Modern.az

Ədliyyə nazirinin beş müavini oldu

Ədliyyə nazirinin beş müavini oldu

Ölkə

5 İyun 2017, 16:47

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 5-də imzaladığı sərəncamla general-leytenant Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin edilib.

Modern.az saytı xəbər verir ki, bu təyinatla ədliyə naziri Fikrət Məmmədovun müavinlərinin sayı 5 nəfərə çatıb.

Belə ki, indiyədək nazirin 4 müavini fəaliyyət göstərirdi və bugünkü sərəncamla onlara toxunulmayıb.

Ədliyyə nazirinin əvvəlki 4 müavini aşağıdakılardır:

II dərəcəli dövlət ədliyyə müşaviri Toğrul Musayev;
II dərəcəli dövlət ədliyyə müşaviri Azər Cəfərov,
II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahidov;
Nazir müavini Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi