Modern.az

Universitet, texnikum və peşə məktəblərinin sovet iş üsulu

Universitet, texnikum və peşə məktəblərinin sovet iş üsulu

12 Noyabr 2009, 17:12

NİYƏ BIR SIRA TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ TƏLƏBƏLƏRİN TƏQAÜDLƏRİ KARTLA VERİLMİR

Azərbaycanda dövlət idarə və müəssisələrinin əksəriyyətində bir neçə ildir məvaciblərin, təqaüdlərin verilməsi üçün kart sistemi tətbiq edilib. Bununla yanaşı, ölkəmizdə bəzi ödənişləri kart sistemi ilə verməyən dövlət qurumları da var. Məsələn, bəzi təhsil müəssisələri hələ də sovet üsulu ilə işləyirlər. Belə ki, həmin təhsil ocaqlarında təqaüdlər bankomatlar vasitəsilə deyil, nəğd ödəmə yolu ilə verilir. Bu üsul həm ali məktəblərdə, həm orta ixtisas və texniki-peşə məktəblərində «işə yarayır». Hər ay kassadan təqaüd alan alan tələbənin pulundan 1-2 manat həcmində «şirinlik» saxlanılır. Yəqin ki, belə halla son qoyulması üçün problemdən yeganə çıxış yolu kart sisteminə keçiddir. Sözügedən sahədə vəziyyətin nə yerdə olduğunu, hansı təhsil ocağının yeni texnologiyalar ilə işlədiyni öyrənmək üçün onların özləri ilə əlaqə saxladıq.

Modern.az-a məlum oldu ki, Müəllimlər İnstitutunda hələ də tələbələr təqaüdlərini kassadan alırlar. Amma institutdan bildirdilər ki, yeni ilədək bu probelmi həll edəcəklər.

Memarlıq və İnşaat Universiteti isə noyabrdan tələbələri kartla təmin edib. Dövlət Dillər Universitetindən bildirdilər ki, onlar hələ ötən ildən nəğd pul əməliyyatı aparmırlar.

Slavyan Univesitetində isə hələ yeni sistemə keçid aparılmayıb.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasından da bildirdilər ki, tələbələr təqaüdlərini kassadan alırlar.

Turizm İnstitutu isə kart sisteminə keçən ilk ali məktəblər sırasındadır. Bu institutda hesab edirlər ki,  kart sisteminə keçid, bir tərəfdən tələbələrin təqaüdlərini tam həcmdə almasına şərait yaradırsa, digər tərəfdən inflyasiyanın qarşısını alır.

Bakı Dövlət, Texniki, Azərbaycan Pedaqoji və İqtisad universitetlərində də tələbələr təqaüdlərini bankomatlar vasitəsilə əldə edirlər.

Göründüyü kimi, əksər ali məktəblər müasir texnologiyalar siteminə keçid ediblər. Ancaq təəssülər olsun ki, bunu orta ixtisas və texniki-peşə məktəblərinə aid etmək olmaz. Araşdırmalarımız göstərib ki, onların böyük əksəriyyəti tələbə və şagirdlərin təqaüdlərini kartla deyil, nəğd ödəmə üsulu ilə verir. 

Məsələ ilə bağlı Təhsil Nazirliyinin də münasibətini öyrəndik. Nazirlikdən bildirdilər ki, bütün təhsil ocaqlarının kart sisteminə keçməsi daha çox Maliyyə Nazirliyi ilə bağlı olan məsələdir. Bunun üçün sözügedən nazirlik külli miqdarda vəsait ayırmalıdır. 

Təhsil Nazirliyindən onu da dedilər ki, kart sisteminə keçidlə bağlı hazırladıqları layihəyə əsasən, 2010-cu ildən bütün ali, orta-ixtisas və texniki-peşə məkiəblərində təhsil alan tələbələrin hamısı təqaüdlərini plastik kartla almalıdırlar.

 

Xatırladaq ki, 

Azərbaycan Respublikasının dövlət təhsil müəssisələrində təhsil alan aspirantların, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələ və şagirdlərinin təqaüdləri

sonuncu dəfə

ölkə başçısı

nın 2008-ci ilin sentyabrında imzaladığı sərəncam əsaında artırılıb. Həmin s

ərəncama əsasən, 2008-ci il sentyabrın 1-dən etibarən aspirantların və ali məktəblərdə adlı təqaüd alan tələbələrin aylıq təqüdləri 90 manat olub. Magistr pilləsi üzrə əla qiymətlərlə oxuyan tələbələrin təqaüdləri 75, yaxşı qiymətlərlə oxuyan tələbələrinki 60, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrinki isə 40 manata çatdırılıb. Bakalavr pilləsi üzrə əla qiymətlərlə oxuyan tələbələrə 70, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə 55, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə 35 manat manat təqaüd verilir. Orta ixtisas məktəblərində əla qiymətlərlə oxuyan tələbələrə 35, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə 30, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə 25 manat təqaüd müəyyənləşdirilib.

Peşə məktəbləri və peşə liseylərinin şagirdlərinin aldığı aylıq təqüdləri 25 manatdır.

Lalə MUSAQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi