Modern.az

Polis leytenantı əlbəyaxa döyüşdə birinci yerə çıxdı

Polis leytenantı əlbəyaxa döyüşdə birinci yerə çıxdı

30 May 2017, 12:16

Bir qədər əvvəl Şağan Olimpiya Kompleksində start götürən cui-citsu üzrə Bakı birinciliyinin qalibləri məlum olub.

Onların arasında Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin maliyyə-təchizat şöbəsinin inspektoru, polis leytenantı Rəvan Qasımlı da var.

Bu haqda Modern.az-a nazirlikdən bildirilib.

Çəkisi 94 kiloqramadək olan əlbəyaxa döyüş ustalarının yarışında R.Qasımlı qələbəyə gedən yolda üç döyüş keçirib. Bu yarışa o əməkdar məşqçi Mirəli Seyidovun rəhbərliyi ilə hazırlaşıb.

Polis leytenantı R.Qasımlı əvvəllər karate ilə məşğul olub və qara kəmər qazanıb.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir