Modern.az

Quba məzarlığı ilə bağlı müşavirə nə vaxt keçiriləcək? - AÇIQLAMA

Quba məzarlığı ilə bağlı müşavirə nə vaxt keçiriləcək? - AÇIQLAMA

30 May 2017, 11:58

Quba məzarlığında sümüklərin çürümə prosesini əngəlləmək məqsədi ilə təcili müşavirə keçirilməli idi. Lakin Quba soyqırımı ekspedisiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev Modern.az-a  açıqlamasında bildirmişdi ki, müşavirə müəyyən müddətlik təxirə salınıb. Səbəb isə Azərbaycanda keçirilən beynəlxalq tədbirlər idi. Onun sözlərinə görə, məzarlığın bərpası ciddi məbləğ tələb edir və bununla bağlı geniş müzakirə aparılmalıdır.

Modern.az saytı  Quba məzarlığının bərpası ilə bağlı məsələnin nə yerdə olduğunu öyrənmək üçün  Qəhrəman Ağayevlə yenidən əlaqə saxlayıb. O, bildirib ki, bu məsələ ilə bağlı hələki heç bir yenilik yoxdur:

“Heç bir yenilik olmadığı üçün hər hansı məlumat verə bilmərəm. Amma  müşavirənin keçirilməsi  iyun ayının əvvəlləri üçün nəzərdə tutulub. Çox güman ki, həmin  tarixdə bu  məsələ müzakirə ediləcək”.

 Qeyd edək ki,  bir müddət əvvəl deputat Vahid Əhmədov Quba məzarlığının uçma təhlükəsi ilə əlaqədar həyəcan təbili çalıb.O, məzarlığın probleminin qarşısını almaq üçün  prezident İlham Əliyevə müraciət edib.


Günay RƏSULQIZI

 

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi