Modern.az

Gənc müəllim diqanostik qiymətləndirilmədə maksimal bal topladı

Gənc müəllim diqanostik qiymətləndirilmədə maksimal bal topladı

31 May 2017, 13:04

Mayın 26-da Bakı şəhərində keçirilmiş müəllimlərin diqanostik qiymətləndirilməsində daha bir təhsil işçisi adını maksimum bal toplayanlar sırasına yazdırıb.

Modern.az saytının məlumatına görə, Cəbrayıl rayonu Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbinin ingilis dili müəllimi İntiqam Rəhimli diaqnostik qiymətləndirilmədə bütün suallara düzgün cavab yazaraq,  maksimum nəticə göstərib. O, 60 bal toplamaqla respublika üzrə rekord nəticə göstərən bir neçə müəllim sırasına daxil olub. 

İntiqam Rəhimli hələ ali məktəbə daxil olarkən qəbul imtahanlarında göstərdiyi yüksək nəticə ilə Prezident təqüdçüsü olub.

 

Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi