Modern.az

Prezident mərhum akademik Yusif Məmmədəliyevin nəvəsinə böyük vəzifə verdi

Prezident mərhum akademik Yusif Məmmədəliyevin nəvəsinə böyük vəzifə verdi

1 İyun 2017, 17:33

Prezident Administrasiyasının strukturunda yeni dəyişikliklər edib.

Modern.az xəbər verir ki, bu dəyişiklik nəticəsində Prezident Adminstrasiyasında bəzi yeni vəzifələr yaradılıb, yeni təyinatlar gerçəkləşib.

Adminstrasiyada yaradılan yeni vəzifələrdən biri Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri postudur. Ölkə başçısı bu vəzifəyə Yusuf Məmmədəliyevi təyin edib

Modern.az saytına verilən məlumata görə, Prezident Administrasiyasında şöbə müdiri vəzifəsinə gətirilən Yusuf Məmmədəliyev Azərbaycanın məşhur akademiki olmuş mərhum Yusif Məmmədəliyevin nəvəsidir.


Xatırladaq ki, görkəmli kimyaçı alim, kimya elmləri doktoru, professor Yusif Məmmədəliyev  1947-1951 və 1958-1961-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasına rəhbərlik edib.


Modern.az


Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir