Modern.az

Könüllülərin hazırlanması üzrə kurslar təşkil edilir

Könüllülərin hazırlanması üzrə kurslar təşkil edilir

3 May 2011, 13:04

Azərbaycan Gənclər İttifaqı aprel ayının əvvəlindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi qrant müsabiqəsi çərçivəsində «Bakı şəhərindəki xüsusi internat məktəblərdə olan uşaqlar arasında könüllülərin hazırlanması üzrə kursların təşkili» layihəsini həyata keçirməyə başlayıb.

Layihə çərçivəsində Bakıda fəaliyyət göstərən xüsusi məktəblərdə könüllülərin hazırlanması üçün kurslarda iştirak üçün yuxarı sinif şagirdlərindən ibarət qrup yaradılacaq, onlara “Könüllü və Könüllülük”, “Könüllülük hərəkatinin əsas prinsipləri”, “Könüllülərin qəbulu ilə bağlı müxtəlif applikasiya formaları”, “Ümumkönüllü  Bəyannaməsi”, “İctimai maraqların qorunması”, “Özünü təqdimetmə bacarıqlarının aşılanması” mövzularında treninqlər baş tutacaq.

Treninqlər başa çatdıqdan sonra kurslarda fəal olanların iştirakı ilə seminar təşkil olunacaq, daha sonra Bakıda yerləşən təşkilatların işi ilə tanışlıq ekskursu həyata keçiriləcək.

Layihənin məqsədi sözügedən məktəblərdə təhsil və tərbiyə alan uşaqlar arasında könüllülərin hazırlanması üzrə biliklərin və bacarıqların, onlara könüllülük hərəkatı barədə geniş məlumatların verilməsi, xüsusi internat məktəblərdəki yuxarı sinif şagirdləri arasından könüllülər qruplarının formalaşması və formalaşmış könüllülər qruplarının yerli təşkilatlardakı fəaliyyətə cəlb edilməsidir.

Layihə 2011-ci ilin iyun ayında başa çatacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir