Modern.az

Prezident Kamal Abdullaya rektor vəzifəsi verdi

Prezident Kamal Abdullaya rektor vəzifəsi verdi

Mədəni̇yyət

1 İyun 2017, 17:19

Prezident İlham Əliyev bu gün Kamal Mehdi oğlu Abdullayevin Azərbaycan Dillər Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az saytı xəbər verir ki, bu təyinatadək Kamal Abdullayev Prezident Administrasiyasında Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsini tuturdu.

Lakin bu gün İlham Əliyev Prezident Administrasiyasının strukturunda yeni dəyişikliklər edib. Bu dəyişiklik nəticəsində Prezident Adminstrasiyasında müşavirlik institutu, o cümlədən Kamal Abdullayevin tutduğu vəzifə ləğv olunub.

Kamal Abdullayev daha öncə Bakı Slavyan Universitetinin rektoru vəzifəsini tutub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır