Modern.az

“Mən fəxr edirəm ki, Məhərrəm Əliyev kimi qardaşım var”

“Mən fəxr edirəm ki, Məhərrəm Əliyev kimi qardaşım var”

Ölkə

4 İyun 2017, 17:05

"İnsan öz əqidəsini elan kimi divardan asmamalıdr".

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Adil Əliyev qardaşı general-leytenant Məhərrəm Əliyevin Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsindən azad olunmasına münasibət bildirərkən deyib.

 

“Məhərrəm Əliyevi tanıyanlar tanıyır,tanımayanlar üçün ərz edim ki, o heç vaxt yaltaq və ikiüzlü olmayıb. O vətəni, dövləti, xalqı uğrunda qan, dostu uğrunda göz yaşı, ailəsi uğrunda tər tökən əqidə adamıdır.

Məhərrəm Əliyev vaxtında Ulu öndər Heydər Əliyevin silahdaşı olub, bu gün də cənab president İlham Əliyevə sadiq generallardan biridir.

Heç bir təmənna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, o, prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.. Heç bir qüvvə, heç vaxt onu əqidəsindən döndərə bilməz. Mən fəxr edirəm ki, Məhərrəm Əliyev kimi bpyük qardaşım var. Allah böyüklərimizi qorusun”.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı