Modern.az

“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması niyə gecikir – ABŞ rəsmisi AÇIQLADI

“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması niyə gecikir – ABŞ rəsmisi AÇIQLADI

31 May 2017, 19:56

“Hazırda ABŞ hökuməti Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı yaranan hər hansı problemlə bağlı danışıqlar aparır”.

 

Modern.az-ın xəbərinə görə, bunu ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan “Cənub Qaz Dəhlizi" layihəsində, xüsusilə TAP marşrtununun reallaşmasında yaranmış gecikmələrə münasibət bildirərkən belə deyib.

 

Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” kimi bir çox ölkələrin ərazisindən keçən layihələrdə açıq dialoqun olması vacibdir. 

 

Danniqan bildirib ki, hazırda ABŞ hökuməti “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı yaranan ər hansı problemlə bağlı danışıqlar aparır.

 

“ABŞ hökuməti olaraq biz müvafiq Azərbaycandakı səfirimiz də daxil olmaqla, başqa ölkələrdəki ölkələrdəki səfirlərimiz, eyni zamanda federal hökumət səviyyəsində bu məsələnin ialoq yolu ilə həlli istiqamətində danışıqlar aparırıq.

Hesab edirik ki, bu layihə həm Avropa, həm də qlobal bazarda şaxələnməyə, yeni iş yerlərinin açılmasına xidmət edəcək".

 

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?