Modern.az

“Qarabağda döyüşlər bərpa olunsa, Rusiya və Türkiyə...” - HESABAT

“Qarabağda döyüşlər bərpa olunsa, Rusiya və Türkiyə...” - HESABAT

2 İyun 2017, 12:14

“ABŞ-ın Cənubi Qafqazda öz maraqları olsa da, bu maraqlar həyati əhəmiyyət daşımır. Azərbaycan, Ermənistan və Gürcüstanın beynəlxalq inteqrasiyası, demokratik dəyişkiliklərə dəstək, idarəetmənin yaxşılaşdırılması, regional sabitlik və dondurulmuş münaqişələrin aktiv döyüş əməliyyatlarına keçməməsi bura daxildir”.

 

Modern.az xəbər verir ki, bu barədə “Karneqi” Fondunun “ABŞ-ın Cənubi Qafqazda siyasəti”  adlı hesabatında deyilir. Hesabat Yevgeni Rumer, Riçard Sokolski və Pol Stronski tərəfindən hazırlanıb.

 

Hesabatda hər 3 Qafqaz respublikasının fərqli xarici siyasət yürütdüyü bildirilir.

“Gürcüstan avrointeqrasiya yolu tutub və Rusiyadan uzaqlaşmağa çalışır. Ermənistan hər iki düşərgə ilə - Avropa və Rusiya ilə yaxşı münasibətlərdə qalmağa çalışır, Azərbaycan isə həm Qərbi, həm də Rusiyanı məsafədə tutmaq barədə düşünür”.

 

“Karneqi”  Fondunun ekspertləri Cənubi Qafqazda münaqişə təhlükəsindən də danışıblar.

“Qarabağda hərbi əməliyyatlar bərpa olunsa, münaqişə tərəfləri ilə əlaqələri olan Rusiya və Türkiyə də qismən prosesin iştirakçısı olacaq. Münaqişənin gedişatından asılı olaraq, İran da hadisələrdə aktiv rol oynaya bilər. Bu konflikt Suriyada olduğu kimi Rusiya və İranın Türkiyədən fərqli siyasət yürütdüyü döyüş meydanı da ola bilər”.

 

Ötən il baş verən aprel döyüşlərinin regionda təhlükəsizliklə bağlı ciddi risklərin olduğunu göstərdi. Ekspertlərin fikrincə, ABŞ-ın regiondakı diplomatik hədəflərinin başında həmin hadisələrin təkrar olunmamasına yönəlik addımlar dayanıb.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı