Modern.az

“Ramazanda toy etmək olmaz” deyən xurafatçıları ölkədən çıxarmaq lazımdır

“Ramazanda toy etmək olmaz” deyən xurafatçıları ölkədən çıxarmaq lazımdır

5 İyun 2017, 15:05

Bu gün müqəddəs Ramazan ayının 10-cu gününü yaşayırıq. İllərdən gələn ənənələrə görə, azərbaycanlılar Ramazanda toy etməkdən çəkinirlər. Hətta bəziləri orucluqda toy etməyin böyük günah olduğunu iddia edir.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, Rafiq Əliyev Modern.az-a açıqlamasında deyilənlərin cəfəngiyyatdan başqa bir şey olmadığını deyib:

 

“Ramazan çox sevilən və bütün bayramlara əsas verən bir aydır. Təkcə Azərbaycandan başqa bütün ərəb ölkələrində Ramazan ayında restoranlar, şadlıq evləri toy üçün tutulur. Axşam iftardan sonra səhərə qədər toy çalınır. “Ramazan ayında toy etmək olmaz” deyən din xadiminin İslam dinindən anlayışı yoxdur. O, din xadimi deyil. Əhalini yanlış yönləndirdiyi üçün onu ölkədən çıxarmaq lazımdır. Camaatın toy, nişan, ad günü sevincini niyə əlindən alırlar? İslamda belə şey qətiyyən yoxdur”.

 

R.Əliyev bildirib ki, Ramazanda toy etməmək İslamın əleyhinə çıxmaqdır:

 

“Sadəcə olaraq insanların beyninə yeridiblər ki, Ramazanda toy etmək olmaz, onları şüurla idarə edirlər. Xurafatçılar insanların şüuruna yeridiblər ki, Ramazan ayında toy etmək olmaz. “Məhərrəm ayında toy etmək olmaz” fikrini qəbul etməsəm də, yenə də anlayıram. Amma Ramazanda niyə olmasın? Əsas gətirirlər ki, Ramazan ayında araq içəcəklər. Guya İslamda başqa aylarda araq içmək məqbuldur? İslamda araq içmək ayından asılı olmayaraq məqbul deyil. Deyirlər “Ramazanda araq içmə haramdır”. Məgər Ramazan bitəndən sonra araq halal sayılır?

Quranda, hədislərdə, İslam alimlərinin yazılarında Ramazan ayında toy olması ilə bağlı qadağa yoxdur. Bizim etdiyimiz bütövlükdə İslamın əleyhinə çıxmaqdır”.

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu