27 iyun 2017, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Müşfiqin illərdir ki, oxuculara yanlış təqdim olunan ŞEİRLƏRİ
Müşfiqin illərdir ki, oxuculara yanlış təqdim olunan ŞEİRLƏRİ
05.06.2017, 15:34

Bu gün Azərbaycan estetik poeziyasının ən güclü nümayəndələrindən olan nakam taleli şair Mikayıl Müşfiqin anım günüdür. 1908-ci ilin 5 mayında anadan olmuş şair qısa ömür yaşamasına baxmayaraq, çağdaş Azərbaycan poeziyasının banilərindən birinə çevrildi. Təsadüfi deyil ki, Müşfiqin anadan olduğu tarix Azərbaycanda Şairlər Günü kimi qeyd olunur. 

Modern.az böyük şairin anım günü münasibətilə Müşfiqlə bağlı kiçik bir detala toxunacaq. Bu detalı əslində, Müşfiq orijinallığının, təzəliyinin əksi kimi də anlamaq olar. Burada Müşfiqə məxsus bircə sözün belə,  dəyişilməsinin poetik ruha nə dərəcədə təsir etdiyini görmək olar.
Bir zamanların tanınmış naşir və ictimai xadimi, Mikayıl Müşfiqlə yaxın dost olmuş İsrafil Nəzərov şairin dillər əzbəri olan iki şeirinin yaranma tarixçəsindən danışır:

 

“Mikayıl Müşfiqlə yaxın dost idim. Dilbər xanımın “Müşfiqli günlərim” kitabında da bu barədə yazılıbdır.

Müşfiq bir zamanlar Razin (indiki Bakıxanov-red.) qəsəbəsində elektrik dəmir yolu stansiyası yaxınlığında olan fabrik-zavod kambinatında dərs deyirdi.

Mən doğma kəndim Balaxanıda yaşayırdım. Biz çox vaxt şəhərdən elektrik qatarında bir yerdə gedərdik. Müşfiq Balaxanıda evimizdə çox olubdur.

1931-ci ilin axırlarında Müşfiq evimizdə olanda həmin lirik şeirləri albomuma yazdı”.

Oxuculara  uzun müddət yanlış təqdim edilənlər də İsrafil Nəzərovun haqqında danışdığı həmin  iki lirik şeirdir. Ömrünü demək olar ki, Müşfiq yaradıcılğına həsr edən mərhum şair Gülhüseyn Hüseynoğlu Müşfiqin şeirləri və başqa janrda olan bütün əsərlərini bir yerə toplayaraq, 1970-ci ildə şairin üç cildlik seçilmiş əsərlərini hazırlayanda kitaba “Hafizədən gələnlər” adlı bölmə əlavə edir. Adından da göründüyü kimi bu bölməyə şairin yazılı versiyası olmayan, yalnız yaddaşlarda yaşayan şeirləri daxil edilib. İsrafil Nəzərov sonradan arxivini gözdən keçirəndə Müşfiqin öz xətti ilə yazdığı iki orijinal şeirin həmin bölmədə səhv yazıldığını görür. Bir şeirin hər bəndində, demək olar ki, hər misrasında xeyli yanlışlıqlar nəzərə çarpırdı. O, kitabı 1970-ci ildə tərtib edən Gülhüseyn Hüseynoğluya bununla bağlı məktub yazsa da, 2004-cü ildə ərsəyə gələn “Seçilmiş əsərləri”ndə həmin şeirlər yenə də yanlış versiyada daxil edilir.

İsrafil Nəzərov Müşfiqin öz xətti ilə yazdığı iki lirik şeirin orijinalını 2008-ci ildə Nizami adına Ədəbiyyat Muzeyinə təqdim edir.

Müşfiq onun albomuna səliqəli xətlə yazdığı iki şeirə ortaq ad verib:


“Sevgi türküləri:

Doğru versiya:

“Çiçəklər məftunu bir bülbüləm ki,

Gözlərim baxçanın gülünə düşmüş.

Qəhrini çəkdiyim gülün surəti

Xəyalımın sakit gölünə düşmüş.

 

Onunçün çırpınır qolum-qanadım,

Onu yerdə deyil, göydə aradım.

Gör nə bədbəxtəm ki, axırda adım

Xırda uşaqların dilinə düşmüş.

 

Orda-burda keçdi gənclik həyatım

Hər yandan bağlandı rahi nicatım.

Mənliyim, şərəfim, müqəddəratım

Bir dəli ceyranın əlinə düşmüş.

 

Yanlış versiya:

 

Çiçəklər aşiqi bir bülbül kimi

Könlüm bir bağbanın gülünə düşdü.

Qəhrini çəkdiyim gülün surəti

Sakit xəyalımın gölünə düşdü.

 

Orda-burda keçdi gənclik həyatım

Hər yerdən kəsildi rəhi-nicatım

Gör nə bədbaxtam ki, axırda adım.

Hər körpə uşağın dilinə düşdü.


İsrafil Nəzərovun albomuna Müşfiqin öz xətti ilə yazdığı ikinci şeir bu gün az qala, hamının əzbər bildiyi, xanəndələrin “Yaşa məhəbbətim, yaşa ürəyim” adı ilə oxuduqları şeirdir. Üç bəndlik şeir birincisinə nisbətən dövrümüzə daha salamat şəkildə gəlib çatıb. Lakin məşhur mahnının nəqarətin hissəsi olan ikinci bənddə üç-dərd söz dəyişdirilib:

Doğru variant:

Hicran dəryasında ruhum bir ada,

Fırtınam ziyada, dalğam ziyada,

O qızlar gözəli düşəndə yada

Az qalır xəyalım şaşa, ürəyim!

 

Yanlış variant: (mahnılarda da bu versiya oxunur)

 

Sevgi dəryasında ruhum bir ada

Fırtınam ziyada, dalğam ziyada.

O ellər gözəli düşəndə yada

Az qalır, xəyalım şaşa, ürəyim.


Qeyd: Yazıda akademik Rafael Hüseynovun Mikayıl Müşfiqə həsr etdiyi “Bağ” romanı və şairin həyat yoldaşı Dilbər Axundzadənin xatirə janrında yazdığı “Müşfiqli günlərim” kitabından istifadə edilib.

Hazırladı: Elmin Nuri


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.06.2017, 10:47

Ermənistanı qorxudan GEDİŞAT: Azərbaycan müharibəyə hazırlaşır – XƏBƏRDARLIQ

27.06.2017, 10:39

Tovuzda elektrovoz qadını vurub öldürdü

27.06.2017, 10:07

Salyanda yol qəzası: yaralı var

27.06.2017, 10:00

Ermənistan bütün cəbhəboyu təxribat törətdi

27.06.2017, 09:25

Qadın tələbələr daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyur?

26.06.2017, 23:20

Salvador Dalinin məzarı açılacaq

26.06.2017, 23:16

Tramp Rusiyanın seçkilərə müdaxiləsini istisna etmir

26.06.2017, 22:55

Astara sakini narkotikdən öldü

26.06.2017, 22:10

Putin Maradonaya ağız açdı

26.06.2017, 22:07

İranın neft emalı zavodunda yanğın – 100 yaralı

26.06.2017, 21:59

Təyyarənin qanadı qırıldı - təcili eniş etdi

26.06.2017, 21:50

Arif Hacılı müttəfiqləri ilə danışıqlar üçün Tbilisiyə gedir

26.06.2017, 21:04

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edildi

26.06.2017, 20:29

AZAL Moskva-Bakı reysində erməni yeməyinin verilməsi ilə bağlı izahat tələb edəcək

26.06.2017, 20:19

Pakistanda daha bir faciə: 157 nəfər öldü

26.06.2017, 20:14

Gəncədə minaatan mərmisi aşkarlandı

26.06.2017, 20:11

İlham Əliyev Polşaya getdi 

26.06.2017, 18:37

Atalar və övladlar - Famil Mehdinin oğlu: “Atam xəstə olduğundan dissertasiyasını Xəlil Rza oxudu” - LAYİHƏ

26.06.2017, 18:11

“Mən Azərbaycanlıyam” demək haqqı...

26.06.2017, 17:24

Azərbaycanlı deputatdan AŞPA-da Ermənistana sərt tənqid..

26.06.2017, 16:44

Macarıstan Beynəlxalq Türk Akademiyasında müşahidəçi statusu alır

26.06.2017, 16:40

Azərbaycan Miqrasiya Məcəlləsində dəyişiklik edilir

26.06.2017, 16:32

Rusiyanın məşhur yazıçısı: “Nəyə görə Azərbaycan güc yolu ilə torpaqlarını azad etmir?”

26.06.2017, 15:32

İyunun 30-da sonuncu buraxılış imtahanları keçirələcək

26.06.2017, 15:25

Aqramuntun AŞPA-ya sədrliyi ilə bağlı qeyri-müəyyənlik davam edir

26.06.2017, 15:03

Deputat Maştağada bayram tədbiri təşkil etdi - FOTOLAR

26.06.2017, 14:52

Ərizə yazarkən “tərəfindən” sözünə ehtiyac varmı? - Fərqli FİKİRLƏR

26.06.2017, 14:50

Bakıdakı parkda taekvondo dərsi olub

26.06.2017, 14:20

Moskva-Bakı təyyarəsində QALMAQAL - Azərbaycanlı sərnişinlərə erməni yeməyi təklif olundu - VİDEO

26.06.2017, 14:00

Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib

26.06.2017, 13:43

Xalq artisti Qəndab Quliyeva vəfat etdi

26.06.2017, 13:21

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

26.06.2017, 13:06

Bakıda yolu keçən piyadanı maşın vurdu

26.06.2017, 12:29

Sabahın hava PROQNOZU: - 38° isti

26.06.2017, 11:55

“Mercedes" ana-balanı vurdu - ana yaralandı, qızı öldü

ARXİV
SORĞU
Qeyri-sabit hava şəraiti sizə necə təsir edir?
- İstilərdən canımız qurtarıb(9.09%)
- Dənizə gedə bilmirik(20%)
- Səhhətimizə mənfi təsir edir(18.1%)
- Əhvalım xoşallanır(12.7%)
- Məhsul qıtlığı yaranır(14.5%)
- Təsərrüfatıma ziyan dəyir(3.63%)
Yağış, dolu ruzi-bıərəkətdir(21.8%)