25 iyul 2017, Çərşənbə
Ana Səhifə - MEDİA - Facebook-dan istifadə etməyən jurnalistlər: “Ora daxil olanlarda narkoman kimi asılılıq yaranır”
Facebook-dan istifadə etməyən jurnalistlər: “Ora daxil olanlarda narkoman kimi asılılıq yaranır”
03.06.2017, 10:00

Sosial şəbəkələr müasir dövrdə az qala həyatmızın ayrılmaz hissəsi olub. Bu gün şəxsi tələbat və ya işlə bağlı sosial şəbəkələrindən istifadə edənlərin sayı kifayət qədərdir və hər gün də artır.

 

Müxtəlif peşə adamları ilə yanaşı, jurnalistlər də Facebook və digər sosial şəbəkələrdə aktiv fəaliyyət göstərirlər. Necə yəni, informasiya ilə işləyəsən, hər gün yazasan, jurnalist olasan Facebook-a baxmayasan?.. Amma Azərbaycanda belə qələm sahiblər - jurnalistlər var... Həm də tanınmış jurnalistlərdi. Onlaraktiv jurnalistika fəaliyyətlərinə baxmayaraq Facebook-a daxil olmur, sosial şəbəkələrdən uzaq qaçırlar...

Bəs onların sosial şəbəkələrdən istifadə etməmə səbəbləri nədir?

 

Modern.az saytı bu sualla həmin jurnalistlərə müraciət edib.

 

Hikmət Sabiroğlu: - “Sosial şəbəkələrə vaxt ayıra bilmirəm. Amma vaxt da birinci amil deyil. Mənim o cür intensiv və sürəkli ünsiyyətə enerjim yoxdur. 2012-ci ildə yazılarımın birində bu məsələyə toxunmuşam. Yazmışdım ki, 2003-cü ilin payızında çalışdığım “Avropa” qəzeti qapananda bir müddət bekar qaldım. O vaxt dostların internet klubuna gedib-gəlirdim. İnternetdən istifadə edə bilirdim, ancaq bəzi şeyləri o internet klubunda öyrəndim. Dostlar mənə Mail.ru-da poçt açdılar, çatdan istifadəni başa saldılar.

Çatdan çox tez yoruldum. Başımı götürüb qaçdım. Gördüm ki, çatda yalan danışmaq, adını, yaşını gizlətmək adəti var. Mən bunu bacarmırdım. Adımı, yaşımı, haralı və nə peşənin sahibi olduğumu kimsədən gizlətmirdim. Düşük söhbətlər məni çox utandırırdı. Bir yandan da ildırım sürəti ilə yazan barmaqlara uduzub əsəbiləşirdim. Hərf səhvi, nöqtə-vergül səhvi olmasın deyə, asta-asta yazırdım və xəttin o üzündəki adamlara çata bilmirdim.

Son illər isə hətta elektron poçtla xırda məktubları belə, həvəssiz yazıram. Dostlarla, simsar adamlarla daha çox üzbəsurət, bu da mümkün olmayanda, telefonla əlaqə saxlamağa üstünlük verirəm.

Amma sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsi olduğu danılmazdır. Mən şəbəkə əhlinə ünsiyyət səbri arzulayıram.

Mən mobil telefondan da çox gec – bu vasitə Azərbaycana gəlib çatandan 10 il sonra istifadə etməyə başlamışam. Bəlkə nə vaxtsa sosial şəbəkə də qaçılmaz oldu”.

 

Etibar Cəbrayıloğlu: - “Təbii ki, texnologiyalar insanın işini yüngülləşdirmək üçün kəşf olunub və  xeyli faydası var. Kompüter, telefon kimi texnoloji vasitələrdən istifadə etsəm də, sosial şəbəkələrdən  yalnız Whatsapp və elektron poçtdan istifadə edirəm. Lakin Facebook-dan istifadə etmirəm.

Fikrimcə, sosial şəbəkələr insanın vaxtını çox aparır və asılılıq yaradır. Əgər kimləsə ünsiyyət qurmaq istəyirəmsə, ya üzbəüz, ya da mobil telefon vasitəsilə bunu edirəm. Bu, mənim üçün kifayət edir.

Eyni zamanda biz Facebook-dan düzgün istifadə etməyi bacarmırıq. Məsələn, kiminsə qazanının qapağı itib, onu sosial şəbəkədə paylaşır. Belə etməkdənsə, qazanın qapağını tapsın. Biri yazır ki, indi yuxudan durmuşam. Yuxudan durmusansa, get əlini-üzünü yu də... Bunların ictimaiyyətə aidiyyatı nədir axı?. Yaxud insanlar bir-birindən dostluqlarında olub-olmadığını soruşurlar. Əgər biri dostluğundakı insanların sayını, kimliyini bilmirsə, deməli ona vaxt itirməyə dəyməz. Bəlkə də buna görə mənim haqqımda köhnə fikirli insan düşüncəsi yaranacaq”.

Yeri gəlmişkən, Etibar bəyin oğlu onun adına Facebook səhifəsi yaratsa da, özü ona baxmağa həvəsli deyil.

 

Azər Qaraçənli: - “Ümumiyyətlə mən sosial şəbəkələri, informasiya texnologiyalarını yeni dövrün böyük uğurlarından biri sayıram. Amma söhbət ondan gedir ki, hər hansı yenilik  kimə lazımdırsa, o da tətbiq etməlidir. Mənim şəxsən öz həyatımda  və fəaliyyətimdə sosial şəbəkəyə, o cümlədən Facebook-a ehtiyacım yoxdur. Amma kütləvi informasiya vasitəsinin işçisi kimi şübhəsiz ki, buna ehtiyacımız var.

Hazırda mən “Novator.az” saytında çalışıram. Həmin saytın Facebook və Twitter səhifəsi var. Biz onlar vasitəsilə materiallarımızı yayırıq. Dəb xatirinə və ya zərurətdən axına qoşulmaq olar. Əgər mənim üçün də zərurət yaranarsa, təbii ki, Facebook-dan və ya digər sosial şəbəkələrdən istifadə edə bilərəm. Amma hələlik buna şəxsi təlabat görmürəm. Yalnız jurnalist fəaliyyətimdə ehtiyacım var, onu da saytın səhifələri vasitəsilə edirik”.

Mehman Əliyev: - “Sosial şəbəkələrdən istifadə etmək üçün vaxtım yoxdur. Hər gün əlimdə kifayət qədər işim, yazılarım olur. Sosial şəbəkəyə girəndə kimsə yazırsa, istər-istəməz ona cavab verməlisən. Mən elektron poçt ünvanıma gələn mesajlara cavab verməyə çətinlik çəkirəm. Sosial şəbəkə də olsa, necə çatdıracam?

Eyni zamanda yazılarımın oxunması üçün Facebook-dan istifadə etmək kimi məqsədim yoxdur. Mənim gəlirim məhsul satmaqdan gəlir. Başqaları hansısa kanallardan pul alır, kiməsə işləyir və ya oxucu axtarırlar. Mənim belə niyyətim yoxdur. Məqsədim mənə vəsait verən oxucu tapmaqdır.

Xaricdə - normal ölkələrdə nə qədər çox oxucun olsa, o qədər çox reklam alırsan və bundan pul qazanırsan. Bizdə o bazar yoxdur. Siz saytlara baxın, görün yerli reklamlar kifayət qədərdimi? Xeyr, çünki reklam məhdudiyyəti tətbiq olunur. Reklam ancaq bəlli saytlara verilməlidir. Bu vəziyyətdə biz harda işləməli və necə pul qazanamalıyıq?. Siz dediyiniz oxucu mənə pul verirmi? Əgər vermirsə, niyə onun üçün işləməliyəm.

Mən Mehman Əliyev kimi deyə bilərəm ki, sosial şəbəkədə  nəsə paylaşmağa vaxtım yoxdur. Ondan istifadə edənlərin əksəriyyəti şikayət edir ki, vaxtımızı aparır. Narkoman kimi olurlar. Əgər bir şəxs işdən sonra sırf hobbi üçün sosial şəbəkədən istifadə edirsə, bu başqa məsələdir. Mənim bütün günüm yazışmadır, gün boyu yazı yazıram. İşlərimi çatdıra bilmədiyim vaxtda  üstəlik bu şəbəkələrdən istifadə etsəm, bataqlığa girərəm”.

 

Nazim Sabiroğlu: - “Çox adam düşünür ki, insanlar, xüsusilə redaktorlar sosial şəbəkədə yoxdursa, xeyli informasiya və məlumat itirmiş olur. Bu iddialarla razı deyiləm. Düşünürəm ki, sosial şəbəkələrdə olmamaqla nəsə itirmirəm. Əksinə, qazanıram. Çünki dostlarla görüşən zaman çox vaxt şikayət edirlər ki, sosial şəbəkə vaxt aparır. O cümlədən mənim sosial şəbəkələrdən istifadə etməməyimin əsas səbəbi vaxt azlığıdır və gələcəkdə də istifadə etməyi düşünmürəm”.

 

Fərhad Məmmədov: - “Çox sadə səbəbi var. Mənim o qədər də boş vaxtım olmur.  Sosial şəbəkələrdən istifadə etmək əlavə zaman tələb edir. Günə təxminən bir-iki saat vaxt ayırmaq lazımdır. Jurnalistlərin sosial şəbəkədən aktiv istifadəsi tamamilə normaldır. Sadəcə mən sosial şəbəkələri “laqqırtı” meydanına çevirməyin tərəfdarı deyiləm. Əlbəttə, faydalı məqsədlər üçün istifadə etmək önəmlidir. Sosial şəbəkələr əlavə informasiya mənbəyi və kommunikasiya vasitəsidir”.

 

 

Günay RƏSULQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Aslan İsmayılov Etibar Məmmədovu rusiyapərəstlikdə İTTİHAM ETDİ
25.07.2017, 10:41

Aslan İsmayılov Etibar Məmmədovu rusiyapərəstlikdə İTTİHAM ETDİ

Kapital Bank “Təhsil avtobusu” layihəsinin rəsmi tərəfdaşıdır
25.07.2017, 10:33

Kapital Bank “Təhsil avtobusu” layihəsinin rəsmi tərəfdaşıdır

Bir çox tanınmış məhbuslar şərtsiz azad olunacaq   
25.07.2017, 10:29

Bir çox tanınmış məhbuslar şərtsiz azad olunacaq  

Tillerson istefa verə bilər 
25.07.2017, 10:27

Tillerson istefa verə bilər 

Qarabuludun ağbulud şeirləri Bakıda kitablaşdırıldı…
25.07.2017, 10:15

Qarabuludun ağbulud şeirləri Bakıda kitablaşdırıldı…

Azərbaycanlı iş adamı oğluna 4 gün, 4 gecə toy etdi - FOTOLAR - VİDEO
25.07.2017, 10:15

Azərbaycanlı iş adamı oğluna 4 gün, 4 gecə toy etdi - FOTOLAR - VİDEO

Bakcell yeni fakturalı Klass tariflərini təqdim edir
25.07.2017, 10:12

Bakcell yeni fakturalı Klass tariflərini təqdim edir

Hərbi liseylərə və feldşer ixtisası üzrə keçiriləcək imtahana 132 nəzarətçi-müəllim cəlb olunub
25.07.2017, 10:04

Hərbi liseylərə və feldşer ixtisası üzrə keçiriləcək imtahana 132 nəzarətçi-müəllim cəlb olunub

Ermənilər mövqelərimizə 4 mərmi atdı
25.07.2017, 09:43

Ermənilər mövqelərimizə 4 mərmi atdı

Bakıda olimpiya çempionunun maşınla vurduğu qadın öldü
25.07.2017, 09:34

Bakıda olimpiya çempionunun maşınla vurduğu qadın öldü

Xəzər Universiteti daha bir uğura imza atdı
25.07.2017, 09:32

Xəzər Universiteti daha bir uğura imza atdı

Yaponiyada isti 6 nəfəri öldürdü
25.07.2017, 09:29

Yaponiyada isti 6 nəfəri öldürdü

Azərbaycan velosiped istehsalına başladı, bəs velosiped yolları da olacaqmı...
25.07.2017, 09:27

Azərbaycan velosiped istehsalına başladı, bəs velosiped yolları da olacaqmı...

DİM I və IV qrupların imtahanından 1 milyon 118 min 480 manat qazandı
25.07.2017, 09:19

DİM I və IV qrupların imtahanından 1 milyon 118 min 480 manat qazandı

“Qarabağ” bu gün Çempionlar Liqasının növbəti oyununa çıxacaq
25.07.2017, 09:00

“Qarabağ” bu gün Çempionlar Liqasının növbəti oyununa çıxacaq

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ 
25.07.2017, 08:45

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ 

Bu gündən müəllim işləmək istəyənlərin imtahanı başlayır
25.07.2017, 08:42

Bu gündən müəllim işləmək istəyənlərin imtahanı başlayır

Antalyada partlayış: yaralılar var
25.07.2017, 00:56

Antalyada partlayış: yaralılar var

Ukraynada silahlı insident: 1 ölü, 5 yaralı
25.07.2017, 00:44

Ukraynada silahlı insident: 1 ölü, 5 yaralı

ABŞ Türkiyədən izahat gözləyir
25.07.2017, 00:29

ABŞ Türkiyədən izahat gözləyir

Makronla Merkel Ukraynanı dəstəklədi
25.07.2017, 00:12

Makronla Merkel Ukraynanı dəstəklədi

Oğuz sakini güllələndi
24.07.2017, 23:57

Oğuz sakini güllələndi

Axund işğaldakı məscidin açarlarını 24 ildir özündə saxlayır - VİDEO
24.07.2017, 23:37

Axund işğaldakı məscidin açarlarını 24 ildir özündə saxlayır - VİDEO

İsveçrədə insanlara avtomatik mişarla hücum çəkən şəxs axtarılır
24.07.2017, 23:18

İsveçrədə insanlara avtomatik mişarla hücum çəkən şəxs axtarılır

BMT Donbasa sülhməramlı göndərməyi planlaşdırmır
24.07.2017, 23:04

BMT Donbasa sülhməramlı göndərməyi planlaşdırmır

Mənzil alan jurnalistlərə TƏBRİKİM   
24.07.2017, 22:56

Mənzil alan jurnalistlərə TƏBRİKİM  

Azərbaycanda ən bahalı ixtisaslar  - Video
24.07.2017, 22:49

Azərbaycanda ən bahalı ixtisaslar  - Video

Azərbaycan nefti ucuzlaşdı
24.07.2017, 22:34

Azərbaycan nefti ucuzlaşdı

“Fatma, bizə qəhrəman adı verdilər” - SSRİ-nin qaz sənayesinə rəhbərlik etmiş azərbaycanlı nazir  
24.07.2017, 22:29

“Fatma, bizə qəhrəman adı verdilər” - SSRİ-nin qaz sənayesinə rəhbərlik etmiş azərbaycanlı nazir  

Xaçmazda azyaşlı piyadanı maşın vurdu
24.07.2017, 22:16

Xaçmazda azyaşlı piyadanı maşın vurdu

“Kişiliyinizi” jenşenə etibar edin - YALNIZ KİŞİLƏR ÜÇÜN
24.07.2017, 22:09

“Kişiliyinizi” jenşenə etibar edin - YALNIZ KİŞİLƏR ÜÇÜN

Rusiyada şaxtada partlayış: 2 nəfər itkin düşdü
24.07.2017, 21:51

Rusiyada şaxtada partlayış: 2 nəfər itkin düşdü

Reyd zamanı çətin anlar yaşandı - VİDEO
24.07.2017, 21:35

Reyd zamanı çətin anlar yaşandı - VİDEO

Yardımlıda yeni tarixi abidələr aşkarlanıb
24.07.2017, 21:21

Yardımlıda yeni tarixi abidələr aşkarlanıb

3 israillini qətlə yetirən fələstinlinin evi dağıdılacaq   
24.07.2017, 21:04

3 israillini qətlə yetirən fələstinlinin evi dağıdılacaq  

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(17.3%)
- İmtahanlar bir dəfə keçirilməliydi(4.34%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(52.1%)
- İmtahan testləri çətinləşdirilmişdi(13.0%)
- İmtahanlar asan keçdi(4.34%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(4.34%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(4.34%)