Modern.az

Bu il 84 min məzuna "Son zəng" çalınacaq

Bu il 84 min məzuna "Son zəng" çalınacaq

5 İyun 2017, 12:59

İyunun 14-ü Azərbaycandakı bütün orta məktəblərdə “Son zəng” tədbiri keçiriləcək.

Təhsil Nazirliyindən  Modern.az-a verilən məlumatda bu il nə qədər şagirdin XI sinfi bitirdiyi barədə rəqəmlər əks olunub.

Bildirilib ki, 2016-2017-ci tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini -110 638 nəfər, XI siniflərini -84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagirdin bitirəcəyi gözlənilir.

2017-2018-ci tədris ilinin əvvəlinə 164 945  nəfərin  I siniflərə qəbulu  gözlənilir.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi