Modern.az

“Hədəf tam yerinə yetirilməyib” – Hesablama Palatasının sədri Milli Məclisdə hesabat verdi

“Hədəf tam yerinə yetirilməyib” – Hesablama Palatasının sədri Milli Məclisdə hesabat verdi

31 May 2017, 12:59

Milli Məclisin plenar iclasında "2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olunur.

 

Modern.az xəbər verir ki, hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib.

Palata sədri deyib ki, ötən il 117 dövlət qurumundan hesabatlar alınıb və 10,5 milyard manatlıq vəsaitin icra vəziyyəti təhlil edilib.

“2016-cı ildə dövlət büdcəsinin gəlirləri 104,1% icra edilib, 2015-ci illə müqayisədə ümumilikdə qlobal makroiqtisadi tərəddüdlər fonunda büdcə gəlirlərində azalmanın olmaması, hətta az da olsa artım müşahidə edilməsi aparılan islahatların təzahürü kimi qiymətləndirilməlidir.

Hesabat ilində büdcə-vergi siyasəti çərçivəsində müəyyən edilmiş hədəflər əsasən yerinə yetirilsə də, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalarda proqnoza qarşı 11,7% və ya ən aşağı icra səviyyəsi müşahidə olunub, dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması ilə bağlı hədəf tam yerinə yetirilməyib.

Belə ki, bu istiqamət üzrə daxilolmaların həcmi 2015-ci illə müqayisədə 22,5% az olub”, - deyə V. Gülməmmədov vurğulayıb.

 V.Gülməmmədov bir sıra tədiyyə növləri üzrə icra səviyyəsinin müvafiq makrogöstəricilərlə uzlaşmadığını, tədiyyə növləri üzrə icra göstəricilərinin fərqlənməsinə əsasən proqnozların əsaslılıq səviyyəsi, inzibatçılıq və hesabatlılıq amillərinin təsir göstərdiyini də qeyd edib.

 

2016-cı ilin sonuna Vergilər Nazirliyinin xətti ilə vergi və digər icbari ödənişlər üzrə dövlət büdcəsinə yaranan artıqödəmə məbləği 2015-ci illə müqayisədə 18,2% artıb,. Ümumi artıqödəmə məbləğinin dövlət büdcəsinə təmin edilən gəlirlərə qarşı xüsusi çəkisi də 2015-ci ilə nisbətən 5,8 faiz bəndi artıb.

 

Dövlət büdcəsinə olan borcların həcmi isə 2016-cı il ərzində bütün əsas parametrlər üzrə azalaraq ilin sonuna ümumilikdə 1,4 milyard manat təşkil edib və azalmanın 55,6%-i verginin əsas məbləği, 39,7%-i faiz borcları və 4,7%-i isə maliyyə sanksiyaları ilə bağlı olub.

 

İqtisadi təsnifata gəldikdə isə, hesabat ilində icra edilməmiş büdcə xərclərin 43,4%-nin qeyri-maliyyə aktivlərinin alınması, 18,2%-i “Digər xərclər” bölməsi, 16%-i isə malların və işlərin alınması ilə bağlı olduğu vurğulanıb.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı