Modern.az

Deputatların etik davranış qaydaları ilə bağlı fikirlər HAÇALANIB

Deputatların etik davranış qaydaları ilə bağlı fikirlər HAÇALANIB

6 İyun 2017, 12:56

“Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin ikinci oxunuşunun parlamentin payız sessiyasında müzakirə ediləcəyi gözlənilir.

Parlamentdən Modern.az-a verilən məlumata görə, hazırda qanun layihəsinin üzərində iş aparılmır.

Məlumata görə, qanun layihəsində olan bəzi məqamlar yumşaldılmağıına ehtiyac yoxdur. Çünki qanun layihəsində göstərilmiş məqamlar Konstitutsiyada əks olunub. Amma parlament üzvləri tətildən qayıtdıqdan sonra qanun layihəsinə yenidən  baxılacaq. Qanun layihəsi ikinci oxunuşunun müzakirəsi payız sessiyalarının birində olacaq.

Qeyd edək ki, “Milli Məclisin deputatının  etik davranış qaydaları haqqında”  parlamentin mayın 2-də keçirilən iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib. Müzakirələr zamanı parlamentin spikeri Oqtay Əsədov və bir neçə deputat qanun layihəsinin bəzi məqamları ilə razılaşmadıqlarını bildirblər.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır