdə hətta bu cür lüks kraliçalar üçün əl çatmaz olub. Əfsanə edilir ki, İspaniya kraliçası İzabella Kastilskaya həyatı boyunca iki dəfə yuyunub: Doğulan zaman və nigahından öncə. Orta əsrlərdə situasiya daha yaxşı olmağa başladı. Təmizlik modaya daxil oldu və sabun fabrikləri ard-arda peyda olmağa başladı. Müxtəlif ölkələrdə bu məhsulun hazırlanmasının öz metodu var idi. Almaniyada onu piylərdən (burada daha çox qoyun, at, donuz salası aiddir) hazırlayırdılar, İspaniya və Fransada isə daha çox zeytun yağından istifadə olunurdu. Hətta bu dövrdə belə sabun əsilzadələr üçün imtiyaz sayılırdı, sadə insanlar isə kül və şlaklarla kifayətlənməli olurdular” – deyə o bildirib.


Əgər 100 il əvvəl üzdən düyüdən hazırlanmış kirşanı və bal mumundan hazırlanmış pomadanı sabun bir-iki dəfəyə silə bilirdi, amma  müasir makiyajla onun bacarması çox çətindir. Buraya tonal krem, ənlik və digərləri aiddir ki, onların da hamısının tərkibi davamlı toxumaya sahibdirlər. Buraya siz həmçinin ətraf mühiti çirkləndirən kokteyli də əlavə edin, axı meqapolislərdə ekologiya idealdan çox uzaqdır. Dərini kosmetik vasitələrdən təmizləməkdən ötrü Anna fırçalı gözəllik vasitələrindən istifadəni məsləhət görür. "Clarisonic" hazırda aktiv şəkildə Avropada istifadə olunur, qızların çoxusu üçün isə onun adı xüsusidən ümumi isimə çevrilib. Bütün təmizləyici fırçalar gözlənilmədən “klarisoniklərə” çevriliblər.

Asiya

QNET-in dəriyə qulluq üzrə qlobal eksperti Sanni Şeyper deyir ki, Cənubi Asiya regionunun asiyalı qadınları uzun əsrlər ərzində sarıkök ekstraktı, kokos yağı ilə qarışdırılmış əhəng şirəsini, yoqurtdan hazırlanmış südü, üz üçün istifadə edilən kəsilmiş tərəvəzlərdən istifadə edilir. Həmçinin üzə ənənəvi olaraq doğranmış otlar sürtülürdü ki, sonradan yuyulurdu. İndi isə gözəllik industrasiyasının inkişafı ilə əlaqədar qadınlar qulluq üçün müasir vasitələrdə istifadəyə keçdilər. “Bizim Physio Radiance kosmetik xəttimiz var, burada təmizləyiciyə əsas yer verilir. Burada cəmi 5 vasitə var”, - deyə eskpert söyləyib.

Yaponiyanın orqanik kosmetik markası olan “Black Paint”ın Rusiyadakı rəsmi nümayəndəsi olan Natalya Krestinina bildirir ki, üz dərisinə qulluqla bağlı Asiya sistemində təmizlik mərhələsi birinci yeri tutur. Axı bu olmadan yerdə qalan qulluq qeyri-effektiv olur. Əgər biz XIX-XX əsrlərdən danışırıqsa, bu, Yaponiya geyşasının qızıl əsridir. Qüsuru olmayan mükəmməl hamar dəri qadın-çiçəklərdən tələb idi. Effekt təkcə gündəlik ağır makiyyajlar üçün yox, həm də dəriyə xüsusi qulluq üçün də yetərli idi. Hazırda dəri təmizləmə üçün Asiyada sabunlaşmış yağ  və tam təbii komponentlər olan bərk sabundan istifadə edilir.



Təmizləmənin mərhələlərindəki fərqlər

Avropa

Anna Yejova deyir ki, bütün Avropa ritualı bir mərhələyə uyğundur. “Sevimli təmizləmə vasitəsi götürüb, bir neçə damcı töküb, yuyulur. Bir müddət öncəyə qədər kosmetoloqların əsas problemi çoxlu qızların öz üzlərindəki makyajla yata bilmələri idi. Doğrudur, hazırda situasiya yaxşıya doğru dəyişsə də, hələ də təmizləmə məsələlərində nələrinsə üzərində işləmək lazımdır”, – deyə o təsdiqləyib.

Asiya

Natalya Krestinina hesab edir ki, yaponların ideal hamar dərisi təkcə təbiətin hədiyyəsi deyil, həm də dəriyə qulluq üçün gündəlik ritualdır. Özünə hörmət edən hər yapon təmizləməyə 15 dəqiqədən az vaxt ayırmır. Asiyada daha çox çoxmərhələli dəriyə qulluq geniş yayılıb. Ritual minimum 3 mərhələdən keçir: demakiyaj, təmizlik, yumşaq skrab. Sonuncudan daha çox təbii süngər konnyaklarının köməyi ilə edilir. Onlar ehtiyatla, travma vermədən ölü dəri hüceyrələrini aşındırır. Dərinin təmizlənməsindən sonra asiyalı qadınlar dəriyə qulluq üçün daha üç mərhələdən (bəzən beş və yeddi mərhələ də olur) istifadə edirlər, bunlar isə bərpa, qidalandırma və müdafiə olur. Belə çıxır ki, beş mərhələ daha pilləli qayğının yardımı ilə dəri bütün lazım olanları alır, mütəmadi olaraq yenilənir. Əgər səbir göstərsəniz və yaponların qədim gözəllik rituallarına istiqamətlənib üzə doğru qulluq etsəniz, o zaman sızanaqlar geniş məsamələr və dərinin solğun rəngi siz narahat etməməyə başlayacaq.


Mövsümə uyğun qulluq dəyişikliyi

Avropa

 

Anna Yejova Avropa tipi üçün təmizləmənin baza qaydalarını məsləhət görür: “Əgər sənin dərin quruluğa meylli və çox həssasdırsa, o zaman ən yaxşısı qidalandırıcı və rahatlandırıcı komponentlərin olduğu yumşaq vasitələr seçməkdir. Yağlı dərinin sahibləri isə gel və köpükləri qiymətləndirirlər, hansı ki, yaxşı təmizləməklə yanaşı, həm də piy vəzilərinin işinin tənzimlənməsinə yardım edir. Unutmayın ki, göz ətrafındakı dəri, üz dərisinin digər yerlərindən 10 dəfə daha nazikdir. Onun üçün daima oftalmoloqların nəzarətində olan xüsusi təmizləmə vasitələri seçin”.


Asiya


Sanni Şeyper deyir ki, Cənubi-Asiya regionunda yaz sezonu olmur. Burada iki sezon olur, bunlar quraqlıq və yağışlıq dövrüdür. Cənub Şərqi Asiyanın qadınları əsasən dərilərinin kifayət qədər nəmli olmamasından, üz və boyunlarının yağlılıq substansiyasının çatışmamasından narahatdırlar. Quraqlıq dövründə məsləhət görülür ki, daha çox su içilsin, effektli nəmləndirici kremlərdən istifadə edilsin, nəmləndirməyə kömək edən günəş lasyonlarından istifadə edilsin, eyni zamanda dərini müasir kondisiyalaşdırmadan qoruyub, lazımi qədər quru saxlamaq lazımdır. Hazırda Cənubi Asiyanın yaşayış yerləri və ofisləri tam olaraq nəmləndiricilərlə təchiz edilib. Məhz buna görə dərinin həddindən artıq nəmli havadan keyfiyyətli müdafiəsi üçün effektiv vasitələr tələb olunur.


Natalya Krestinina hesab edir ki, yaz və yayda günəşdən müdafiə edən məhsulların tərkibinə diqqət etmək vacibdir: onların tərkibində vazelin, mineral yağlar və digər komodogen komponentlər olmamalıdır.

Təmizlik və y

Avropa

Natalya Krestinina deyir ki, hər şey daha çox quru, susuz olur, vacib vasitələrin işlənməsi azalır (Squalene və hialuron turşusu). Bununla əlaqədar olaraq dərinin qidalandırılması çox vacib mərhələ və artıq həssas təmizləmə olur. Xüsusilə, tərkibində az molekulyar kütlə(efir yağları, skvalen) birləşdirən məhsullar, qeyri-ənənəvi inqrediyedentlərin istifadəsi (plasenta, kök hüceyrələri) populyar olur. Təbii ki, yaş dəyişiklikləri ilə bağlı olaraq, dəridə qayğı səviyyəsinin sayı artırılır, qidalandırıcı maskalara böyük diqqət ayrılır. 

Asiya

Sanni Şeyper bildirir ki, asiyalı qadınlar yaş həddinə görə, çox miqdarda yağ və nəmləndirici tərkibləri olan vasitələrdən çox istifadə edirlər. Xüsusi diqqət göz ətrafına incə xətlər və qırışıqların qarşısının alınması üçün yönəldilir. Boyun nayihəsi də əlavə qayğıya ehtiyac hiss edir. Daha yaxşı nəticələr üçün dərinin individual xüsusiyyətlərini özündə əks etdirən məhsullardan istifadə edilir. Regionun qadınları mütəmadi olaraq üz üçün sağlamlaşdırıcı proseduru keçirir, üz yoqası edir və gözəllik salonlarını ziyarət edirlər. Cavan qadınların proseduruna gəlincə isə asiyalıların əksəriyyətində birləşdirilmiş dəri tipi mövcuddur, ona görə də onlara dərinin yağlılıq səviyyəsini idarə etməyə kömək göstərən su əsaslı və ya gel əsaslı vasitələrdən istifadə etmək məsləhət görülür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi