Modern.az

Rəqabət Məcəlləsinin qəbuluna kimlər mane olur...

Rəqabət Məcəlləsinin qəbuluna kimlər mane olur...

1 İyun 2017, 14:57

“Azərbaycanda islahatların dərinləşdirilməsi üçün zəruri olan hüquqi bazalardan biri də Rəqabət Məcəlləsidir”. 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

Deputat bildirib ki, Rəqabət Məcəlləsi parlamentin iki oxunuşundan keçib.

“Daha sonra müəyyən səbəblərə görə təkmilləşdirilməsi lazım oldu. Amma hələ də həmin məcəllə təkmilləşdirilib parlamentə qaytarılmayıb. Bu məcəllənin qəbul edilməsi üçün aidiyyatı qurumlar gərək prosesi sürətləndirsin. Əgər onlar təkmilləşdirilmə üçün bu sənədi götürüblərsə, məqbul hesab olunan zaman artıq bitib, qaytarsınlar. Yaxşı olar ki, 2017-ci ilin payız sessiyasında bu məcəllə parlamentə daxil olsun”.

Əli Məsimli qeyd edib ki, hazırda Rəqabət Məcəlləsinin üzərində iş aparılır.

“Hansısa nüansla bağlı bu sənədin qəbulu gecikir. Amma mən gecikməyə haqq qazandırmaq istəmirəm. Çünki təkmilləşdirilmə üçün zaman həddindən artıq çox keçib. Bu məsələni ən azı üç ay ərzində həll etmək olar”.


Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə prezident tərəfindən Milli Məclisə təqdim edilib. Bu qanun layihəsi  iki oxunuşdan keçsə də, hələ ki 3-cü oxunuşa təqdim edilməyib. Artıq 1 ildir ki, onun qəbulu gecikir.

Mirmahmud KAZIMOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir