“Əməliyyat olunası o qədər orqanlarım var ki, hansını deyim...”
“91”lər hərəkatının üzvü, Milli Məclisin sabiq YAP-çı deputatı Rizvan Cəbiyev Modern.az-a müsahibə verib. Müsahibəni təqdim edirik.
-Rizvan müəllim, necəsiniz? Gününüz necə keçir? Nə işlə məşğulsunuz?
-Qocalıqla, xəstəliklə baş-başa verib yaşayırıq. Deyim ki, qocalıq da, xəstəlik də gözəldir. Həyat deyir ki, yaşa, yaşaya bildikcə... Biz də həyatın axarına qoşulub yaşayırıq.
-Qocalığı yaman təriflədiniz. Hər zaman işgüzar şəxs imiciniz olub. Heçmi darıxmırsınız?
-Darıxsam nə olacaq, darıxmasam nə! Bir kənara çəkilmişəm. Evimdəyəm.. Təəssüf ki, həyat məni ən çox istədiyim gözəlliklərdən yavaş-yavaş məhrum edir. Gözüm əməliyyat olunub. Yaxşı görə bilmirəm. Elə bilirəm ki, dünyanın gözəlliyini itimişəm. Kitab oxuya bilmirəm. Gözümü dünyaya açan gündən mütaliə ilə məşğul olmuşam. Kitab oxumaq mənə xüsusi zövq verib. İndi həmin zövqdən məhrum olmuşam. Qəzetlərin də ancaq iri başlıqlarına baxa bilirəm. Nə qədər yarımçıq yazılarım qalıb. Heç birini oturub yaza bilmirəm. Təəssüf ki, orqanlarım sözümə baxmır. Amma ruhum cavandır.
-Əsas odur ki, ruhunuz cavandır. İndiki gənclərin bəziləri ruhlarının qocalmasından şikayət edir.
-Arada evdə deyirlər ki, çox da yüksəklə getmə. Əlibaba Məmmədovun bir mahnısı var. “Ömür deyir: -Qocalmışam. Ürək deyir: -Yaşa hələ”. Artıq ürək də sözümə baxmır.
-Gözünüz nə vaxt əməliyyat olunub?
-Bir iki il olar. Əslində, əməliyyat olunası bir çox orqanlarım var. Amma maddi imkansızlıqdan bunu həyata keçirmək mümkün olmur. Bir aqildən soruşurlar ki, haran ağrıyır? Deyir ki, bəlkə belə sual verməyəsən?! İndi mənim də əməliyyat olunası o qədər orqanlarım var ki! Hansını deyim. Səhhətimi Allahın ümidinə buraxmışam.
-10 il Milli Məclisdə deputat kimi təmsil olunmusunuz. Hazırda, deputat yoldaşlarınızla hər hansı təmasa girirsinizmi?
-Heç kəslə əlaqəm yoxdur. Bircə deputat Musa Quliyevlə danışırıq. Allah ondan razı olsun. Bəzi xəstəliklə bağlı məsələlərdə o, köməyimə çatıb. Zəng vurub müəyyən işləri qaydasına salır, kömək edir.
-Siz parlamentdə həm də jurnalistlərin dostu kimi tanınmısınız. Bu da jurnalist olmağınızdan irəli gəlir. Hazırda jurnalist həmkarlarınızla əlaqəniz varmı?
- Jurnalist dostlarımın çoxundan incimişəm. Mətbuatda az-çox əməyim olub. İndiyə qədər bir jurnalist təşkilatının yadına düşməmişəm. Yenə də jurnalistlərə hörmətim var. Hətta, müxalifət cəbhəsində təmsil olunan jurnalistlərlə də yaxşı münasibətim olub. Mənə deyirdilər ki, nəyinə lazımdır, müxalifət jurnalistləri? Onlardan uzaq dur. Deyirdim ki, əksinə, bizim onlara ehtiyacımız var. Onları dinləmək lazımdır, nəyi necə edib-etməməli olduğumuzu bilək. İnsanlar bir-birini dinləyəndə dünya dağılmayacaq. İnsanlar yaxınlaşa, əqidələr birləşə, dostluq yarana bilər. İsti və dost münasibətlər olar. Mehribançılıq olan yerdə yaşamaq asan olur. Pulsuzluğun da, xəstəliyin də, imkansızlığın da öhdəsindən gəlmək olur.
-Bir vaxtlar təmsil olunduğunuz parlament sizə necə görünür?
-Parlamentin fəaliyyətini izləmirəm. Ona görə də yalan danışa bilmərəm. Elə düşünürəm ki, indi Milli Məclisdə daha savadlı insanlar təmsil olunur.
-Bəs oğlunuz Anar Nağılbazla aranız necədir?
-Anarla aram çox yaxşıdır. Nə olub ki Anara? Anarla münasibətlərimiz nə vaxt pis olub ki? Sualınızın məğzini bilmək istəyirəm.
-Anarı repçi kimi heç vaxt qəbul etməmisiniz.
-İndi Anar replə məşğul olmur. Rep cavanların peşəsidir. Düzdü, Anar qocalmayıb. Amma bəlli bir yaşdadır. İndi onun daha ciddi işlərlə məşğul olan vaxtıdır. Repə münasibətim isə həmişə mənfi olub.
-Elə sualımızın məğzi bu idi. Anarı indi istədiyiniz obrazda görə bilirsinizmi?
-Yaradıcılığını davam etdirir. Şeir, ssenari yazır. Amma o istedadı üzə çıxara bilmirsə, konkret nəsə demək olmaz. Anar çox istedadlı oğlandır. Hansı sahəyə əl atsa, orada uğur qazanacağına əminəm.
-Əgər Anar istedadını üzə çıxarmırsa, günah kimdədir?
-Günahkar axtarmayaq. Günahkar axtarmağa başlasaq, dərinə gedib çıxacağıq. Günahı həyatda axtarmaq lazımdır. Bəzən həyat bizi sıxır, bəzən şərait yaradır. Düşünürəm ki, insanın özündə də təpər olmalıdır.
-Vaxtilə parlamentdə təmsil olunmusunuz. Evdə siyasi prosesləri, Qarabağ məsələsini necə analiz edirsiniz?
-Bütün azərbaycanlılar kimi görürəm ki, o gün gələcək. Qarabağdan, Şuşadan, Laçından, Kəlbəcərdən səsimizin gələcəyi gün çox uzaqda deyil. Şuşada toy-bayram keçirəcəyik, Laçında şənliklər təşkil edəcəyik. Bunların gerçək olacağını görürəm. Amma düşünürəm ki, siyasətlə siyasətçilər məşğul olsunlar. Siyasətlə hər yoldan ötən məşğul olanda çox yüngülləşir. Hesab edirəm ki, dövlət başçımız bu işlə çox ciddi məşğul olur. Azərbaycan hər mənada mənfur düşmənimizdən çox-çox irəlidədir.
-Hazırda təbiətin çox gözəl vaxtıdır. Yəni bölgələri gəzib-dolaşmaq üçün əla fürsətdir. Hardasa istirahət etməyi planlaşdırırsınızmı?
-Bəlkə də, inanmayacaqsız. 10 ildən yuxarıdır ki, istirahət etmirəm. Həyatda hər şey maddiyyatla bağlıdır. Evimdə istirahətimi edirəm. Yoldaşım qulluq edir, nəvələrlə oynayıram. Gözəl parklarımız var. Gedib orada yaşlı adamlarla oturub dərdləşirik. Hansısa sanatoriyada gedib dincəlmək əlçatmaz olub.
-Elə qocalığın da öz gözəlliyi var. Parkda həmyaşıdlarla oturub söhbət etməyə vaxtınız var...
-Əlbəttə, dediklərinizlə də razıyam. Hətta, xəstəliyin də öz ləzzəti var. Bəzən xəstələnib həyat yoldaşına naz edə bilirsən.
Namidə BİNGÖL
Səudiyyə kralı Prezident İlham Əliyevi təbrik edib
Gürcüstanlı nazir və rektor Bakı Dövlət Universitetində olub
İlham Əliyev Əli Həsənov barəsində sərəncam verdi
Bruselyozun qarşısının alınması ilə bağlı seminar keçirilib
İlham Əliyev yeni metro qatarlarına baxdı
Tramp: “Neft qiymətləri süni bahalaşdırılıb”
Milli Məclis təcili iclas çağırdı - Sabah Baş nazirin kimliyi açıqlanacaq
Atası keçmiş döyüşçünün intihar səbəbini AÇIQLADI: “Fazil özünə qapanırdı”
Aqrar Universitetin tələbələri İsmayıllı və Qəbələyə getdilər
Hitlerin ad günü bu şəhərdə qeyd edildi - QALMAQAL
İçməli su təminatında dəyişikliklər olacaq - “Azərsu”dan AÇIQLAMA
Övladlığa uşaq götürmək - qız, yoxsa oğlan?..
İlham Əliyev Kuba Dövlət Şurasının sədrini təbrik edib
“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir
Bayıl yamacında dağılmış 6 evin sahibinə maddi yardım verilib
Qərb mediası Sarkisyan HAQDA: “Qeyri-populyar prezident, oliqarx...”
Eldar Mahmudovun generallarına bu tarixdə hökm oxunacaq
Kemerovoda ölənlərin sayı azaldı
“Arsenal”ın baş məşqçisi klubu tərk edəcək
Zakir Həsənova NATO generalına Ermənistanın nüvə qaçaqmalçılığından danışdı
Türkiyə öz qızıl ehtiyatlarını ABŞ-dan çıxardıb
Enerji sektoruna rəhbərlik edənlər nazirliyə çağırıldılar
Rusiya rəsmən “Noviçok” istehsalına başladı
“Nəsibə xanım heç vaxt özünü yuxarıdan aparmadı” - XATİRƏ
Əsəd Fransanın ali ordenini geri qaytardı
Bakıda yeni kartinq mərkəzi istifadəyə verildi
Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya - FOTOLAR
Sabahın hava PROQNOZU - Temperatur düşəcək, yağış yağacaq
Avstriyada qatar toqquşması: 54 nəfər yaralandı
“Qanpulu” veriləcək şəhid və itkin ailələrinin sayı niyə azdır? - Komitə sədri AYDINLIQ GƏTİRDİ
SOCAR vitse-prezidentinin müşaviri niyə işdən çıxarıldı? - Rəsmi CAVAB
Avropadakı soydaşlarımızdan Ermənistanı pisləyən BƏYANAT
Dünyanın ən cəlbedici pasportları - SİYAHIDA Azərbaycan da var...
Kanadada təhsil alan azərbaycanlı tələbə: “Bura gələndə “mədəniyyət şoku” keçirdim”
“Əli oyuncaqlı uşaqları atan “valideynlər” çoxalıb” - Uşaq Birliyinin sədri
Şərh yaz