Modern.az

KİVDF baş redaktorları Naxçıvana apardı - SİYAHI

KİVDF baş redaktorları Naxçıvana apardı - SİYAHI

31 May 2017, 09:40

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə bir qrup KİV rəhbəri mayın 31-də Naxçıvan Muxtar Respublikasına səfər  edib.


Modern.az-ın məlumatına görə, 3 gün davam edəcək səfərdə 20 nəfərlik nümayəndə heyəti Naxçıvanda yerli KİV-lərin iş şəraiti ilə tanış olacaq, "Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu" mövzusunda konfransda iştirak edəcəklər.

Naxçıvana səfər edən nümayəndə heyətinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Məmmədov, “Ədalət qəzetinin” təsisçisi, deputat Aqil Abbas, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “İki Sahil” qəzetinin baş redaktoru  Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev,  “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, “Trend” İA-nın baş direktoru  İlqar Hüseynov,  “İnterfaks-Azərbaycan” İA-nın direktoru  Aleksandr İvanov, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzetin” baş redaktoru Rəşad Məcid, “Olaylar” İA-nın baş redaktoru Yunus Oğuz, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli,  “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova, “Palitra” qəzetinin baş redaktoru  Namiq Əliyev, “Azernews” qəzetinin baş redaktoru Sevil Mikayılova, KİVDF-nin informasiya texnologiyaları üzrə mütəxəssisi  Mirsəid Ağayev, “Movqe.az” saytının müxbiri Zülfiyyə Quluyeva daxildir. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər