Modern.az

Deputat: “40 yaşda doğum günü keçirməyin düşər-düşməzliyinə inanmıram” - MÜSAHİBƏ

Deputat: “40 yaşda doğum günü keçirməyin düşər-düşməzliyinə inanmıram” - MÜSAHİBƏ

7 İyun 2017, 15:10

Bu gün Milli Məclisin deputatı Tahir Mirkişilinin doğum günüdür. Onun 40 yaşı tamam olur. Tahir Mirkişili 1977-ci il iyunun 7-də doğulub.

Modern.az saytı doğum günü ilə bağlı Tahir Mirkişilinin təəssüratlarını öyrənməyə çalışıb.

 -Tahir müəllim, doğum gününüzdür. Öncəliklə doğum gününüzü təbrik edirik.

-Bəli, elə deyirlər. Çox sağ olun, təşəkkür edirəm!

-Belə başa düşdük ki, doğum günlərinin gəlməsini səbirsizliklə gözləyən insanlar cərgəsində yoxsuz.

-Doğrudur. Heç vaxt doğum günləri keçirmək planlarım olmayıb. Hesab edirəm ki, dünyaya göz açan insanın bir missiyası olur. İnsan doğulandan sonra yaşadığı hər gün bu missiyanın anlarıdır. Və fikrimcə, hər gün qiymətlidir. Yaşadığı müddət ərzində bu missiyanı həyata keçirmək hər bir insanın qarşısında duran əsaas vəzifədir.

-İnsanlar var ki, hansısa yaşdan sonra doğum günlərini keçirmək məsələsini bir kənara qoyur. Məsələn, 20 yaşına qədər doğum günü keçirən insan bu yaşdan sonra “stop” deyir. Sizdə vəziyyət necədir? Həmçinin, 40 yaşı keçirməyin düşər-düşməzliyinə inanırsınızmı?

 -Hər bir insanın həyatında özəl günlərin rolu danılmazdır. Fikrimcə, əsas məsələ doğum gününü necə keçirmək deyildir. Əsas məsələ yaşadığı həyatda gördüyü işlər, yaratdığı dəyərlər, gerçəkləşdirdiyi missiyadır. Hesab edirəm ki, hər bir insanın missiyası var və bəlli bir müddət ərzində bu missiyanı həyata keçirmək üçün yaşayır. Eyni zamanda, yaradıcılıqla məşğul olur. Bu gün doğum günüm olsa da, işdəyəm. İşlərimlə məşğulam. 40 yaşda doğum günü keçirməyin düşər-düşməzliyinə inanmıram.

 -Hər halda, bu gün təbriklər istisna deyil.

-Təbii istisna deyil. Doğum günü münasibətilı edilən zənglər, yazılan təbriklər davam edir. Təbii ki, bu xoşdur. Buna görə hər kəsə təşəkkür edirəm. Bu, bir növ adətdir. Hər bir xalqın öz adət-ənənəsi var. Azərbaycanda da doğum günləri insanlar üçün maraqlı və əlamətdar gün kimi qeyd olunur. Mənim üçün təkcə özəl günlərdə yox, adi günlərdə belə, həyatın mənasını anlamaq xüsusi əhəmiyyət kəsb edir.

-Siz özəl günün keçirilməsini o qədər də əhəmiyyətli hadisə hesab etməyə bilərsiz. Amma ailə və övladlar bu məsələdə sürpriz təbriklərə xüsusi önəm verirlər. Belə sürpriz təbriklərlə hər il qarşılaşırsız?

 -Əlbəttə, doğum günü sürprizləri həm ailəm, həm də dostlarım tərəfindən çox olub. Bu il də istisanasız deyil.

-Belə günlərin şah əsərini hədiyyə təşkil edir. Hədiyyə vermək və almaqla aranız necədir?

-Bildiyiniz kimi, deputatlara 50 manatdan artıq hədiyyə qəbul etməyə icazə yoxdur (zarafatla). Həm də doğum günü hədiyyələri ilə bağlı insanların müxtəlif yanaşmaları mövcuddur. Mənim üçün hədiyyənin olub-olmaması önəmli deyil. Amma bununla yanaşı, inanıram ki, dəyərindən asılı olmayaraq, hədiyyə alan hər bir insanda pozitiv reaksiya yaranır. Bu illər ərzində mənim üçün ən dəyərli hədiyyələr yaradıcı hədiyyələr olub. Bu gün də dostlarım mənə bir hədiyyə bağışlayıb. Mənim üçün çox qiymətli hədiyyədir. Son 18 il ərzində iş və yaradıcılıq fəaliyyətimlə bağlı çəkilmiş şəkillərdən ibarət kollajdır. Bu, mənim üçün çox qiymətlidir.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?