19 iyul 2018, Cümə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Yuri Qaqarinin “yoldaş Avara” çağırdığı ulduz, bibisi ilə evlənən məşhur RAC KAPUR
Yuri Qaqarinin “yoldaş Avara” çağırdığı ulduz, bibisi ilə evlənən məşhur RAC KAPUR
02.06.2017, 23:02

O dünyaya Hindistanı təqdim edirdi. Rejissoru, ssenari müəllifi olduğu, baş rollarda oynadığı filmlərdə haqqın qələbəsini, kasıbın hüququnu, uşaq cinayətkarlığına qarşı mübarizəni, sosial ədalətsizliyi, sevginin təntənəsini nümayiş etdirirdi. Onun bütün təqdimatları mükəmməl, inandırıcı alınırdı. Və o milyonların sevimlisi idi, təkcə öz ölkəsində yox, ölkəsinin hüdudlarından kənarda da. Hindistanın bütün ali mükafatlarından, titullarından başqa pərəstişkarlarının ona verdiyi adlar da var idi: “Hindistanın kino kralı”, “Hind kinosunun memarı və yaradıcısı”, “Şərqin Çaplini”...

29 il öncə iyunun 2-də Rac Kapurun ölümü bütün Hindistanı sarsıtmışdı. Ölkə matəm içindəydi.

Modern.az saytı tanınmış hind rejissoru və aktyoru Rac Kapur haqqında yazını təqdim edir.

14 dekabr 1924-cü ildə Pişəvərdə aktyor Prithvirac Kapurun ailəsində anadan olan Pac Kapur ilk dəfə altı yaşaında atasının sahib olduğu teatrda səhnəyə ilk addımını atır. Prithvirac Kapurun tələbkarlığı, hətta öz oğluna belə heç bir güzəştə getməməyi balaca Rac üçün əsl sənət məktəbinə çevrilir. O, qısa bir zamanda  kiçik rolları ilə də olsa öz istedadını nümayiş etdirə bilir.

Teatrda çalışmasına baxmayaraq Rac Kapur kino sənətinə daha çox meyl və həvəs göstərir. Atası oğlunun bu arzusunun qarşısına sədd çəkmir. Beləliklə də Rac Kapur ilk dəfə olaraq 11 yaşında kinoda rol alır. Dövrün tanınmış rejissorları Rac Kapurda qibtəediləcək istedadın olduğunu söyləyirlər.

Bir neçə il “Bombey tokiz” studiyasında rejissor assisenti vəzifəsində çalışdıqdan sonra Rac Kapur  “Rac Kapur films” şirkətini yaradır. Reissoru olduğu və həm də baş rollarda çəkildiyi filmlər qısa bir müddət ərzində həm Hindistanda, həm də bir çox ölkələrdə böyük populyarlıq qazanır. Təkcə SSRİ-də 64 milyon nəfər Rac Kapurun reissoru olduğu və baş rolda çəkildiyi “Avara” filmini seyr edib.

Hindistanın Baş naziri Cəvahirləl Nehru Moskvaya səfər edərkən Nikiti Xruşovun ondan soruşduğu ilk suallardan biri Rac Kapurla bağlı olub:

- Cənab Baş nazir, siz Rac Kapuru şəxsən tanıyırsınız? Bilirsiniz hansı Rac Kapuru deyirəm? Mahnı da oxuyur ey, avara mu...


Təbii ki, belə sual baş naziri qıcıqlandırır. Cəvahirləl Nehru elə düşünür ki, sovet rəhbəri əvvəlcə ondan Hindistanın SSRİ-dəki səfirini soruşmalıdır. Və o vaxt Hindistanın SSRİ-dəki səfiri Cəvahirləl Nehrunun bacısı olub.


Baş nazir Hindistana qayıtdıqdan sonra həmin dövrdə tanınmış teatr rejissoru və həm də parlamentin üzvü olan Rac Kapurun atasını yanına çağırtdırıb deyir:

-Mən belə anladım ki, sizin oğlunuz SSRİ-də məndən də məşhurdu.


Cəvairləl Nehrunun müsahibələrinin birində Rac Kapur haqqında söylədiyi fikirlər də maraqlıdır: “Mən hazırda bütün dünyada ən məşhur adamlardan biriyəm. Demək olar ki, məni hamı tanıyır. Amma Rac Kapurun populyarlığına çatmaq üçün mən hələ çox uzaqlardayam. Bu məsələdə onunla rəqabət çoz çətindir. Rac Kapur yeganə insandır ki, Hindistanın qüruru titulunu mənim əlimdən alır”.

Rac Kapurun növbəti filmlərinin birinin nümayişində işitirak edən Cəvahirləl Nehru təqdimatdan sonra Rac Kapura yaxınlaşaraq ondan avtoqraf da alıb.


1961-ci ildə Yuri Qaqarin Hindistana səfər edərkən kocmonavt Bombey şəhərində yüksək qonaqpərvərliklə qarşılanıb, görüşlər, gəzintilər, ziyafətlər təşkil olunub. Təbii bu görüşdə Rac Kapur da iştirak edib. Qısa bir zaman kəsiyində SSRİ-nin vizit kartı olan Yuri Qaqarinlə, Hindistanın vizit kartı sayılan Rac Kapur arasında səmimi yoldaşlıq münasibəti yaranıb. Kosmonavt kino ulduzuna adı ilə yox, “Yoldaş Avara” deyə müraciət edib.



1956-cı ildə SSRİ-də keçirilən hind filmləri festivalında Sovet İttifaqında səfərdə olan Rac Kapur Bakıda olmaq arzunu da gerçəkləşdirib. Bir günlük səfərdə Rac Kapur bir çox görüşlər keçirib. Dostluq münasibətində olan Rəşid Behbudovla yenidən görüşmək imkanı qazanıb.


Zaman-zaman Rac Kapurun populyarlığı, məhşurluğu pik zirvəyə catıb. “Avara”, “Cənab 420”, “Sanqam”, “Bobbi” və onlarla sevilən filmlər Rac Kapuru milyonların ürəyində yaşadıb.


Bu məşhurluq, bu sevgi Rac Kapuru yolundan azdırmasa da xanımlardan da imtina etdirməyib. Ətrafında, çəkiliş meydanlarında, təqdimatlarda rastlaşdığı xanımlara laqeyd olmayıb.


Bir çox filmlərdə tərəf müqabili olan olduqca yaraşıqlı aktrisa Nərqis isə onun sevgi kumirinə çevrilib. Xanım aktrisa ən çətin, ən mürəkkəb anlarda Rac Kapurun ən yaxın köməkçisi olub. Rac Kapurun ürəyində Nərqisə sevgi olsa da başqa qadınlarla əylənməkdən də əl çəkməyib. Rəqib xanımların Rac Kapura görə çəkişmələri isə son həddə çatıb. Və nəhayət günlərin birində iki xanımın Rac Kapur adlı mübarizəsi səs-küyə səbəb olanda aktyor evlənməyi qərara alıb. Rac Kapur 16 yaşlı bibisi ilə ailə həyatı qurub. Hindistan adətlərinə görə belə nikahlar normal sayılır. Çütlüyün beş övladı olub. Hazırda onlar atalarının yolunu uğurla davam etdirirlər.



Krişna Kapur ömrünün sonuna qədər həyat yoldaşına sədaqətlə xidmət edib. Bəzən Rac Kapurun məqbul sayılmayan hərəkətlərinə göz yummağı da bacarıb.


Bütövlükdə götürəndə 64 illik həyatında Rac Kapuru həmişə uğur, inkişaflı karyera, maddi zənginlik, xalqın sevgisi müşayiət edib. Elə ölümünü də maraqlı bir məqamda qarşılayıb. Belə ki, 1988-ci ildə Rac Kapur Hindistanın ən ali mükafatlarından birinə layiq görülüb. Mükafatı ona şəxsən Hindistan prezidentinin təqdim etməsi nəzərdə tutulub. Mərasim başalayıb, Rac Kapuru təqdimat üçün zala dəvət edəndə o huşunu itirib. Bir ay sonra isə iyunun 2-də Hindistanın ən tanınmış və ən sadə insanı dünyasını dəyişib.


Hazırda Hindistanda “Rac Kapur films” studiyası ən uğurlu şirkətlərdən biri kimi fəaliyyətini davam etdirir. Rac Kapurun övladları və nəvələri bu şirkəti böyük Rac Kapurun adına layiq dünyada tanıtdırırlar.

 

İlham Cəmiloğlu


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Bizi çətin oyununun gözlədiyini bilirik” - Baş məşqçi
18.07.2018, 23:48

“Bizi çətin oyununun gözlədiyini bilirik” - Baş məşqçi

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.07.2018, 23:34

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Şimali Kipr sahillərində 19 miqrant batdı
18.07.2018, 23:27

Şimali Kipr sahillərində 19 miqrant batdı

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb
18.07.2018, 23:14

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb

“Qarabağ” II təsnifat mərhələsində  – Yenilənib
18.07.2018, 22:56

“Qarabağ” II təsnifat mərhələsində  – Yenilənib

Rusiya dünya çempionatından 11 milyard dollar qazandı
18.07.2018, 22:40

Rusiya dünya çempionatından 11 milyard dollar qazandı

Dənizdə 4 nəfər batmaqdan xilas edilib
18.07.2018, 22:27

Dənizdə 4 nəfər batmaqdan xilas edilib

Kılıçdaroğlunun köməkçisi istefaya getdi
18.07.2018, 22:12

Kılıçdaroğlunun köməkçisi istefaya getdi

İtaliyalı nazir “Dostluq” ordeni ilə təltif olunub
18.07.2018, 22:01

İtaliyalı nazir “Dostluq” ordeni ilə təltif olunub

İtaliya prezidenti “Heydər Əliyev”, qızı isə “Şöhrət” ordeni aldı
18.07.2018, 21:36

İtaliya prezidenti “Heydər Əliyev”, qızı isə “Şöhrət” ordeni aldı

Macarıstan BMT-nin miqrasiya razılaşmasından imtina etdi
18.07.2018, 21:19

Macarıstan BMT-nin miqrasiya razılaşmasından imtina etdi

Azərbaycan hərbçiləri NATO təlimlərinə qatılacaq
18.07.2018, 21:07

Azərbaycan hərbçiləri NATO təlimlərinə qatılacaq

20 ildə 796 923  partlamamış hərbi sursat zərərsizləşdirilib
18.07.2018, 20:50

20 ildə 796 923  partlamamış hərbi sursat zərərsizləşdirilib

İtaliya ilə enerji sahəsində əməkdaşlıq müzakirə olunub
18.07.2018, 20:39

İtaliya ilə enerji sahəsində əməkdaşlıq müzakirə olunub

Şəhərin 90 faizi azad edildi
18.07.2018, 20:29

Şəhərin 90 faizi azad edildi

UNEC-in gənc startapçıları yay düşərgəsində - FOTO
18.07.2018, 20:14

UNEC-in gənc startapçıları yay düşərgəsində - FOTO

“Torpaqlarımız işğaldan azad edildikdə ANAMA-nın üzərinə böyük iş düşəcək” – Fuad Ələsgərov
18.07.2018, 20:02

“Torpaqlarımız işğaldan azad edildikdə ANAMA-nın üzərinə böyük iş düşəcək” – Fuad Ələsgərov

Şimali Kipr sahillərində gəmi-bərə batdı-16 ölü, 30 itkin
18.07.2018, 19:58

Şimali Kipr sahillərində gəmi-bərə batdı-16 ölü, 30 itkin

Zakir Həsənov ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşdü
18.07.2018, 19:48

Zakir Həsənov ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşdü

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb
18.07.2018, 19:38

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb

“Barselona”nın futbolçusu məscid tikdirəcək
18.07.2018, 19:27

“Barselona”nın futbolçusu məscid tikdirəcək

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib
18.07.2018, 19:16

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib

“Avroviziya”ya ilkin razılıq verən ölkələr müəyyənləşdi
18.07.2018, 19:06

“Avroviziya”ya ilkin razılıq verən ölkələr müəyyənləşdi

Trampın istəyi: Daha bir ölkə hərbi xərclərini artırır
18.07.2018, 19:00

Trampın istəyi: Daha bir ölkə hərbi xərclərini artırır

Aleksis Sançes ABŞ-a buraxılmadı
18.07.2018, 18:49

Aleksis Sançes ABŞ-a buraxılmadı

Xəzərdə 58 yaşlı kişi boğulub
18.07.2018, 18:42

Xəzərdə 58 yaşlı kişi boğulub

ANAMA 20 il ərzində 53 min ha ərazini minalardan təmizləyib
18.07.2018, 18:30

ANAMA 20 il ərzində 53 min ha ərazini minalardan təmizləyib

İlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"
18.07.2018, 18:20

İlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"

Məmmədyarov italiyalı həmkarı ilə görüşüb          
18.07.2018, 18:10

Məmmədyarov italiyalı həmkarı ilə görüşüb      

“Asan nömrə”lərin aylıq ödənişi niyə artırıldı? - Azercell AYDINLIQ GƏTİRDİ
18.07.2018, 18:01

“Asan nömrə”lərin aylıq ödənişi niyə artırıldı? - Azercell AYDINLIQ GƏTİRDİ

Saakaşvilinin appelyasiya şikayəti qəbul olunmadı
18.07.2018, 17:55

Saakaşvilinin appelyasiya şikayəti qəbul olunmadı

Bu il Bakıda 40 min piyada cərimələnib
18.07.2018, 17:47

Bu il Bakıda 40 min piyada cərimələnib

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
18.07.2018, 17:34

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Nazpəri Dostəliyeva fəlsəfə doktoru oldu
18.07.2018, 17:30

Nazpəri Dostəliyeva fəlsəfə doktoru oldu

İtaliya prezidentinin Bakı səfəri Azərbaycana nə verə bilər? - ŞƏRH  
18.07.2018, 17:04

İtaliya prezidentinin Bakı səfəri Azərbaycana nə verə bilər? - ŞƏRH  

ARXİV