Modern.az

“Əmək pensiyaları haqqında” Qanun yenidən dəyişdirilir - DETALLAR

“Əmək pensiyaları haqqında” Qanun yenidən dəyişdirilir - DETALLAR

7 İyun 2017, 12:14

 “Əmək pensiyaları haqqında” qanununa dəyişiklik edilir.

 

Modern.az-ın məlumatına görə,  qanunun 37.1-ci (Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması qaydaları) maddəsinə yeni məzmunda əlavə edilir.

 

Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir.

 

Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.

 

 Qanun layihəsi Milli Məclisin iyunun 13-də keçiriləcək iclasında müzakirə ediləcək.

 

Mirmahmud KAZIMOĞLU

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi