Modern.az

Məhərrəm Əliyev nazir müavini təyin edildi

Məhərrəm Əliyev nazir müavini təyin edildi

Ölkə

5 İyun 2017, 15:43

İki gün öncə Prezident Adminstrasiyasındakı vəzifəsindən azad edilmiş general-leytenant Məhərrəm Əliyev bu gün ədliyyə nazirinin müavini təyin edilib.

Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu haqda iyunun 5-də müfaviq sərəncam imzalayıb.

Məhərrəm Əliyev bu təyinatadək Prezident Adminstrasiyasında Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.

 
General Məhərrəm Abış oğlu Əliyev 1951-ci ilin oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində doğulub.


1980-1992-ci illərdə Bakının rayon polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib.

Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb.

1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.

2007-2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.


Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!