24 yanvar 2018, Çərşənbə axşamı
Ana Səhifə - TƏHSİL - Tahir Kərimlidən Vahid Əhmədova DƏSTƏK: “Pullu imtahanlarla gələcəyimizə balta vururuq”
Tahir Kərimlidən Vahid Əhmədova DƏSTƏK: “Pullu imtahanlarla gələcəyimizə balta vururuq”
03.06.2017, 11:17

Bu ildən Azərbaycanda abituryentlər üçün ali məktəblərə qəbul və sınaq imtahanları pullu olub. Tarif Şurası Dövlət İmtahan Mərkəzinin (DİM) müraciəti əsasında pullu imtahanlar üçün müvafiq məbləğlər müəyyənləşdirib - qəbul imtahanlarında iştirak 40 manat; sınaq imtahanlarında iştirak 20 manat.

Bu məsələ aylardır ictimaiyyətin ciddi müzakirə mövzusuna çevrilib. Çünki nə 40 manat, nə də 20 manat imkansız ailələr üçün az məbləğ deyil.

Azərbaycanda insanların sosial durumunu nəzərə alsaq, görərik ki, bir çox ailələlər bu məbləği heç də asanlıqla qazanmır. Bölgələrdə yaşayan ailələrin çoxu üçün 20 manat böyük məbləğdir. Bəzən olur ki, bölgələrdən paytaxta gəlmək istəyən ailə  20, 40 manat tapmaqda çətinlik çəkir. O zaman DİM-in müəyyənləşdirdiyi məbləğ nəyə xidmət edir?

Nəzərə alsaq ki, bəzi imkansız ailələr pul tapıb savadlı övladını imtahana göndərə bilməyəcək, onda hansı uğurlu təhsil sistemindən danışmaq olar?

Qeyd edək ki, millət vəkili Vahid Əhmədov bir müddət öncə Milli Məclisdəki çıxışlarının birində imtahanların pull olmasının əleyhinə çıxmışdı. Deputat imtahanların pullu olmasıyla imkansız və istedadlı gənclərin ali təhsildən kənarda qalacağını əsas gətirərək, bu məsələdə onlara dəstək verilməsi üçün təkliflər səsləndirmişdi.


Vahid Əhmədovun təklifləri ictimai dəstək qazanmaqdadır. Artıq çoxları bu qənaətdədir ki, 40 20 manatlıq məbləğlər bir çox gəncin imtahanda iştirakını əngəlləyir.

Mövzuya Milli Məclisin deputatı Tahir Kərimlidən münasibət öyrənməyə çalışdıq. O da həmkarının fikirlərini dəstəkləyib.

Tahir Kərimli Modern.az-a açıqlamasında deyib ki, DİM publik-hüquqi şəxs olduğundan imtahanları pullu həyata keçirir.

DİM-in dolanışıq mənbəyi

“Əvvəllər dövlət imtahanlarını TQDK həyata keçirirdi. Həmin vaxtlarda bu təşkilat dövlət təşkilatı idi. Dövlətdən maliyyələşirdi. Daha sonra isə DİM yarandı və bunu publik hüquqi şəxs elan etdilər. Publik -hüquqi şəxs isə dövlətdən maliyyələşmir. Bu zaman DİM özünü, işçilərini dolandırmaqdan ötrü pul mənbəyi əldə etməlidir. Ona görə də fikirləşdilər ki, bu, maliyyəni imtahana gələnlərdən əldə etmək olar. TQDK ilə DİM-i birləşdirib publik hüquqi şəxs yaratdılar. Ötən il “Publik şəxslər haqqında qanun” qəbul etdik. Bu qanun qəbul olunanda həm komitədə, həm də  plenar iclasda çox ciddi çıxışım oldu. Bir sıra dövlətlərdən də nümunələr, analogiyalar gətirdim”.

Uşaqlarımızın təhsildən kənar qalmasına nə ad verək?!

Deputat deyir ki, imtahanların pullu olması çox acınacaqlı vəziyyət yaradıb.

“İnsanlar var ki, övladları ali məktəbə qəbul olunduqdan sonra, pul tapıb onları oxutdura bilmir. Belə vəziyyəti yaşayan ailələr olduğa zamanda üstəlik imtahanları da pullu edirik. Bu da minlərlə imkansız insanın sosial durumuna mənfi təsir edir. Məsələn, bəyənmədiyimiz Liviyada bütün təhsil sistemi dövlətin hesabına həyata keçirilir. Azərbaycan cəmiyyətində isə gözümüz görə-görə minlərlə gənc təhsildən uzaqlaşdırılır. Çünki adi imtahan verməyə imkanı çatmır. Uşaqlarımızın təhsildən kənar qalmasına nə ad vermək olar?! 1947-ci ildə Yaponiyada imperator İro Hito yeni Konstitusiya qəbul etdi. Konstitusiyaya əsasən, hərbi sahəyə pul ayrılmadı. Bütün pulu təhsilə qoydular. Bununla da, Yaponiyada tərəqqi baş verdi. Bizim cəmiyyətimizin gələcəyinin hansı vəziyyətdə olması təhsilin səviyyəsindən asılıdır. Bu cür məsələlər gələcəyimizə balta vurmaqdan başqa bir şey deyil. Bunu ürək ağrısı ilə deyirəm”.


“İmkansız ailələrə pul ayrılsın”

Tahir Kərimli, maraqlı bir təklif də irəli sürüb.

“Artıq iş-işdən keçib. Belə bir vəziyyətdə çıxış yolu tapmaq lazımdır. Düşünürəm ki, DİM-i  publik-hüquqi şəxs vəziyyətindən çıxarmaq mümkün olmayacaq. Hesab edirəm ki, könüllük prinsipi ilə kim dövlət imtahanında iştirak etmək üçün pul ayırıb verə bilirsə, onlar versin. İmkanı olmayanlar üçün isə dövlət tərəfindən pul ayrılsın. Vaxtilə bu sahəyə nə qədər pul ayrılırdı. 7 milyon manat pulla bu məsələ həll olunurdu. Heç olmasa 1-2 milyon pul ayrılsın ki, imkansız ailələrin övladları imtahana pul ödəməsinlər. Dövlətimizin buna imkanı var. Konstitusiyamıza əsasən, Azərbaycan sosial dövlətdir. Cənab prezident də sosial sahəni müdafiə edir. Birinci vitse-prezident də bu sahəyə çox ciddi əhəmiyyət verir. Hesab edirəm ki, bu sahəyə müəyyən qədər vəsait ayrılar və bu məsələ də həll olunar”.
 
 

Namidə BİNGÖL


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıda dövlət qurumu I qrup əlildən “ŞİRİNLİK” İSTƏYİR
24.01.2018, 13:17

Bakıda dövlət qurumu I qrup əlildən “ŞİRİNLİK” İSTƏYİR

Səbaildə torpaq sürüşməsilə bağlı Xüsusı Qərargah yaradıldı
24.01.2018, 13:10

Səbaildə torpaq sürüşməsilə bağlı Xüsusı Qərargah yaradıldı

Tillerson: “Suriyadakı ölümlərə görə Rusiya məsuliyyət daşıyır”
24.01.2018, 13:08

Tillerson: “Suriyadakı ölümlərə görə Rusiya məsuliyyət daşıyır”

Azərbaycanda it-pişik saxlayanların qeydiyyatı aparılmır - Qorxulu xəstəliklər ...
24.01.2018, 13:03

Azərbaycanda it-pişik saxlayanların qeydiyyatı aparılmır - Qorxulu xəstəliklər ...

İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə TANAP və TAP kəmərlərini müzakirə etdi
24.01.2018, 12:50

İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə TANAP və TAP kəmərlərini müzakirə etdi

Bəzi məktəblərdə müəllim çatışmazlığı problemi qalır…
24.01.2018, 12:45

Bəzi məktəblərdə müəllim çatışmazlığı problemi qalır…

Rusiya ABŞ-ı Suriya ilə bağlı Konqresə dəvət etdi
24.01.2018, 12:44

Rusiya ABŞ-ı Suriya ilə bağlı Konqresə dəvət etdi

Elektron xidmətlərindən ən çox istifadə olunan qurumlar - SİYAHI
24.01.2018, 12:42

Elektron xidmətlərindən ən çox istifadə olunan qurumlar - SİYAHI

Daha bir ağır atletimizdə dopinq aşkarlanıb
24.01.2018, 12:41

Daha bir ağır atletimizdə dopinq aşkarlanıb

2017-ci il ərzində 3424 uşaq zorakılıqla üzləşib
24.01.2018, 12:34

2017-ci il ərzində 3424 uşaq zorakılıqla üzləşib

Sabahın hava PROQNOZU - Qar, külək...
24.01.2018, 12:28

Sabahın hava PROQNOZU - Qar, külək...

Allahşükür Paşazadə ABŞ səfiri ilə görüşdü: Qarabağ müzakirə olundu
24.01.2018, 12:24

Allahşükür Paşazadə ABŞ səfiri ilə görüşdü: Qarabağ müzakirə olundu

Xəstə atları kəsib satanlar tutuldu - FOTOLAR
24.01.2018, 12:16

Xəstə atları kəsib satanlar tutuldu - FOTOLAR

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb
24.01.2018, 12:10

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Daha bir əcnəbi jurnalist Dağlıq Qarabağa səfər etdi
24.01.2018, 12:09

Daha bir əcnəbi jurnalist Dağlıq Qarabağa səfər etdi

“Space”də kəskin peşəkarlıq çatışmazlığı sindromu   
24.01.2018, 12:08

“Space”də kəskin peşəkarlıq çatışmazlığı sindromu  

Paytaxtda taksi sürücülərini soyanlar saxlanıldı - FOTOLAR
24.01.2018, 12:05

Paytaxtda taksi sürücülərini soyanlar saxlanıldı - FOTOLAR

Bakı məktəblərinə işə qəbul imtahanı başlayır
24.01.2018, 12:01

Bakı məktəblərinə işə qəbul imtahanı başlayır

Tehranda Azərbaycana dair iki qətnamə qəbul edildi
24.01.2018, 11:57

Tehranda Azərbaycana dair iki qətnamə qəbul edildi

Gəncədə kütləvi dava-dalaş: 3 nəfər bıçaqlandı, 5 nəfər tutuldu
24.01.2018, 11:37

Gəncədə kütləvi dava-dalaş: 3 nəfər bıçaqlandı, 5 nəfər tutuldu

Türkiyə ABŞ-ı kürdlərə gizli dəstək verməkdə İTTİHAM ETDİ
24.01.2018, 11:33

Türkiyə ABŞ-ı kürdlərə gizli dəstək verməkdə İTTİHAM ETDİ

Ramil Usubovdan yol polislərinə XƏBƏRDARLIQ: “..ciddi ölçülər götürüləcək”   
24.01.2018, 11:29

Ramil Usubovdan yol polislərinə XƏBƏRDARLIQ: “..ciddi ölçülər götürüləcək”  

11 min nəfərin sürücülük hüququ məhdudlaşdırılıb
24.01.2018, 11:25

11 min nəfərin sürücülük hüququ məhdudlaşdırılıb

Argentina prezidenti Messi ilə Maradona arasında seçim etdi
24.01.2018, 11:25

Argentina prezidenti Messi ilə Maradona arasında seçim etdi

Avropa Azərbaycanlıları Konqresinin qurultayı keçiriləcək
24.01.2018, 11:19

Avropa Azərbaycanlıları Konqresinin qurultayı keçiriləcək

Mərhum jurnalist Nicat Məlikovun iş yoldaşı: “Nəsə ürəyimə dammışdı...”   
24.01.2018, 11:18

Mərhum jurnalist Nicat Məlikovun iş yoldaşı: “Nəsə ürəyimə dammışdı...”  

Azərbaycanlı jurnalisti Rusiyada maşın vurub öldürdü
24.01.2018, 11:07

Azərbaycanlı jurnalisti Rusiyada maşın vurub öldürdü

İlham Əliyev Davosda yeni görüşlər keçirdi
24.01.2018, 11:06

İlham Əliyev Davosda yeni görüşlər keçirdi

Cəfər Cabbarlının yaradıcılığında ERMƏNİ MƏSƏLƏSİ
24.01.2018, 10:58

Cəfər Cabbarlının yaradıcılığında ERMƏNİ MƏSƏLƏSİ

Ali Baş Komandan tapşırıq verdi - Fuad Ələsgərov ön cəbhəyə getdi - FOTOLAR
24.01.2018, 10:52

Ali Baş Komandan tapşırıq verdi - Fuad Ələsgərov ön cəbhəyə getdi - FOTOLAR

4 xarici şirkət Azərbaycandan gedir
24.01.2018, 10:51

4 xarici şirkət Azərbaycandan gedir

“Apreldə doğan ümid” adlı film hazırlandı - VİDEO
24.01.2018, 10:28

“Apreldə doğan ümid” adlı film hazırlandı - VİDEO

Agentlik paytaxtın bəzi yollarında çatışmazlıqlar aşkarladı - VİDEO
24.01.2018, 10:15

Agentlik paytaxtın bəzi yollarında çatışmazlıqlar aşkarladı - VİDEO

Bu gün Xətai rayonunda su kəsiləcək
24.01.2018, 10:11

Bu gün Xətai rayonunda su kəsiləcək

Bakı Ali Neft Məktəbi Petronasla əməkdaşlığa başlayır    
24.01.2018, 10:09

Bakı Ali Neft Məktəbi Petronasla əməkdaşlığa başlayır    

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(43.8%)
SOCAR(12.2%)
Azersun Holding(12.2%)
Azercell(3.50%)
Bakcell(7.01%)
Nar mobile(1.75%)
Gilan Holdinq(3.50%)
Nurgun Group(1.75%)
Paşa Holding(3.50%)
Akkord(10.5%)