Azərbaycanda may ayı ərzində 12 nəfəri ilan sancıb. Bu haqda Modern.az-a Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.
Baş toksikoloq deyib ki, ilan zəhərlənmənməsi ilə müraciət edənlərdən 4 nəfərinin vəziyyəti ağır olub.
"Onların hər birinə zərdab vurulub, lazımi tibbi yardım göstərilib. Vəziyyətləri stabilləşdikdən sonra evə buraxılıblar. İlan sancması ilə bağlı müraciət edənlərdən 1 nəfər Qəbələdən olub, qalan hamısı Bakıdandır. Onlar arasında ölən yoxdur”.
O həmçinin qeyd edib ki, may ayı ərzində 3 sarı əqrəb sancması ilə bağlı müraciət daxil olub:
“Onlarda zəhərlənmə qeydə alınmayıb. Məsləhət verildikdən sonra evə buraxılıblar”.
A.Maqsudovun sözlərinə görə ilan və sarı əqrəb sancması ilə bağlı müraciət edənlər arasında azyaşlılar olmayıb.
Gülşən RAUFQIZI