Modern.az

Hüquq-mühafizə orqanlarının işi təkmilləşdiriləcək

Hüquq-mühafizə orqanlarının işi təkmilləşdiriləcək

Ölkə

3 İyun 2017, 18:17

Hüquq-mühafizə orqanları əməkdaşlarının müsbət obrazını yaradan, onun cəzaverici deyil, xilaskar olmasını formalaşdıran televiziya proqramlarının və filmlərin çəkilişi və yayımlanması, onların peşəkar fəaliyyətinin televiziya kanallarında mütəmadi işıqlandırılması genişləndiriləcək.

Modern.az-ın məlumatına görə, bu, prezident İlham Əliyevin Azərbaycan Respublikasında biznes mühitinin yaxşılaşdırılması ilə bağlı təsdiqlədiyi Tədbirlər Planında nəzərdə tutulub.

 

Həmçinin, hüquq-mühafizə orqanları əməkdaşlarının baş vermiş cinayət hadisələrinə və törədilən qayda pozuntularına qarşı biganəliyi, qeyri-operativliyi, vəzifə borcunun icrasına səhlənkar münasibəti halları ilə mübarizənin gücləndirilməsi və Azərbaycan Respublikası vətəndaşlarının hüquq-mühafizə orqanlarına xidmətə qəbulunda şəffaflığın artırılması Tədbirlər Planında yer alıb.

 

Tədbirlər Planında bundan əlavə hüquq-mühafizə orqanlarının internet resurslarının təkmilləşdirilməsi, informasiyaların ən azı iki xarici dilə (ingilis və rus dillərinə) tərcümə edilməsi, bu resurslarda korrupsiya ilə mübarizə, iş adamlarının müraciətlərinə baxılması, onların hüquqlarının pozulması, fəaliyyətlərinə maneçilik halları üzrə cavab tədbirlərin görülməsinə dair məlumatların yerləşdirilməsi də nəzərdə tutulub.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?