20 noyabr 2017, Bazar ertəsi
Ana Səhifə - MƏDƏNİYYƏT - Qalina Brejnevanı azadlığa buraxan, “Spartak”ı çempion edən Baş katib - MARAQLI
Qalina Brejnevanı azadlığa buraxan, “Spartak”ı çempion edən Baş katib - MARAQLI
02.06.2017, 22:51

Konstantin Ustinoviç Çernenko sovet liderlərinin arasında hakimiyyətə ən az rəhbərlik etmiş Baş katib olub. Məhz onun 13 aydan da az hakimiyyəti dövründən sonra Qorbaçovun liderliyə sahib olması ilə SSRİ kimi nəhəng bir dövlətin mövcudluğuna son qoyulub.

 

Modern.az saytı sovet liderlərindən daha biri, Konstantin Çernenko haqqında yazını təqdim edir.


Krasnoyarskda sadə kəndli ailəsində dünyaya göz açan Konstantin Çernenkonun siyasi fəaliyyətə başlamasının səbəbkarı böyük bacısı Valentina olub. Kifayət qədər hökmranlı qadın olan Valentina Çernenko Krasnoyarsk şəhər Partiya Komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb. Fəallığı ilə fərqlənən Valentinanın Krasnoyarsk şəhər Partiya Komitəsinin birinci katibi Oleq Aristovla xidməti münasibətlərdən savayı, çox isti və gizli sevgi münasibətləri də olub. Qardaşı hərbi xidmətdən qayıtdıqdan sonra məhz Valentinanın xahişi ilə Aristov gənc Konstantini Ali Partiya məktəbinə təhsil almağa göndərib. Çernenko həmin məktəbi bitirdikdən sonra da Aristovun himayədarlığı ilə partiya sistemində müxtəlif vəzifələrlə təmin olunub.

 

Partiya vəzifələrində sürətli keçidlər edən Çernenko qısa müddətdən sonra Penza vilayəti Partiya Komitəsinin katibi vəzifəsinə təyin olunub. Vilayətdə üç il ərzində 26 min partiya təşviqatçısı hazırlamaqla fərqlənən Çernenko daha yüksək vəzifəyə, Moldaviya Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinə rəhbər təyin edilib. Yeddi il bu vəzifədə işlədiyi dövrdə Çernenko Leninin əsərlərini moldovan dilinə tərcümə etdirərək, 300 min tirajla nəşr olunmasını həyata keçirib. Çernenkonun gələcək siyasi karyerasında Moldaviyadakı fəaliyyəti çox mühüm rol oynayıb. Çünki həmin dövrdə Moldaviya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Leonid İliç Brejnevlə Çernenko sıx və mehriban münasibət yaratmağa nail olub. Məhz həmin dövrdən sonra Çernenko Brejnevin himayədarlığı ilə yüksək siyasi zirvələri fəth edib.


Mülayim xarakterli, ancaq işində ciddi, tələbkar və məsuliyyətli olan Konstantin Çernenko hələ 70-ci illərdə Kreml məmurları tərəfindən gələcəkdə “birinci” kürsüdə əyləşəcək siyasətçi kimi qəbul olunub. Leonid İliç Brejnev bir çox partiya məsələlərini inamla Mərkəzi Komitənin təşkilat şöbəsi vəzifəsində çalışan Çernenkoya etibar edib.

 


Yüksək təşkilatçılıq qabiliyyəti olan Çernenko bu vəzifədə olarkən bütün aparatı özünə tabe etməyi bacarıb. O daha çox hər şeyi kağız üstündə əks etdirməyi tələb edən məmur kimi yadda qalıb. Kreml məmurları bir çox hallarda yazılı hesabatlardan, arayışlardan, məruzələrdən bezdiklərini açıq şəkildə göstərməsələr də, narazılıqlarını biruzə veriblər.

 

Çernenko Brejnevin vəfatından sonra özünü Baş katib kürsüsündə görmək istəsə də, buna nail ola bilməyib. SSRİ-nin müdafiə naziri Ustinov ona tələsməməyi məsləhət görüb və Siyasi Büro Andropovun Baş katib olmasına “xeyir-dua” verib. Ancaq Çernenkonu da narazı salmayıblar, onu Lenin mükafatına layiq görüblər.

 

Konstantin Çernenko öz növbəti şansını çox da gözləməyib. Cəmisi 15 aydan sonra Andropov həyatla vidalaşanda nəhayət Çernenko illərlə gözlədiyi və arzuladığı günə yetişib. 

13 fevral 1984-cü ildə o, Baş katib kürsüsünə sahib olub. Ancaq həmin dövrdə Çernenko bir çox xəstəliklərdən əziyyət çəkib. Xüsusilə astma, qaraciyər və ürək xəstəlikləri Baş katibə gözüdolusu kabinetində əyləşməyə imkan verməyib. Mərkəzi Komitənin və Siyasi Büronun bir çox iclasları Kreml xəstəxanasında, Çernenkonun yatdığı palatada keçirilib. Bütün xəstəlikləri ilə yanaşı, Baş katibin yay fəslində, avqust ayında hisə verilmiş balıqdan zəhərlənməsi onun sağlamlığına böyük problem yaradıb.


Konstantin Çernekonun Baş katib olduğu dövr cəmi bir neçə hadisə ilə yadda qalıb. Onun ilk gördüyü işlərdən biri “briliyant iş”in istintaqının dayandırılması və Qalina Brejnevanın ev dustaqlığından azad edilməsi olub.

 

1 sentyabrın “Bilik günü” kimi qeyd edilməsi Çernenkonun adı ilə bağlıdır.

 


Konstantin Çernenko musiqi sahəsindəki “islahatları” ilə də yadda qalıb. O bəzi rok və estrada qruplarına qarşı amansız mübarizə aparıb. Belə qrupların fəaliyyətini Baş katib sovet əxlaq normalarına zidd sayıb. “Bravo”, “Kino”, “Akvarium” kimi qruplar Çernenko hakimiyyətinin amansız təzyiqlərinə məruz qalıb. Janna Aquzarova isə Baş katibin qəzəbinə düçar olaraq, türməyə göndərilib.

Hələ gənclik illərindən idman oyunlarını həvəslə izləyən Çernenko “Spartak” futbol komandasının azarkeşi olub. Bu komandanın ölkə çempionu olması üçün o bütün imkanlardan istifadə edib, ən yaxşı oyunçuları bu komandaya cəlb edib, oyunçuların sosial-məişət problemləri ilə ciddi məşğul olub və nəhayət arzusuna çatıb. Komanda bu qayğının müqabilində öz avtoqraf və şəkilləri ilə düzəldilmiş kubok-suveniri Çernenkoya bəxş edəndə o özünü çox xoşbəxt sayaraq deyib ki, “bu mənimçün ən böyük hədiyyədir”.

 

Əxlaq normalarına ciddi diqqət yetirən, sadə həyat tərzi sürməyə üstünlük verən, ölümündən sonra adı heç bir korrupsiya və vəzifədən sui-istifadədə hallanmayan Konstantin Çernenko iki dəfə ailə həyatı qurub. Birinci həyat yoldaşı Faina Vasilyevna ilə nikahları çox da uzun çəkməyib. Bu nikahdan onların bir qızı və bir oğlu olub. 1944-cü ildə Çernenko ikinci dəfə ailə həyatı qurub. Bu nikah isə onlara üç uşaq bəxş edib.

 

Çernenkonun dövlət təltiflərinə həvəsi və hərisliyi silahdaşı Leonid İliç Brejnevdən az olmayıb. O, dörd dəfə Lenin ordeni, üç dəfə Sosialist Əməyi Qəhrəmanı və bir çox orden, medallarla təltif olunub.

 

Konstantin Çernenko 10 mart 1985-ci ildə vəfat edib. O, Kremlin divarlarında dəfn olunan sonuncu sovet lideri olub. Baş katibin vəfatı ilə bağlı ölkədə üç günlük matəm elan olunub.

 

İlham Cəmiloğlu


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakı Dövlət Universitetinin professoru vəfat edib
20.11.2017, 17:26

Bakı Dövlət Universitetinin professoru vəfat edib

Dollar sabah neçəyə satılacaq? - MƏZƏNNƏ
20.11.2017, 17:19

Dollar sabah neçəyə satılacaq? - MƏZƏNNƏ

“Azərbaycan bu sahədə ilk yerləri tutur” – Avropa İttifaqının səfiri
20.11.2017, 16:57

“Azərbaycan bu sahədə ilk yerləri tutur” – Avropa İttifaqının səfiri

Şadlıq sarayları toy menyularının qiymətini dəyişir? - Restoranlardan AÇIQLAMA   
20.11.2017, 16:54

Şadlıq sarayları toy menyularının qiymətini dəyişir? - Restoranlardan AÇIQLAMA  

Bakıda xərçəngdən əziyyət çəkən jurnalist üçün aksiya  
20.11.2017, 16:42

Bakıda xərçəngdən əziyyət çəkən jurnalist üçün aksiya  

Erməni hüquq müdafiəçisi Sarkisyanı qudası ilə İFŞA ETDİ
20.11.2017, 16:29

Erməni hüquq müdafiəçisi Sarkisyanı qudası ilə İFŞA ETDİ

“Kəlbəcər: ömrüm, həyatım” - FOTOLAR           
20.11.2017, 16:24

“Kəlbəcər: ömrüm, həyatım” - FOTOLAR           

“Azərbaycandan neft, qaz almaq istəyirik” – Polşalı rəsmi
20.11.2017, 16:17

“Azərbaycandan neft, qaz almaq istəyirik” – Polşalı rəsmi

Qadını bıçaqlayıb, soyan qohumu yaxalandı
20.11.2017, 16:16

Qadını bıçaqlayıb, soyan qohumu yaxalandı

Merkeli istefaya çağırdılar
20.11.2017, 16:01

Merkeli istefaya çağırdılar

Cocuq Mərcanlıda “Azərsu”yun  xidmət binasına baxış keçirildi
20.11.2017, 15:49

Cocuq Mərcanlıda “Azərsu”yun  xidmət binasına baxış keçirildi

Əli Həsənov Brüsseldəki Qarabağ Forumunda: “Bu cür mövqe ilə razılaşmaq mümkün deyil”   
20.11.2017, 15:48

Əli Həsənov Brüsseldəki Qarabağ Forumunda: “Bu cür mövqe ilə razılaşmaq mümkün deyil  

ADU-nun professorunun rəyi Çin mətbuatında
20.11.2017, 15:46

ADU-nun professorunun rəyi Çin mətbuatında

Sabah Azərbaycanda toz dumanı olacaq
20.11.2017, 15:42

Sabah Azərbaycanda toz dumanı olacaq

Əhliman Əmiraslanov AMEA-da  ümumi yığıncaq keçirdi
20.11.2017, 15:27

Əhliman Əmiraslanov AMEA-da  ümumi yığıncaq keçirdi

Meriya süpürgəçilərin həyatını təhlükəyə atır - elə sürücülərin də...
20.11.2017, 15:15

Meriya süpürgəçilərin həyatını təhlükəyə atır - elə sürücülərin də...

Azərbaycan Avstraliyadakı Beynəlxalq milli  mətbəx festivalında- ilk dəfə
20.11.2017, 15:13

Azərbaycan Avstraliyadakı Beynəlxalq milli  mətbəx festivalında- ilk dəfə

Barama Lissabon veb-sammitində
20.11.2017, 15:08

Barama Lissabon veb-sammitində

İmtahanlara hazırlaşanlara yeni XƏBƏR: qəbul proqramları təsdiqləndi   
20.11.2017, 15:00

İmtahanlara hazırlaşanlara yeni XƏBƏR: qəbul proqramları təsdiqləndi  

Həbsdəki müstəntiq ata oldu
20.11.2017, 14:59

Həbsdəki müstəntiq ata oldu

Prezident nəhayət İSTEFA VERDİ
20.11.2017, 14:57

Prezident nəhayət İSTEFA VERDİ

“Qarabağ” - “Çelsi” oyununun hakimləri bəlli oldu   
20.11.2017, 14:55

“Qarabağ” - “Çelsi” oyununun hakimləri bəlli oldu  

Məmmədyarov - Lavrov görüşünün DETALLARI   
20.11.2017, 14:30

Məmmədyarov - Lavrov görüşünün DETALLARI  

“Kəpəz”in yeni baş məşqçici - Yunis Hüseynov   
20.11.2017, 14:27

“Kəpəz”in yeni baş məşqçici - Yunis Hüseynov  

Makedoniyalı siyasətçi: “Partiya olaraq Qarabağ məsələsi diqqətimizdə olacaq”    
20.11.2017, 14:21

Makedoniyalı siyasətçi: “Partiya olaraq Qarabağ məsələsi diqqətimizdə olacaq”  

Gənclər təşkilatı “Qarabağ Regional Uşaq Forumu” keçirdi
20.11.2017, 14:20

Gənclər təşkilatı “Qarabağ Regional Uşaq Forumu” keçirdi

Əli Həsənov Brüsseldə Qarabağ məsələsini qaldırdı
20.11.2017, 14:15

Əli Həsənov Brüsseldə Qarabağ məsələsini qaldırdı

20 noyabr – Qarakəndin qara qorxusu...
20.11.2017, 14:10

20 noyabr – Qarakəndin qara qorxusu...

MAXE olmaq istəyənlərin nəzərinə: Müdafiə Nazirliyindən ELAN
20.11.2017, 13:56

MAXE olmaq istəyənlərin nəzərinə: Müdafiə Nazirliyindən ELAN

“İrəli” sədri: “Azərbaycanda gənclərin çoxu fürsətcildir” – MÜSAHİBƏ
20.11.2017, 13:53

“İrəli” sədri: “Azərbaycanda gənclərin çoxu fürsətcildir” – MÜSAHİBƏ

Bakıda idmançı qızı öldürən sürücüyə 7.5 il həbs verildi - VİDEO
20.11.2017, 13:39

Bakıda idmançı qızı öldürən sürücüyə 7.5 il həbs verildi - VİDEO

“Həll yollarını axtarmaq lazımdır” – Məmmədyarovdan MESAJ
20.11.2017, 13:37

“Həll yollarını axtarmaq lazımdır” – Məmmədyarovdan MESAJ

Lavrov: “Rusiya Qarabağ münaqişəsinin həlli istiqamətində çalışacaq”
20.11.2017, 13:34

Lavrov: “Rusiya Qarabağ münaqişəsinin həlli istiqamətində çalışacaq”

Həmkəndlisinin evini qarət edən şəxslər saxlanıldı
20.11.2017, 13:34

Həmkəndlisinin evini qarət edən şəxslər saxlanıldı

Azərbaycan şahinləri Qarabağda: Şəhid Urfan Vəlizadə   
20.11.2017, 13:25

Azərbaycan şahinləri Qarabağda: Şəhid Urfan Vəlizadə  

ARXİV