Modern.az

Prezident Elçin Quliyevlə bağlı sərəncam verdi - TƏYİNAT

Prezident Elçin Quliyevlə bağlı sərəncam verdi - TƏYİNAT

5 İyun 2017, 14:39

Azərbaycan prezidenti İlham Əliyev Elçin Quliyevin Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.


Sərəncama əsasən, general-polkovnik Elçin İsağa oğlu Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi təyin olunub.

Qeyd edək ki, E.Quliyev indiyə qədər Dövlət Sərhəd Xidmətinin rəisi və Sərhəd Qoşunlarının komandanı idi.


Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli vəzifələrin Siyahısı təsdiq edilib.


İlham Əliyev həmçinin Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibini təsdiqləyən fərman da imzalayıb.


İlham Əliyevin digər fərmanı ilə “Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Prezidentin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanında dəyişikliklər edilib.

Yeni əsasnamədə Sərhəd Qoşunlarının komandanı vəzifəsi ləğqv edilib.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!