23 yanvar 2018, Çərşənbə
Ana Səhifə - PARLAMENT - Yaz sessiyası nələrlə yadda qaldı... - Parlament jurnalistlərindən maraqlı CAVABLAR
Yaz sessiyası nələrlə yadda qaldı... - Parlament jurnalistlərindən maraqlı CAVABLAR
06.06.2017, 17:06

2017-ci ilin yaz sessiyasında Milli Məclisdə bir sıra qanunlara əlavə və dəyişikliklər edildi.

Yaz sessiyasında qəbul olunmuş ən vacib qanun layihələri hansılar oldu? Sessiya hansı müzakirələrlə yadda qaldı?


Modern.az saytı
parlament jurnalistininin bununla bağlı fikrini öyrənib.

 

“Report İnformasiya Agentliyi”nin parlament müxbiri İlkin Pirəli deyib ki, Milli Məclisin 2017-ci il yaz sessiyasında bir sıra layihələr qəbul olunub, bəzi qanunlara əlavə və dəyişikliklər edilib.

“Bunlardan ən mühümü “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”  qanununa dəyişiklikdir. Dəyişikliyə əsasən, gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə veriləcək. Xeyli imkansız şəxs var ki, müalicə üçün ölkə xaricinə gedə bilmir. Gözün buynuz qişası Azərbaycana gətirələcək, xəstələr elə burada müalicə olunacaq. Əsas odur, qanuna dəyişiklik edilib, sadəcə, prakrik tətbiqi qalıb”.

O, bildirib ki, yaz sessiyasında hazırlanan digər mühüm qanun layihəsi isə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” (III oxunuş) qanun layihəsidir.

“Qanun layihəsində bəzi qadağalar nəzərdə tutulub, düşünürəm ki, bu da cəmiyyət üçün faydalıdır.  Lisenziyalaşdırılan fəaliyyət növü - valyuta mübadiləsi fəaliyyətinin yaradılması məqsədi ilə “Valyuta tənzimi haqqında” qanununda dəyişikliklər edilib. Bu fəaliyyət növü Azərbaycanda xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsini nəzərdə tutur və lisenziyalaşdırılan fəaliyyət növüdür. Dəyişikliklər valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsini tənzimləyir. Dövlət rüsumu da 500 manatdır. Bu dəyişiklik bazarın canlanmasına xidmət edəcək. Valyutadəyişmə məntəqələrinin qapadılması etiraz səbəb olmuşdu, bu həm də xeyli insanın işsiz qalması demək idi”.

İlkin Pirəli deyib ki, yaz sessiyasında  mübahisə doğuran, müzakirələrə səbəb olan qanun layihələri də qəbul olunub.

“Bunlar "Əmək pensiyaları haqqında" qanununa əlavə və dəyişiklikləri (yaş həddinin artırılması), Cinayət Məcəlləsinin 124 maddəsi üzrə cərimələrin artırılmasını nəzərdə tutan layihələrdir. Ümumilikdə, yaz sessiyasını qənaətbəxş hesab etmək olar”.

 

“Ekspress” qəzetinin parlament müxbiri Aqil Aslan Milli Məclisin yaz sessiyasının məhsuldar keçdiyini bildirib.

“Sessiya müddətində bir sıra önəmli qanunlar, qanunlara əlavə və düzəlişlər qəbul edildi. Bunların arasında mənim üçün daha önəmlisi “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsidir. Yaz sessiyasında bu layihə birinci və ikinci oxunuşda qəbul edildi və ümid edirəm ki, növbədənkənar sessiyada üçüncü oxunuşdan da keçəcək. Milli Məclisin sədri Oqtay Əsədova bir vətəndaş kimi belə bir qanunun ərsəyə gəlməsinə dəstək olduğu üçün təşəkkürümü çatdırıram”.

A.Aslan hesab edir ki, bu qanun insanların siqaret çəkmək kimi zərəli vərdişdən uzaqlaşmasına gərtirib çıxarda bilər.

“Bununla belə, qanun layihəsi barədə təkliflərim var. Bu təklifləri komitə sədri Hadi Rəcəbliyə və Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevə də bildirmişdim. Təklif etmişdim ki, tütündən istifadəyə qadağa qoyulan yerlər arasında insanların daha sıx hərəkət etdiyi açıq məkanlar da qeyd olunsun. Hamımız şahidik ki, bir çox vətəndaşlar insanların sıx hərəkət etdiyi küçələrdə siqaret yandırıb, çəkir və onun tüstüsü böyüklü-kiçikli hər kəsə mənfi təsir edir. Hətta əllərində tutduğu siqaretlər bəzən yanından keçənlərin paltarlarına da toxunub yandırır, iz qoyur. Hər gün metrodan çıxan kimi siqaret yandırıb ardınca gələnləri tüstüylə zəhərləyib gedən nə qədər mədəniyyətsiz görürük. Həkimlər də qeyd edirlər ki, siqaret tüstüsü çox zərərlidir. Məncə ictimai yerlərdə siqaret çəkənlərin qarşısı alınmalıdır. Camaatın sıx gəzdiyi küçə və parklarda da siqaret çəkmək üçün xüsusi yerlər ayrıla bilər. Eləcə də şəhərarası avtobus dayanacaqlarında da tütündən istifadə edənlər cəzalandırılmalıdır. Çünki dayanacaqlarda da tütündən istifadə edənlər çoxdur. Qanun layihəsində avtovağzallarda və avtobusların dayanacaq məntəqələrində bu qadağanın tətbiq olunacağı təsbit olunub. Burda söhbət avtovağzallardakı avtobus dayanacaqlarından söhbət gedir. Ona görə də təklif edirəm ki, marşrut dayanacaqlarında da bu qadağa tətbiq olunsun”.

 

“Yeni Müsavat” qəzetinin parlament müxbiri Elşad Paşasoy deyib ki, Milli Məclisin yaz sessiyasında bir sıra qanunlara əlavə və dəyişikliklərin edilməsi, qanunvericiliyin sərtləşdirilməsi, böhtan və təhqirə görə sərt cəzaların müəyyənləşdirilməsindən tutmuş, terrorizmə qarşı sərt mübarizə tədbirlərinə qədər bir sıra sənədlər xüsusilə qeyd olunmalıdır.

O hesab edir ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin nəhayət, plenar iclasların ilk iki oxunuşundan keçməsi və üçüncü oxunuşda komitə müzakirəsinə çıxarılması mühüm addım oldu.
“Çünki sağlamlığımızı ciddi şəkildə təhdid edən tütün məhsullarının məhdudlaşdırılması olduqca zəruri məsələlərdəndir. Qanunun qəbulundan sonra onun icrasına ictimai nəzarətin olması da olduqca önəmlidir.  Qəbuluna ehtiyac duyduğum qanunlara gəldikdə, məncə, 11 ildir qəbulu gözlənilən Rəqabət Məcəlləsinə ciddi ehtiyac var. Məcəllənin qəbulu ölkədə iqtisadi inkişaf, sağlam rəqabət mühitinin formalaşması baxımından çox önəmlidir”.

 

“Yeni Azərbaycan” qəzetinin parlamentdəki müxbiri Nardar Bayramlı Milli Məclisin yaz sessiyalarının maraqlı keçdiyini deyib.

 “Çünki Nazirlər Kabinetinin, Ombudsmanın, Hesablama Palatasının, bələdəyyələrə inzibati nəzarəti həyata keçiren orqanların illik hesabatları təqdim olunur. Həmin hesabatlar maraqlı müzakirələr şəraitində keçir, millət vəkilləri müxtəlif məsələlər haqqında da, xüsusilə sosial-iqtisadi məslələrlə baglı problemləri bildirir, eləcə də bu problemlərin həlli ucun təkliflər verirlər. Budəfəki yaz sessiyası da belə oldu. Bununla yanaşı, yaz sessiyasında yeni qanun layihləri müzakirəyə çıxarıldı, bəziləri 3-cü oxunuşda da qəbu olundu.
“Məktəbəqədər təhsil haqqında”, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanunlar qəbul edildi, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” və “Turizm haqqında” qanun layihələri isə üçüncü oxunuşa təqdim edildi. Bütövlükdə, yaz sessiyasında Miili Məclis məhsuldar işlədi".

 

“Üç nöqtə qəzeti”nin parlament müxbiri Elməddin Muradlı deyib ki, ictimai yerlərdə siqaret çəkilməsinə qadağanın qoyulması məsələsi coxdan gozlənilən idi.

“ Düşünürəm bu sessiya ərzində tam olaraq həmin qanunu qəbul etmək olar. Çox məsələlər də açıq qalıb, bunları da tamamlamaq lazimdir. Siqaretlə bağlı məhdudiyyət mütləq lazımdır. Daha sonra tibbi sığorta məsələsini çox gözlədik. Amma yenə də  müzakirəyə  çıxarılmadı. Hesab edirəm ki, əhalinin sağlamlığı baxımdan bu qanun cox vacibdir”.

 

Mirmahmud KAZIMOĞLU


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Türkiyə "Zeytun budağı" əməliyyatında şəhid verdi
23.01.2018, 00:59

Türkiyə "Zeytun budağı" əməliyyatında şəhid verdi

Bakıda 58 yaşlı kişi evində bıçaqlandı
23.01.2018, 00:50

Bakıda 58 yaşlı kişi evində bıçaqlandı

ABŞ qondarma rejimin "vətəndaşlarına" viza verir - Video   
23.01.2018, 00:37

ABŞ qondarma rejimin "vətəndaşlarına" viza verir - Video  

Türklərlə kürdlər arasında kütləvi dava
23.01.2018, 00:25

Türklərlə kürdlər arasında kütləvi dava

Oktan ədədi 95-dən az olan benzin növlərinin aksiz vergisi 200 dəfə artırılıb
23.01.2018, 00:11

Oktan ədədi 95-dən az olan benzin növlərinin aksiz vergisi 200 dəfə artırılıb

Prezident “Royal Phillips”in baş icraçı direktoru ilə müzakirə apardı
22.01.2018, 23:57

Prezident “Royal Phillips”in baş icraçı direktoru ilə müzakirə apardı

Sumqayıtda intihara cəhdin qarşısı alınıb
22.01.2018, 23:43

Sumqayıtda intihara cəhdin qarşısı alınıb

Azərbaycan nefti ucuzlaşdı
22.01.2018, 23:26

Azərbaycan nefti ucuzlaşdı

Avtobus qəzasında 18 nəfər öldü
22.01.2018, 23:15

Avtobus qəzasında 18 nəfər öldü

BMT-nin Yəmən üzrə xüsusi elçisi istefa verib
22.01.2018, 22:59

BMT-nin Yəmən üzrə xüsusi elçisi istefa verib

“Planlaşdırılmış bütün ərazilər nəzarət altına alınıb” – Bəkir Bozdağ
22.01.2018, 22:45

“Planlaşdırılmış bütün ərazilər nəzarət altına alınıb” – Bəkir Bozdağ

Ciddi və ya qeyri-ciddi saydığımız İNANCLAR
22.01.2018, 22:29

Ciddi və ya qeyri-ciddi saydığımız İNANCLAR

Tramp Davosa getməyə bilər
22.01.2018, 22:13

Tramp Davosa getməyə bilər

1 stəkan ilıq su və yarım qaşıq sarıkök – İNANILMAZ NƏTİCƏ
22.01.2018, 21:58

1 stəkan ilıq su və yarım qaşıq sarıkök – İNANILMAZ NƏTİCƏ

Cahangir Hacıyevin vəkillərinin cəzalandırılma səbəbi - Yenilənib
22.01.2018, 21:44

Cahangir Hacıyevin vəkillərinin cəzalandırılma səbəbi - Yenilənib

“LUKOİL” şirkətinin Azərbaycandakı fəaliyyəti müzakirə olundu   
22.01.2018, 21:32

“LUKOİL” şirkətinin Azərbaycandakı fəaliyyəti müzakirə olundu  

"Neftçi" 1:8 hesabı ilə uduzdu
22.01.2018, 21:16

"Neftçi" 1:8 hesabı ilə uduzdu

Prezident dünyanın ən böyük investisiya şirkətinin rəhbəri ilə görüşdü   
22.01.2018, 21:03

Prezident dünyanın ən böyük investisiya şirkətinin rəhbəri ilə görüşdü  

ABŞ-da məktəbdə atışma
22.01.2018, 20:57

ABŞ-da məktəbdə atışma

Türkiyə Afrin bölgəsində strateji yüksəkliyini ələ keçirdi
22.01.2018, 20:43

Türkiyə Afrin bölgəsində strateji yüksəkliyini ələ keçirdi

İlham Əliyev Azərbaycanın Dünya İqtisadi Forumu ilə əməkdaşlığını müzakirə etdi
22.01.2018, 20:27

İlham Əliyev Azərbaycanın Dünya İqtisadi Forumu ilə əməkdaşlığını müzakirə etdi

Avropa Şurası Ermənistana olan mövqeyinə görə qınandı
22.01.2018, 20:18

Avropa Şurası Ermənistana olan mövqeyinə görə qınandı

Yaqland Azərbaycanda görülən tədbirləri müsbət qiymətləndirdi
22.01.2018, 19:51

Yaqland Azərbaycanda görülən tədbirləri müsbət qiymətləndirdi

Bara silahlı hücum: 7 ölü
22.01.2018, 18:56

Bara silahlı hücum: 7 ölü

14 mindən çox borclunun Azərbaycandan çıxışına qadağa qoyulub
22.01.2018, 18:42

14 mindən çox borclunun Azərbaycandan çıxışına qadağa qoyulub

Gürcüstanda Qış Olimpiya Oyunları keçirilə bilər
22.01.2018, 18:36

Gürcüstanda Qış Olimpiya Oyunları keçirilə bilər

Əməliyyat Qərargahı alpinistlərlə bağlı yeni MƏLUMAT YAYDI
22.01.2018, 18:32

Əməliyyat Qərargahı alpinistlərlə bağlı yeni MƏLUMAT YAYDI

Tillerson: “Türkiyənin terrorla mübarizə hüququnu tanıyırıq”
22.01.2018, 18:21

Tillerson: “Türkiyənin terrorla mübarizə hüququnu tanıyırıq”

3 türk əsgəri yaralandı
22.01.2018, 18:10

3 türk əsgəri yaralandı

Kürdlər Moskvanın Afrinlə bağlı gizli təklifini AÇIQLADI
22.01.2018, 17:49

Kürdlər Moskvanın Afrinlə bağlı gizli təklifini AÇIQLADI

Çevik Polis Alayında MÜŞAVİRƏ - Nazir ayıq-sayıq olmağa ÇAĞIRDI   
22.01.2018, 17:39

Çevik Polis Alayında MÜŞAVİRƏ - Nazir ayıq-sayıq olmağa ÇAĞIRDI  

Manat və dolların sabahkı məzənnəsi
22.01.2018, 17:35

Manat və dolların sabahkı məzənnəsi

Yerevandakı Göy məscid YUNESKO-nun siyahısına salına bilər
22.01.2018, 17:28

Yerevandakı Göy məscid YUNESKO-nun siyahısına salına bilər

İlhamə Quliyevanın adına şərabı kim hazırlatdırıb: biri “özü” deyir, qohumunun isə bundan xəbəri yoxdur
22.01.2018, 17:24

İlhamə Quliyevanın adına şərabı kim hazırlatdırıb: biri “özü” deyir, qohumunun isə bundan xəbəri yoxdur

Azərbaycanda qanunsuz miqrasiya kanalı təşkil edənlər saxlanıldı
22.01.2018, 17:23

Azərbaycanda qanunsuz miqrasiya kanalı təşkil edənlər saxlanıldı

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(42.2%)
SOCAR(13.3%)
Azersun Holding(11.1%)
Azercell(2.22%)
Bakcell(8.88%)
Nar mobile(2.22%)
Gilan Holdinq(4.44%)
Nurgun Group(2.22%)
Paşa Holding(2.22%)
Akkord(11.1%)