Modern.az

İradə İsakın verilişi bağlandı

İradə İsakın verilişi bağlandı

31 May 2017, 17:54

Tanınmış teleaparıcı İradə İsakın “Lider” TV-də yayımlanan “Tor” verilişi bağlanıb. İlkin məlumata görə, verilişin bağlanmasının səbəbi sponsorların layihəyə davam etmək istəməməsi olub.

Xanım aparıcı Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O sentyabrdan etibarən verilişin efirə çıxmayacağını bildirib:

“Bu veriliş onsuz da qısa müddətli nəzərdə tutulmuşdu”.

Sponsor yoxluğuna görə verilişə davam etməməsinə gəlincə, xanım aparıcı bunları deyib:

“Verilişin iki sponsoru vardı: Bilfa boyaları və StarLab Klinikası. Onsuz da sentyabrda davam etməyəcəkdik”.

İ.İsak qarşıdakı planları ilə bağlı konkret layihə üzərində dayanmadığını deyib:

“Hələ ki danışılanlar fikir olaraq qalır”.

Qeyd edək ki, bu il yanvarın 27-dən yayımlanan "Tor” hər həftənin cümə günü efirdə olurdu. İ.İsak buna qədər ANS-də yayımlanmış "Deməsək olmaz” verilişinə aparıcılıq edib.

 

Gülşən RAUFQIZI 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır