Modern.az

Azad Rəhimov gənc fəalların həbsinə münasibət bildirdi

Azad Rəhimov gənc fəalların həbsinə münasibət bildirdi

12 Noyabr 2009, 16:20

Səbail Rayon Məhkəməsinin noyabrın 11-də gənc fəallar Emin Milli və Adnan Hacızadə barəsində çıxardığı qərar Azərbaycanda birmənalı qarşılanmayıb. Gənclərin həbsxanaya göndərilməsi qərarını bir sıra beynəlxalq qurumlar da pisləyiblər.
Modern.az
gənclər və idman naziri Azad Rəhimovun Emin Milli və Adnan Hacızadə barəsində çıxarılan məhkəmə qərarına münasibətini soruşub.
Nazir saytımıza açıqlamasında bildirib ki, məhkəmə qərarının müzakirəsi hüquqi cəhətdən düzgün deyil. “Buna görə də mən məhkəmənin qərarını şərh eləmək istəmirəm”-deyə A.Rəhimov söyləyib.
Gənclər və idman naziri beynəlxalq təşkilatların da məsələyə kəskin münasibətini düzgün qiymətləndirməyib və bunu anormallıq hesab edib.
Xatırladaq ki, gənc bloqçular Emin Milli və Adnan Hacızadə bu il iyulun 8-də “Livan” restoranında baş verən münaqişədən sonra tutulmuşdular. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənclər ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
Səbail Rayon Məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin 2 il müddətində azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər