Modern.az

Milli Məclis hökumətə 10 gün vaxt verdi

Milli Məclis hökumətə 10 gün vaxt verdi

Parlament

12 Noyabr 2009, 18:23

Milli Məclis bu gün Azərbaycan Respublikasının “2010-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı dörd günlük müzakirələri yekunlaşdırıb.

Modern.az xəbər verir ki, MM-in plenar iclaslarında “2010-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı 80-dək millət vəkili çıxış edib, onlar müxtəlif təkliflər irəli sürüblər.  Müzakirələri yekunlaşdıran parlament deputatların təkliflərə baxılması üçün hökumətə 10 gün vaxt verib.

Nazirlər Kabineti deputatların təkliflərinə baxıb 10 gün müddətinə layihəni yenidən Milli Məclisə təqdim etməlidir. Bundan sonra layihə parlamentdə təsdiqlənmək üçün səsverməyə çıxarılacaq.

Çox güman ki, həmin müddətdən sonra Milli Məclis qanin layihəsini təsdiqləyəcək. Xatırladaq ki, 2010-cu ilin dövlət büdcəsinin gəlirləri 10 milyard 15 milyon manat, xərcləri isə 11 milyard 264 milyon manat proqnozlaşdırılıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir