Modern.az

Rusların dost və düşmən saydığı ölkələr - Azərbaycan ilk "onluq"dadır - SİYAHI

Rusların dost və düşmən saydığı ölkələr - Azərbaycan ilk "onluq"dadır - SİYAHI

5 İyun 2017, 11:31

Rusiya sakinlərinin 9%-i Azərbaycanı dost ölkə hesab edir.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə “Levada” mərkəzinin apardığı rəy sorğuları göstərir. Bu göstərici ilə Azərbaycan Rusiyaya dost 10 ölkənin sırasındadır.

 

İlk onluğa Belarus (46%), Çin (39%), Qazaxıstan (34%), Suriya (15%), Hindistan (14%), Kuba (11%), Özbəkistan, Tacikistan və Azərbaycan (9%) daxildir.

 

Rusların düşmən gördükləri ölkələr isə ABŞ (69%), Ukrayna (50%), Polşa (21%), Estoniya (16%), Britaniya (15%), Gürcüstan (9%), Fransa və Türkiyə (9%) daxildir.

 

Sorğu mayın 19-22 tarixlərində Rusiyanın 48 vilayətinin 137 şəhər və qəsəbəsində 1600 nəfər arasında keçirilib.

 

Vüqar İSMAYILOV

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir