27 iyun 2017, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Əsl vətəndaş və ziyalı yanğısı ilə qələmə alınan kitab
Əsl vətəndaş və ziyalı yanğısı ilə qələmə alınan kitab
06.06.2017, 16:55

Akif Cabbarlının  yeni kitabının tezliklə işıq üzü görəcəyindən xəbərdardım. Dost və həmkar kimi bu barədə dəfələrlə söhbətləşmişdik. O, növbəti yaradıcılıq məhsulunu səbirsizliklə gözləyirdi. Bu da təbiidir. Aradan qısa bir müddət ötəndən sonra bu günlərdə dostum yeni kitabını mənə təqdim edəndə ən azı onun qədər sevindim, fərəhləndim. Qələm əhli kimi hər bir yaradıcılıq məhsulunun, xüsusulə, kitabın müəllifə övladı dünyaya gələndəki yaşantıları qədər dərin hissələr bəxş etdiyinə şəxsən bələdəm. Bu baxımdan Akif Cabbarlının da sevincinin həddi-hüdudunun olmaması mənim üçün də doğmadır.

       
“Səngər uvertürası” kitabı  yaradıcıllıq yollarında 40 ildən çox müddətdə külüng çalan, üzünə Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin qapıları halalcasına taybatay açılan peşəkar bir müəllifin əsəridir. Uzun illər boyunca Akiflə bir kollektivdə çalışan, onunla dostluq münasibətləri qurmaq xoşbəxtliyi nəsib olan kəs kimi təsdiqləyə bilərəm ki, o qələmi, qələm də onu sayıb, seçib. İç dünyasında Vətən, Millət zirvələri ən ucada dayanan Şirvan damarlı yazıçı və jurnalist dostum daim fərdi yazı üslubu, özünəməxsus təhkiyəsi, zəngin dil və yardıcılıq imkanları ilə seçilib. Akif Cabbarlı öz peşəsinin ustasıdır, yiyəsidir. O, radio, televiziya və qəzetlərdə çalışdığı dövrdə zəngin yaradıcılıq və həyat məktəbi yolu keçib. Yazıb-yaratdıqlarının sadəcə sərlövhəsinə və ilk sətirlərinə nəzər yetirmək belə kifayətdir ki, onun bişmiş peşəkar, cilalanmış qələm sahibi olması barədə qənaətin anındaca formalaşsın.

       

Akif Cabbarlının yeni kitabı təsadüfən “İmanımız Vətəndir” bölümü ilə başlamır. Bağrının başında ən uca zirvədən boylanan Vətən onun həyat və yaradıcılıq yoluna daim işıq salıb. O da, doğmadan da doğma bildiyi Azərbaycanın nuruna nur qatmaq üçün bacardığını əsirgəməyib. Dostum Azərbaycan əsgərinin “aprel dərsləri”ni əsl vətəndaş və ziyalı yanğısı ilə qələmə alıb. Yazıdan da göründüyü kimi, Akif Cabbarlı da tariximizi şərəfləndirən, bizlərə tükənməz qürur hissi bəxş edən Azərbaycan əsgərinin sözlə ölçüyəgəlməz hünəri, şücaəti qarşısında baş əyənlər sırasındadır. Ən qısa hekayələr silsiləsindən “Səngər uvertürası” da şanlı Ordumuzun aprel zəfərinin bədii təqdimatıdır. İç dünyasında erməni işğalçılarına qarşı barışmaz mövqe tüğyan edən Akif Cabbarlı bu əsərində böyük dövlətlərin geosiyasi maraqlarının muzdurlarına çevrilən dığaları bənövşə ətirli torpaqlarımızı öz haram qanları ilə murdarlamamağa çağırır, əks halda aprel döyüşlərinin meyvələrindən onlara da mütləq pay çatacağını yaylım atəşi təkin işğalçılara ünvanlayır.

      


Kitabdakı  “Yaradıcılıq söhbətləri” bölümü də Akifin ana südü kimi halal haqqıdır. 44 il ərzində Azərbaycan Televiziyası və Radisosunda, “Xalq qəzeti” və “Azərbaycan” qəzetlərində, eləcə də, İctimai Televiziya və Radiosunda qazandığı zəngin təcrübə ona yardıcılıq mükalimələrinə qoşulmağa yaşıl işıq yandırır. Bu bölümdə Akif Cabbarlı keşməkeşli, şərəfli, məsuliyyətli inkişaf yolu keçən Azərbaycan Radiosu və Azərbaycan Televiziyasının tarixinə işıq salır. Həmin kollektivlərdə illərlə gecəli-gündüzlü zəhmətə qatlaşanlardan biri kimi, o, təkcə kövrək xatirələrini bölüşmür, həm radio, həm də televiziyamızın tarixinə özünün ruhundan, qələmindən süzülüb gələn nurunu qatır, pərdə arxasında qalan neçə-neçə canlı məqamı yazıya alır. Akifin xatirələrindən də göründüyü kimi, harda işləyirsə, işləsin, əksər hallarda onu bir peşəkar kimi seçib, sayıb müxtəlif vəzifələrə dəvət eləyiblər.Bu da onun tükənməz yaradıcılıq potensialı və şəxsi keyfiyyətlərindən qaynaqlanır. Akifin Azərbaycan Radiosunun təkrarolunmaz məktəb olmasını ciddi-cəhdlə vurğulaması da diqqəti xüsusilə çəkən məqamlardandır. Bu, onun qədirbilənliyinin, haqqı-sayı heç vaxt itirməməsinin daha bir əyani nümunəsidir. Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illiyi münasibətilə qələmə aldığı yazıda Akif Cabbarlının “ Harada çalışsam da, yaradıcılıq bioqrafiyamın ən yaddaqalan səhifələri məhz AzTV-də yazılıb və bu gün də mən özümü illərlə çiyin-çiyinə işlədiyim dostlarımın yanında hiss edirəm” içdən gələn etirafı da onun insani portretinin incə cizgiləridir. Kitabdakı “Sevgiyə, sevdaya vətəndir könlüm” və “Yerin görünür, Ələsgər əmi...” yazıları da oxucunu düşündürür, daşındırır. Həmin yazılardakı empatiya insanın iç dünyasını çalxalayır, Akif Cabbarlının insanlıq fəlsəfəsini bir daha ortaya qoyur. Oxucu yüksək insani və dəyərli yardıcılıq keyfiyyətlərinə xas Gəray Fəzli və Ələsgər Cabbarlının sağlıqlarında qiymətini verən Akif Cabbarlının bu işıqlı şəxsiyyətlərin ruhu qarşısında da müntəzir dayandığının şahidi olur. Müəllifin teleradio məkanının peşəkarı Elşad Quliyev, məşhur həkim-kardiloq Cavid Həmişəyev və digər görgəmli şəxsiyyətlərlə bağlı yazıları da bu qəbildəndir. “Bakı səmasında muğam sədası” yazısı da Akif Cabbarlının millilikdən yoğrulan iç dünyasının aynasıdır. “Yaradıcılıq söhbətləri”  bölümündəki digər yazılarında isə,o, günümüzün reallığı olan bir sıra problemlərə vətəndaş yanğısı ilə işıq salmağa çalışır.

     

Kitabın “Yeni nəşrlər barədə ürək sözləri” bölümü müəllifin insanların, xüsusilə, azca da olsa doğmalaşdığı şəxslərin sevincini də, kədərini də tən bölməyi bacarmasından qaynaqlanır. Bu deyimlər xeyli kitabı işıq üzü görən Akif Cabbarlının bir fürsət bilərək illərlə əqli və qəlbində yetkinləşən qənaətini bölüşmək məramının, mənəvi borc bildiklərini dilə gətirməyinin faktiki nümunələridir. Ən əsası, bunlar dostcasına qələmə alınsa da, mahiyyətcə peşəkar süzgəcinin məhsullarıdır.

   

“Həyat etüdləri” bölümü mövzusu birbaşa həyatdan götürülən, yazıçı və jurnalist müşahidəsinin məhsulu, özünəməxsus təfəkkür və təxəyyül “qazan”ında araya-ərsəyə gələn hekayətlərdən ibarətdir. Müəllif incə yumor, sətiraltı istehza və digər kəsərli vasitələrlə insanlıq adına ləkə gətirənləri qamçılayır, ədəbi güzgüdə milli-mənəvi dəyərlərimizdən uzaq düşənləri, məzə naminə yolu keçən ağsaqqalın üzərinə bahalı avtomobilini sürən, ona qarşı “Dayday pavarotnikini nöşün yandırmırsan” kimi nalayiq ifadələr işlətməyi özünə rəva bilən harın gəncləri,  bəşər övladı kimi öhdəsinə düşən məsuliyyəti qədərincə dəyərləndirə bilməyənləri satira atəşinə tutur, onları haqq yoluna səsləyir. Bu hekayətlər  Akif Cabbarlının nümunəvi vətəndaş anlayışının təzahürü, əvvəlki nəsillərdən bizə ərmağan qalan davranış normalarına maksimum həssaslıqla yanaşmağın vacibliyi barədə yolunu azanlara çağırışıdır.

    

Ümumilkdə, “Səngər uvertürası” kitabı qələm təəssübkeşinin, mənəvi-əxlaqi varidatımızın keşikçisinin növbəti ədəbi, publisistik məhsuludur. Akif Cabbarlının qələmə aldıqları dərin epik müşahidəyə, özünəməxsus çalarlara məxsus təhkiyəyə, müntəzəm yaradıcılıq axtarışlarına, qayəsi insanlıqdan qaynaqlanan mətləblərə, bitkin və tipik xarakterlər yaratmaq məharətinə, rəngarəng bədii təsvirlərə, zəngin nitq mədəniyyətinə söykənir. Dostumu, həmkarımı araya-ərəsəyə gətirdiyi növbəti qələm məhsulu münasibətilə qəlbən təbrik edir və axarıncı olması istəyi ilə yeni-yeni uğurlar arzulayıram.

                                     
Azad Müzəffərli 

Əməkdar jurnalist

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.06.2017, 10:47

Ermənistanı qorxudan GEDİŞAT: Azərbaycan müharibəyə hazırlaşır – XƏBƏRDARLIQ

27.06.2017, 10:39

Tovuzda elektrovoz qadını vurub öldürdü

27.06.2017, 10:07

Salyanda yol qəzası: yaralı var

27.06.2017, 10:00

Ermənistan bütün cəbhəboyu təxribat törətdi

27.06.2017, 09:25

Qadın tələbələr daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyur?

26.06.2017, 23:20

Salvador Dalinin məzarı açılacaq

26.06.2017, 23:16

Tramp Rusiyanın seçkilərə müdaxiləsini istisna etmir

26.06.2017, 22:55

Astara sakini narkotikdən öldü

26.06.2017, 22:10

Putin Maradonaya ağız açdı

26.06.2017, 22:07

İranın neft emalı zavodunda yanğın – 100 yaralı

26.06.2017, 21:59

Təyyarənin qanadı qırıldı - təcili eniş etdi

26.06.2017, 21:50

Arif Hacılı müttəfiqləri ilə danışıqlar üçün Tbilisiyə gedir

26.06.2017, 21:04

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edildi

26.06.2017, 20:29

AZAL Moskva-Bakı reysində erməni yeməyinin verilməsi ilə bağlı izahat tələb edəcək

26.06.2017, 20:19

Pakistanda daha bir faciə: 157 nəfər öldü

26.06.2017, 20:14

Gəncədə minaatan mərmisi aşkarlandı

26.06.2017, 20:11

İlham Əliyev Polşaya getdi 

26.06.2017, 18:37

Atalar və övladlar - Famil Mehdinin oğlu: “Atam xəstə olduğundan dissertasiyasını Xəlil Rza oxudu” - LAYİHƏ

26.06.2017, 18:11

“Mən Azərbaycanlıyam” demək haqqı...

26.06.2017, 17:24

Azərbaycanlı deputatdan AŞPA-da Ermənistana sərt tənqid..

26.06.2017, 16:44

Macarıstan Beynəlxalq Türk Akademiyasında müşahidəçi statusu alır

26.06.2017, 16:40

Azərbaycan Miqrasiya Məcəlləsində dəyişiklik edilir

26.06.2017, 16:32

Rusiyanın məşhur yazıçısı: “Nəyə görə Azərbaycan güc yolu ilə torpaqlarını azad etmir?”

26.06.2017, 15:32

İyunun 30-da sonuncu buraxılış imtahanları keçirələcək

26.06.2017, 15:25

Aqramuntun AŞPA-ya sədrliyi ilə bağlı qeyri-müəyyənlik davam edir

26.06.2017, 15:03

Deputat Maştağada bayram tədbiri təşkil etdi - FOTOLAR

26.06.2017, 14:52

Ərizə yazarkən “tərəfindən” sözünə ehtiyac varmı? - Fərqli FİKİRLƏR

26.06.2017, 14:50

Bakıdakı parkda taekvondo dərsi olub

26.06.2017, 14:20

Moskva-Bakı təyyarəsində QALMAQAL - Azərbaycanlı sərnişinlərə erməni yeməyi təklif olundu - VİDEO

26.06.2017, 14:00

Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib

26.06.2017, 13:43

Xalq artisti Qəndab Quliyeva vəfat etdi

26.06.2017, 13:21

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

26.06.2017, 13:06

Bakıda yolu keçən piyadanı maşın vurdu

26.06.2017, 12:29

Sabahın hava PROQNOZU: - 38° isti

26.06.2017, 11:55

“Mercedes" ana-balanı vurdu - ana yaralandı, qızı öldü

ARXİV
SORĞU
Qeyri-sabit hava şəraiti sizə necə təsir edir?
- İstilərdən canımız qurtarıb(9.09%)
- Dənizə gedə bilmirik(20%)
- Səhhətimizə mənfi təsir edir(18.1%)
- Əhvalım xoşallanır(12.7%)
- Məhsul qıtlığı yaranır(14.5%)
- Təsərrüfatıma ziyan dəyir(3.63%)
Yağış, dolu ruzi-bıərəkətdir(21.8%)