Modern.az

“Jurnalistlər üçün 3-cü bina da tikiləcək”

“Jurnalistlər üçün 3-cü bina da tikiləcək”

5 İyun 2017, 15:51

“Mənzilə ehtiyacı olan jurnalistlər üçün dövlət tərəfindən 3-cü bina da tikiləcək”.

 

Modern.az xəbər verir ki, bunu “Kaspi”qəzetinin redaksiyasında keçirilən iclasda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

 

Xatırladaq ki, bundan öncə Mətbuat Şurasının sədri Əflatun Amaşov da jurnalistlər üçün 3-cü binanın tikiləcəyi anonsunu vermişdi


Jurnalistlərin Bakının Bibiheybət yaşayış sahəsindəki 156 mənzildən ibarət ilk binası 2013-cü ildə istifadəyə verilib. 256 mənzildən ibarət ikinci bina bu il 22 iyul – Mətbuat günündə sahiblərinə veriləcək.


Mirmahmud KAZIMOĞLU

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı