Modern.az

Cocuq Mərcanlıdakı açılışda Prezidentin də iştirakı gözlənilir

Cocuq Mərcanlıdakı açılışda Prezidentin də iştirakı gözlənilir

31 May 2017, 19:57

Cocuq Mərcanlıya köçürüləcək 50 ailənin daşınma xərclərini “Dövlətqaçqınkom” öz üzərinə götürüb


Cəbrayıl rayonunun Ermənistanın işğalından azad edilmiş yeganə yaşayış məntəqəsində - Cocuq Mərcanlı kəndində aparılan tikinti-quruculuq işləri yekunlaşıb.

Bu haqda Modern.az-a Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov məlumat verib.

X.Zeynalov deyib ki, kənddə mənzillərin, məktəbin və məscidin tikintisi tam başa çatıb:

“Həmçinin mənzillər təmir edilib.  Cocuq Mərcanlıda işıq, su, qaz və telekommunikasiya xətlərinin çəkilişində son tamamlama işləri görülür”.

 

İcra nümayəndəsinin sözlərinə görə, yeni salınan qəsəbənin açılış mərasimi görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə anılan Qurtuluş gününə nəzərdə tutulub:

“Açılışda cənab prezident İlham Əliyevin iştirakı gözlənilir”.

X.Zeynalov bildirib ki, açılışdan sonra Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ev orderlərinin paylanmasına başlayacaq:

“İlkin mərhələdə 50 ailə köçürüləcək. Onların hər birinə orderlər veriləcək. Bundan sonra Cocuq Mərcanlıya köç başlayacaq. Köçürülmə işlərinin hamısını “Dövlətqaçqınkom” öz üzərinə götürüb”.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər