Ermənistan ordusunun hərbçisi Alik Avandesyan yaralanıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Azərbaycan ordusunun atəşkəsin pozulmasına qarşı verdiyi cavab zərbəsi zamanı yaralanan Avanesyan Xankəndinə gətirilib.
Sol baldırından yaralanan hərbçinin vəziyyəti ağırdır. Onun yerimək qabiliyyətini itirdiyi bildirilir.
Xatırtladaq ki, Müdafiə Nazirliyi bu gün ermənilərin itki verdiklərini əks etdirən kadrlar nümayiş etdirmişdi.
Vüqar İSMAYILOV