Modern.az

Bakıda daha bir hərrac keçirildi

Bakıda daha bir hərrac keçirildi

30 May 2017, 13:20

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən Modern.az-a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 3-ü kiçik dövlət müəssisəsi, 4-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 2 istifadəsiz qeyri-yaşayış sahəsinə və 3 nəqliyyat vasitəsinə, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsinə, 2 istifadəsiz qeyri-yaşayış sahəsinə sifariş verilib.

Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak “Ağdam Pambıq” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Beləki, adı çəkilən əmlak 872 min 500 manata özəlləşdirilib. Həmin Məhdud Məsuliyyətli Cəmiyyətin torpaq sahəsi 93 min 604 kv.m, ümumi faydalı sahəsi isə 4 min 258 kv.m təşkil edir. Bundan başqa paytaxtın Göyçay rayonunda yerləşən Qeyri-yaşayış binası da qiyməti ilə digərlərindən fərqlənir. Beləki, həmin əmlakın qiyməti 52 min 500 manatdır. Ümumi faydalı sahəsi 28,6 kv.m, topaq sahəsi isə 9 min 801 kv.m təşkil edir.

Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 4-ü də bölgələrdə yerləşir. Bunlardan 1-i Ağdamda, 1-i İmişlidə, 1-i isə Göyçaydadır.

Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrindən 2-si paytaxtın Suraxanı, Yasamal rayonlarında, digərləri isə Abşeron və Yevlaxda yerləşir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak 50 min manat olub. Ümumili faydalı sahəsi isə 60 kv.m-ə yaxındır. Ən ucuz qiymətə özəlləşdirilən əmlak isə 3500 manat olub. Ümumi faydalı sahəsi isə 17,7 kv.m təşkil edib. Budəfəki hərrac da özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 16,7 kv.m ilə 131,2 kv.m, qiymətləri isə 3500 manatla 50 min manat arasında dəyişib.

 

Hərrac vasitəsilə özəlləşdirməyə açıq edilən dövlət əmlakına investisiya cəlb olunur, onların faəliyyəti bərpa edilir. Müasir avadanlıqlarla təchiz olunan belə müəssisələr isə sonradan istehsalını artıraraq dövlətin iqtisadi göstəricilərinin artmasına öz töhvəsini verir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər. Komitə tərəfindən növbəti belə hərrac 6 iyun tarixində keçiriləcək.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir