Modern.az

Modern.az mənzil almaq üçün namizədlərlə bağlı iclas keçirdi, seçim etdi - FOTOLAR

Modern.az mənzil almaq üçün namizədlərlə bağlı iclas keçirdi, seçim etdi - FOTOLAR

8 İyun 2017, 12:55

Bu gün Modern.az İnformasiya Agentliyinin redaksiyasında ölkə Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 22 iyul 2013-cü il tarixli sərəncamı əsasında jurnalistlər üçün inşa olunmuş yaşayış binasındakı mənzillərin bölgüsündə iştirak edəcək namizədlərin müəyyənləşdirilməsi üçün iclas keçirilib.

İclası sənədlərin qəbulu prosesinin ədalətli və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) yaradılmış müvafiq Komissiyanın üzvü Müşfiq Ələsgərli izləyib.

İclasa sədrlik edən Modern.az İnformasiya Agentliyinin baş direktoru Elşad Eyvazlı mətbuata göstərilən dövlət qayğısından söz açıb, Azərbaycan Prezidenti İlham Əliyevə jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikilən binaya görə təşəkkürünü bildirib. O, ölkə başçısı tərəfindən atılan bu humanitar addımı bütün qələm əhlinin təqdir etdiyini vurğulayıb.

Daha sonra E.Eyvazlı Modern.az İnformasiya Agentliyinin mənzil bölgüsündə iştirakından danışıb:

“İclasda iştirakımızın məqsədi müəyyən ediləcək namizədlərin tələblərə uyğun seçilməsidir. KİVDF-nin elan etdiyi şərtlər hamıya bəllidir və biz də buna uyğun seçim etməliyik. Modern.az İnformasiya Agentliyi Azərbaycanda elektron medianın inkişafına öz töhfəsini verən, hər zaman peşəkarlığı önə şəkən, qaydalar çərçivəsindən çıxış edən, dövlətçiliyə xidmət göstərən mətbuat orqan kimi tanınıb.  Portalımız Azərbaycan mətbuatında öznəməxsus yerə malikdir.  Azərbaycan dövləti hər zaman peşəkar jurnalistin fəaliyyətini qiymətləndirib. Biz də kollektiv olaraq haqqı, ehtiyacı olan jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması işini dəstəkləyirik”.


KİVDF-də yaradılmış Komissiyanın üzvü Müşfiq Ələsgərli heç bir ölkədə mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaışdırılması üçün belə bir addımın atılmadığını vurğulayaraq, bu təmənnasız hədiyyəyə görə, Prezident İlham Əliyevə təşəkkür edib:

O, KİVDF-nin əsas niyyətinin şərtlərə uyğun, ədalətli seçim aparmaq olduğunu qeyd edib.

"Azərbaycanda ev, mənzil sahibi olmaq önəmli məsələdir və mentalitetimizdə buna xüsusi yanaşma var. Biz xarici ölkələrdə səfərlərdə olarkən görürük ki, elə adamlar var ki, milyonçudur, amma ipoteka ilə götürdüyü evdə yaşayır, ya da kirayədə qalır. Bizdə isə evə yanaşma başqadır, ev bir nəslin ocağı anlamındadır. Ona görə də Allah hər bir ehtiyacı olan kəsə ev qismət eləsin”.


M.Ələsgərli bildirib ki, qeyri-rəsmi statistikaya görə, ölkədə 25 mindən çox jurnalist var. Onlar daimi, mövsümi çalışanlar, peşəkarlar və qeyri-peşəkarlardır.

“Bilirik ki, 25 min jurnalistin 20 min nəfərini kənara qoyduqda, real şəkildə ölkədə informasiya yükünü çəkən 3-4 min jurnalistimiz qalır. Həmin jurnalistlərin isə ev almaq haqqı var və hər kəs istəyər ki, bu tarixi fürsətdən istifadə etsin. Amma nə edəsən ki, jurnalistləırin sayı çox, mənzillərin sayı məhduddur.
Bu prosesdən kənarda qalmaq jurnalistlər üçün ümidsizlik olmalı deyil. Artıq növbəti binanın da təməlqoyma mərasimi keçiriləcək və ümid edək ki, növbəti dəfə daha çox jurnalist evlə təmin olunacaq. Nə qədər ki, mediaya dövlət qayğısı davam edir, həmin strategiya da davam edəcək".



İclasda mənzillərin verilməsi üçün elan olunmuş şərtlərə uyğun gələn əməkdaşlarla bağlı müzakirə aparılıb. Açıq səsvermə nəticəsində yaradıcı heyətdən mənzil bölgüsündə iştirak üçün bir nəfər - Modern.az İnformasiya Agentliyinin baş redaktoru Əfqan Qafarlı müəyyənləşib.

Qaydalara görə, Modern.az İnformasiya Agentliyi daha iki əməkdaşının namizədliyini irəli sürə bilərdi. Amma gənc jurnalistlərdən ibarət kollektivdə KİVDF-nin elan etdiyi şərtlərə uyğun gələn digər əməkdaş olmadığından Əfqan Qafarlı Modern.az-dan yeganə namizəd kimi müəyyənləşib.

İclasda iştirak edən əməkdaşlar Əfqan Qafarlının namizdəliyi ilə bağlı fikirlərini səsləndirib, səsvermədə iştirak ediblər.

Namizədəliyi irəli sürülən Əfqan Qafarlı ona etimad göstərdiklərinə görə həmkarlarına təşəkkür edib.

Səsvermənin yekun nəticələrinin müvafiq komissiyaya təqdim olunması qərara alınıb.


Namidə BİNGÖL

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi