Modern.az

Hacı Əbdül Ramazan axşamlarında arağı reklam edən TV-ləri qınadı: “Allah üzlərini qara eləsin!”

Hacı Əbdül Ramazan axşamlarında arağı reklam edən TV-ləri qınadı: “Allah üzlərini qara eləsin!”

2 İyun 2017, 12:59

İslam dünyasının müqəddəs ayı Ramazan gələr-gəlməz müxtəlif səpkili müzakirələr açılıb. Bu müzakirələrdə haqlı olanlar da var, haqsız olub haqq iddiasına düşənlər də. Dindar kəsimin narazılığına səbəb olan məsələlərdən biri də telekanallarda spirtli içki reklamlarıdır.  Yəni gün ərzində dindən, imandan, orucdan, duadan veriliş hazırlayan telekanallar saat 00:00 olan kimi başlayır araq reklamına...

 

Milli Teleradio Şurasının monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov məsələ ilə bağlı bildirdi ki, qanunvericilikdə Ramazan ayı ilə bağlı məhdudiyyət yoxdur:


- “Televiziya və radio haqqında” Qanunun 35.10-cu madəsinə əsasən, səhər saat 7:00-dan axşam 23:00-dək spirtli içkilərin reklam olunması qadağandır. Bununla bağlı hər hansı qanun pozuntusu olarsa, Milli Teleradio Şurası müvafiq qaydada tədbir görə bilər, çünki telekanallar bunu yerinə yetirməyə borcludurlar. Bu müddəa ilin bütün aylarında aktualdır. Amma Ramazan ayında spirtli içkilərin reklamının qadağan olunması ilə bağlı qanunvericilikdə hər hansı müddəa yoxdur. Odur ki, biz bununla bağlı yayımçılar qarşısında hər hansı tələb qoya bilmərik. Bu mənəvi məsələdir və əgər yayımçı istəsə, bu ayda spirtli içki reklamını verməyə bilər.

“Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov Modern.az-a bunun mənəvi məsələ olduğunu dedi:

“Şairin bir sözü var, deyir bil əlimiz Qurandadır, bir əlimiz araq şüşəsində. Gah Quranın dalınca gedirik, gah da araq şüşəsinin. Əlbəttə, bu, yolverilməzdir. Biz bununla şeytana qulluq edirik. Heç olmasa bir ay şeytandan uzaqlaşaq. Ramazan müqəddəs aydır, onun qaydalarına əməl etmək, əməl etməsək belə, hörmətlə yanaşmaq lazımdır.

O televiziyalar araq, pivə, ümumiyyətlə spirtli içki reklamından xeyirdən çox ziyan görəcəklər. Yaxşı olar ki, onlar içki reklamından gələn gəlirdən imtina etsinlər. O zaman Allah onlara qat-qat artıq gəlir, xeyir verər. Qayda-qanun buna yol verirsə belə, mənəviyyatları hanı bəs?!”.

 

Söhbət əsnasında Hacı Əbdül bir misal da gətirdi:

“Çox kobud da olsa bir misal çəkəcəm. Deməli, bir oğlan gözəl-göyçək, namuslu-qeyrətli bir qızı sevir. Ondan soruşanda ki, istədiyin qızın adı nədir? Deyir, Fahişə (adı üzr istəyərək çəkir-red). Ona təklif edirlər ki, qızın adını dəyişdir, yoxsa cəmiyyət qıza yaxşı yanaşmayacaq. İndi bu pis yolda olanlar, harama meyllilər də Hacı adına ləkə gətirirlər. Allah onların üzünü qara eləsin. Harda fırıldaq iş tutan varsa, özünə “Hacı” deyir”.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir