Modern.az

Bu əlamətlər sağlamlıq üçün XƏBƏRDARLIQDIR

Bu əlamətlər sağlamlıq üçün XƏBƏRDARLIQDIR

7 İyun 2017, 23:04

Bir çox hallarda orqanizmdə baş verən adi dəyişiklik hiss edərkən “boş şeydir, keçib gedər” deyə fərqinə varmırıq. Ancaq nəzərə almaq lazımdır ki, bu cür hallar hansısa bir xəstəliyin başlanğıcına işarədir.

Modern.az saytının sağlamlıqla bağlı növbəti yazısı da bu haqdadır.

Hansı əlamətlər sağlamlığımız üçün xəbərdarlıq edir?

1. Saçların quruluğu orqanizmdə E vitamininin çatışmazlığından xəbər verir, normadan artıq yağlıdırsa bu əsəb sistemindəki problemə işarədir. Saçlar darandıqdan sonra daraqda bir çəngə saç qalırsa bu immunitetin zəifləməsinin əlamətlərindən biridir.

2. Alında köndələn qırışlar, gözlərin altında isə bənövşəyi kölgələr varsa bu xroniki yorğunluq sindromunun əlamətləridir. Bu əlamətləri özlərində müşahidə edən insanlar istirahət günlərində bütün işlərdən imtina etməli, orqanizmin istirahəti üçün vaxt ayırmalıdırlar.

3. Sağlam dil çəhrayı rəngdə olur, əgər dil ağ ərplə örtülübsə bu mədə və bağırsağın, sarımtıl dil qaraciyərin, göyümtül isə ürək xəstəliyindən xəbər verir.

4. Gözlərin damarcıqları partlayıbsa bu göz əzələlərinin həddindən artıq gərginliyindəndir. Bu cür halların tez-tez təkrarlanması gözdaxili təzyiqin artması və beyin-qan dövranının problemlərinə işarə də ola bilər.

5. Burun-dodaq üçbucağı sahəsindən göyümtül kölgələr keçirsə, dodaqlar solğundursa ürək həkiminə müraciət etmək lazımdır. Ola bilsin ki, bu ürək çatışmazlığının ilk əlamətlərindəndir.

6. Gözlər parlaq və şişkindirsə qalxanabənzər vəzinin hormonlarını yoxlamaq üçün analiz vermək lazımdır.

7. Səhərlər aşağı göz qapaqları şişirsə bu ya böyrəklər, ya da ki, sidik kisəsindəndir. Bu orqanizmin duzlu, yağlı, hisə verilmiş məhsullarla həddindən artıq yüklənməsinin də nəticəsi ola bilər.

8. Gözlərin ağları sarımtıl rəngə boyanıbsa, bu qaraciyərin və ya öd kisəsinin problemlərinin danılmaz əlamətidir.

9. Yanaqlar və boyun qızarırsa bu qan təzyiqinin yüksək olmasının, hipertoniyanın əlamətidir. Müntəzəm olaraq qan təzyiqini ölçmək lazımdır.

10. Bədəndə yeni xalların əmələ gəlməsi dermotoloqun qəbulunda olmaq üçün səbəbdir.

11. Boyunun xirtdək sahəsi şişkin görünürsə endokrinoloqla məsləhətləşmək vacibdir. Ola bilsin ki, bu qalxanabənzər vəzinin hiperfunksiyasından xəbər verir.

12. Əgər insanın çiyinləri müxtəlif səviyyədədirsə, biri digərindən yuxarıdadırsa, bu onurğa sütünunun döş hissəsinin osteoxondrozunun əlamətidir.

13. Xırda əl damarlarının şişkinliyi və ağrıması poliartritin, revmatizmin əlamətidir. Diz və dirsək damarlarının şişkinliyi isə artrit və artrozdan xəbər verir.

14. Topuqlar və baldırlar şişirsə bunu ürək çatışmazlığı xəstəliyinin əlaməti kimi qəbul etmək olar.

15. Qarında və baldırlarda açıq çəhrayı rəngdə ləkələrin yaranması, dərin dəri dartınmaları hormonal nasazliqlardan xəbər verir.

Əgər bu əlamətləri özünüzdə hiss edirsinizsə həkimə müraciət edin. Unutmayın ki, xəstəlik nə qədər tez aşkar olunarsa, müalicə də bir o qədər tez, asan və effektli olar.

İlham Cəmiloğlu

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?