Modern.az

Hamı keyfiyyətli mal alsın, xeyri özünə qalsın

Hamı keyfiyyətli mal alsın, xeyri özünə qalsın

12 Noyabr 2009, 17:22

Müasir dövrdə keyfiyyət məsələləri ilə məşğul olmayan ölkə adı çəkmək qeyri-mümkündür. Bu gün keyfiyyət problemləri ilə hamı- iqtisadçılar, sosioloqlar, siyasətçilər, ekoloqlar və s. məşğul olur.

XX əsrin əvvəllərində sənaye ölkələri sırasında iqtisadiyyatda keyfiyyət amili uğrunda mübarizə daha çox Yaponiya və ABŞ arasında gedirdi. Bu mübarizə məişət cihazları və avtomobil sənayesi uğrunda müşahidə olunurdu ki, nəticəsi Yaponiyanin qələbəsi ilə bitdi. Həmçinin Yaponiya bütün dünyaya sübut etdi ki, malın dəyərini, qiymətini azaltmaqla keyfiyyəti qoruyub saxlamaq mümkündür.

XX əsrin sonlarında isə beynəlxalq aləm keyfiyyətin idarəedilməsi məsələləri ilə məşğul omağa başladı. Bununla bağlı beynəlxalq standartlar qəbul edildi. Ginnesin “Rekordlar kitabı”na düşmüş İSO 9000 seriyalı standartlar da bu qəbildən idi.

Bu gün isə aktual olan başqa məsələlər var ki, cəmiyyət onların həlli ilə məşğul olur. İnsan üçün keyfiyyət amili onun fiziki və mənəvi sağlamlığı ilə, təhlükəli və zərərli faktorlardan qorunması ilə ölçülür. Hansı ki, bütün bunları da elə insan özü yaradır. 

Azərbaycan dövləti üçün vətəndaşların keyfiyyətli mal, məhsul və xidmətlərlə təminatı, bu təminatın günbəgün yüksəldilməsi başlıca məqsəddir. Hazırda müasir dünyada keyfiyyət amili, keyfiyyət infrastrukturunun öz səciyyəvi prinsipləri var. Bu gün heç kimə sirr deyil ki, Azərbaycan vətəndaşı istehlak etdiyi məhsulun növünü, çeşidini seçməklə yanaşı, onun keyfiyyətinə də xüsusi diqqət yetirir. Cəmiyyətin inkişafında zəncirvari, yəni bir-biri ilə əlaqəli meyllər müşahidə olunduğu üçün istehsalçılar da keyfiyyət amilinə, standartların tələblərinə xüsusi həssaslıqla yanaşırlar. Müasir dövrdə keyfiyyət istehsalçıların, sahibkarlığın, ümumiyyətlə, əhalinin ehtiyaclarının və tələblərinin təmin edilməsində həlledici faktora çevrilib.

Respublikamızda istehsalın səmərəliliyi və rəqabət mühitinin yaxşılaşdırılması istiqamətində aparılan bir sıra işlər, son illər ölkəmizdə yaradılan müasir emal müəssisələrinin istehsal etdiyi ərzaq və qeyri-ərzaq məhsulları tərəfindən rəğbətlə qarşılanır. Regionlarda açılan yeni müəssisələrdə beynəlxalq standartlar tətbiq edilməklə, müasir avadanlıqlardan istifadə ilə istehsal səviyyəsi artırılıb. Məhz bütün bunlar da keyfiyyət infrastrukturunu müəyyənləşdirir. 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində hedab edirlər ki, respublikamızın ixrac imkanlarının genişlənməsi, yerli sənayedə rəqabətin gücləndirilməsi, ölkələrarası ticarət əlaqələrinin inkişafı istehlakçıların həyat və sağlamlıqlarının qorunmasından asılıdır. “Ona görə də bu sahəyə xüsusi diqqət yetirir, əhalinin keyfiyyətli məhsullarla təminatını işimizdə başlıca prinsip hesab edirik”-deyə komitədən bildirilib.  

Qurum mütəxəssislər tərəfindən aparılmış monitorinqlər zamanı aşkarlanan xoşagəlməz halları da inkar etmir: “Təəsüflə demək lazımdır ki, bu gün də kontrafakt məhsullar, istehsl zamanı normativ sənədlərin tələblərinin pozulması faktları, təhlükəli və zərərli mal və məhsullar mövcuddur. Amma inanırıq ki, kompleks tədbirlər nəticəsində bu cür hallara qarşı mübarizə səmərəli olacaq”.

BMT-nin dəstəyi və Avropa Keyfiyyət Təşkilatının təşəbbüsü ilə 1989-cu ildən indiyə kimi hər il Ümumdünya Keyfiyyət Günü qeyd olunur. Bu dəfə Ümumdünya Keyfiyyət Günü cari ilin 12 noyabr tarixinə təsadüf edir. 

Məhsul, mal və xidmətlərin keyfiyyətinə nəzarət edən mərkəzi icra hakimiyyəti orqanı olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Ümumdünya Keyfiyyət Günündə bütün vətəndaşlara keyfiyyət infrasturktunun formalaşmasında həmrəylik arzu edib.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi