Modern.az

İlham Əliyev "Statoil" şirkətinin icraçı vitse-prezidentini qəbul edib  

İlham Əliyev "Statoil" şirkətinin icraçı vitse-prezidentini qəbul edib   

30 May 2017, 12:03

Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da "Statoil" şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanın uzun illərdir "Statoil" şirkəti ilə uğurla əməkdaşlıq etdiyini vurğulayan dövlət başçısı şirkətin baş icraçı direktoru Eldar Saetre ilə Davosda keçirdiyi görüşü məmnunluqla xatırladıb. Bakıda keçiriləcək 24-cü Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev "Statoil" şirkətinin ənənəvi olaraq bu sərgidə iştirak etdiyini vurğulayıb.

"Statoil" şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxer Respublika Günü münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin önəmini qeyd edən Lars Kristian Baxer şirkətin nümayəndə heyətinin bu tədbiri səbirsizliklə gözlədiyini deyib. "Statoil" şirkətinin SOCAR ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayan Lars Kristian Baxer şirkətin “Azəri-Çıraq-Günəşli” layihəsində iştirakından böyük məmnunluq hissi keçirdiklərini vurğulayıb.

Görüşdə Azərbaycan ilə "Statoil" şirkəti arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı