26 iyul 2017, Çərşənbə axşamı
Ana Səhifə - ÖLKƏ - Azərbaycanda dini filmlər çəkməyə nə və kimlər mane olur ...
Azərbaycanda dini filmlər çəkməyə nə və kimlər mane olur ...
08.06.2017, 15:18

Hazırda dünyada öz səviyyəsinə və inkişafına görə fərqlənən İran kinematoqrafiyası  bir-birinin ardınca dini motivli filmlər ortaya çıxarmağı bacarıb. 

 

Bu filmlərin bir qismi böyük əks-səda doğurub. Bir çoxu da müsəlmanların  rəğbətini qazanıb.

İranlı rejissor Məcid Məcidinin Məhəmməd peyğəmbərdən bəhs edən “Məhəmməd – Allahın elçisi” filmi də maraqla qarşılanıb.

Bəs Azərbaycanda nə üçün dini mövzuda çəkilən kino yoxdur? Rejissorlarımız bu mövzuya müraciət etməyi düşünürmü?

 

Modern.az saytı bu suallarla rejissorlara müraciət edib.

 

Dini mövzularda film çəkmək asan deyil”

 

Kinorejissor və ssenarist  Şamil Əliyev din mövzusuna müraciət etməyi düşünmür:

“Dini mövzuda film çəkmək yönümündə heç vaxt düşünməmişəm və düşünmürəm.  Gələcəkdə nə baş verəcək, psixofiziologiyamda hansı transformasiya olacaq, onu deyə bilmərəm. İranda bu tip filmlər çəkilir və çəkilməlidir. Bilirsiniz ki, İran şəriət qaydaları ilə idarə olunur. Biz sivil dövlətik. Bizdə də dini mövzuda kimlərsə sənədli film, hətta bədii film də çəkə bilər. Amma bu mövzuda film çəkərkən çox ehtiyatlı olmaq lazımdır.

 

Yəni hər bir filmin, əsərin məqsədi olur ki, mən bu filmi niyə çəkirəm? Son məqamda nəyə nail olmaq istəyirəm? Bu suallara cavab tapandan sonra kimlərsə dini mövzulara müraciət edə bilər. Amma dini mövzularda film çəkmək asan məsələ deyil.

 

Adətən belə filmlərin kinematoqrafik dəyəri olmur. Çünki sənətkar müəyyən çərçivə daxilində hərəkət etməyə məcburdur. Burada dini fəlsəfə, şəriət qaydaları, qanunlar çərçivəsindən kənara çıxa bilməzsən. Rejissor müəyyən mənada yaradıcı şəxsdir. Hər bir filmdə ortaya müəyyən fikir atmalıdır. Hər rejissor sadə illüstrasiya etməyə razı ola bilmir. Yaradıcı münasibət bəsləyəndə də müəyyən təxəyyülə varmış olursan. Bu və ya digər şəkildə dini qaydalardan, hətta şəriət qaydalarından kənara çıxmış ola bilərsən”.

 

“Dini filmlər müsəlman dünyasında məzhəb qarşıdurmasına gətirib çıxara bilər”

 

Rejissor “Məhəmməd – Allahın elçisi” filminin fonunda dini filmləri çəkməyin çətinliyindən də söz açıb:

“Türkiyə kanalında  “Məhəmməd-Allahın elçisi” filmi verildi. Filmin rejissoru Məcid Məcidinin yaradıcılığına fikir versəniz görərsiniz ki, bu film indiyə kimi çəkdiyi bütün filmlərdən tamam  fərqlənir.

 

Rejissorun bu filmə qədərki filmləri daha çox xoşuma gəlirdi və onların kinematoqrafik dəyərləri daha dərin idi.  Amma bu film müəyyən çərçivə daxilində idi. Məcid Məcidi çərçivədən kənara çıxmaqda müəyyən cəhdlər etsə də, birmənalı qarşılanmamışdı. Bəzi müsəlman ölkələri hətta bu filmi qəbul etməmişdi.

Elə film çəkə bilərsən ki, bu, müsəlman dünyasında məzhəb qarşıdurmasına gətirib çıxara bilər. İran əsasən şiə məzhəbinə inanan dövlətdir. Sünni məzhəbli dövlətlər filmə qıcıqla yanaşdı, hətta Məhəmməd peyğəmbərin şəxs kimi göstərilməsini qəbul etmədilər. Filmdə Peyğəmbər arxadan göstərilir və səsi gəlmir, subtitrlərdan istifadə edilirdi.

 

Mən rejissor kimi Məcid Məcidiyə sual verərdim ki, Məhəmməd peyğəmbəri arxadan göstərmək nə verdi sənə? Sən kinematoqrafik qanunları, montajın tələblərini kobud şəkildə pozmusan. Əgər o kinematoqrafiyanı irəli aparsa, estetik bir yozum olsa biz ona hörmət edərik”.

 

“Azərbaycan kino sənayesi hələki belə filmlər çəkməyə hazır deyil”

 

Ş.Əliyev Azərbaycanda dini motivli filmlərin olmamasının səbəbindən də bəhs edib:

 

“Kinonun da, dinin də öz qanunları var. Burada sənətkar tam azad deyil. Hansısa estetik müdaxilələr etmək, yenilik gətirmək mümkün deyil. Onda sən dinin qanunlarına müəyyən xələl gətirmiş olacaqsan.

 

Bu da müsəlmanlar arasında qarşıdurmaya səbəb ola bilər. Hər bir əsər müəyyən mənada insanları birləşdirməli, sülhə çağırmağa xidmət etməlidir. Mənim aləmimdə belədir.  Sənətkar var ki, cəmiyyəti yerindən oynadan qaşınmayan yerdən qan çıxaran film çəkmək istəyir. Amma dini mövzularla belə eksprimentlər etmək olmaz. Burada nə kinematoqraf estetikası, nə də dini fəlsəfə  qazanan tərəf olur.  Din də, incəsənət də ictimai şüurun formalarından biridir.

 

Digər tərəfdən hətta İran kimi kino infrastrukturu olan ölkə Hollivudun kino sənayesinə üz tutmalı olmuşdu. Azərbaycan kino sənayesi hələki belə filmləri çəkməyə hazır deyil. Sadəcə illüstrasiya formasında nəsə çəkmək olar. Dini motivli kinolar çəkmək üçün yüz ölçüb  bir biçmək lazımdır. Teoloqlar, dini alimlər, tarixçilərlə  məsləhətləşəndən sonra nəsə etmək olar.  Buna da bizim kino sənayemiz hazır deyil.

 

Məsələn “Əli və Nino” filmini çəkdik. O proyektin arxasında Leyla Əliyeva dayanmışdı. O olmasaydı, biz bu layihəni ərsəyə gətirə bilməzdik. Yaxud cənab prezident “Dədə Qorqud” filminin çəkilməsi ilə bağlı sərəncam verib, hətta ssenari də hazırdır. Amma biz bu filmi çəkə bilmirik. Artıq bir “Dədə Qorqud” filmimiz var. Buna görə də daha sanballı film ortaya qoymalıyıq. Kino sənayemiz formalaşandan sonra “Dədə Qorqud”u da, dini mövzulu filmləri də çəkə bilərik.

 

Məsələn, mənim “Xalı” adlı tammetrajlı filmimin ssenarisi hazırdır. Üç il bundan qabaq nazirliyə təqdim olunub, bədii Şurada müzakirə edilib və müsbət fikirlər bildirilib. Hətta cənab nazir Əbülfəz Qarayev də bu proyektə dəstək verib. Amma üç ildir gözləyirəm, hələ də istehsalata girə bilmirəm. Bilirsiniz ki, xalı maddi-mədəni irsimizdir. Bu haqda sıradan film çəkməyə ixtiyarımız, mənəvi haqqımız yoxdur. Nazirlik də proyektim ətrafında resurslar axtarır. Burda həm maddi, həm də yaradıcı potensialdan söhbət gedir. Ağır mövzu olduğu üçün çətindir. Bu dini mövzulara da aiddir”.

 

“Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən dəstək və təşşəbbüs olmalıdır”

 

Tanınmış rejissor Kənan Mahmudov (Kənan M.M) dini mövzulu filmlərin çəkilməsi fikrinə hər zaman açıq olduğunu bildirib:

“Düşünmək artıq  vacib amillərdən biridir. Çünki din və ya qeyri mövzular olsun - sənətimiz budur. Filmin tərkib hissəsi təkcə komediyadan ibarət  deyil. Düzdür, dini filmlər çəkmək nə qədər çətin olsa da, vacib işlərdən biridir.

 

Müsəlman ölkəsi olduğumuz üçün borcumuzdur. Düşünürəm ki, Qafqaz Müsəlmanlar İdarəsindən buna bilavasitə dəstək və təşşəbbüs olmalıdır.

 

Mən belə şeylərə hər zaman açığam. Məsələn, bir insanın Kərbəlaya gedib gəlməsi, onun həyatının dəyişməsi haqqında Şahin Zəkizadənin də fikirləri var idi. Çox təəssüf ki, ömrü vəfa etmədi.

 

İmkan yaratsalar, dəstək olsalar niyə də çəkməyək. Belə filmlər kommersiya filmi deyil, ona görə də heç kim risk edib pul qoymaq istəmir. Qəlb, könül məsələsidir. Amma təkcə sevgi ilə filmi ərsəyə gətirmək olmur, həm də maddi dəstək lazımdır”.

 

Günay RƏSULQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Təhlükəli virus 300 insanın həyatına son qoydu
26.07.2017, 00:58

Təhlükəli virus 300 insanın həyatına son qoydu

Mingəçevir sakinini döyüb tanınmaz hala saldılar
26.07.2017, 00:45

Mingəçevir sakinini döyüb tanınmaz hala saldılar

İstifadəsi qadağan olunan çimərlikdə iaşə obyektləri - VİDEO
26.07.2017, 00:28

İstifadəsi qadağan olunan çimərlikdə iaşə obyektləri - VİDEO

26.07.2017, 00:10

"Bu gün narahat olmalı bir şey yoxdur" - Qurban Qurbanov

Azərbaycan nefti cüzi bahalaşdı
25.07.2017, 23:59

Azərbaycan nefti cüzi bahalaşdı

Müəllim gəzinti zamanı öldü
25.07.2017, 23:50

Müəllim gəzinti zamanı öldü

"Öz qapımızı daha çox qorumalı olduq" - "Şerif"in baş məşqçisi
25.07.2017, 23:43

"Öz qapımızı daha çox qorumalı olduq" - "Şerif"in baş məşqçisi

Fransada 150 mühacir saxlanıldı
25.07.2017, 23:31

Fransada 150 mühacir saxlanıldı

25.07.2017, 23:16

"Türk Hava Yolları"na məxsus təyyarədə bomba həyəcanı

Türkiyədən Yunanıstana keçən miqrantların sayı 99 faiz azalıb
25.07.2017, 22:59

Türkiyədən Yunanıstana keçən miqrantların sayı 99 faiz azalıb

“Qarabağ” meydanı qolsuz bərabərliklə tərk etdi
25.07.2017, 22:46

“Qarabağ” meydanı qolsuz bərabərliklə tərk etdi

Tovuzda qatar ana və iki övladını vurdu: 3 ölü, FOTO +18
25.07.2017, 22:28

Tovuzda qatar ana və iki övladını vurdu: 3 ölü, FOTO +18

Oğru binanın şaxtasında qaldı - VİDEO
25.07.2017, 22:13

Oğru binanın şaxtasında qaldı - VİDEO

Münaqişə bəçaqlanma ilə sonuclanıb
25.07.2017, 21:57

Münaqişə bəçaqlanma ilə sonuclanıb

Qan dövranı xəstəliklərindən dünyasını dəyişənlərin sayı artıb
25.07.2017, 21:42

Qan dövranı xəstəliklərindən dünyasını dəyişənlərin sayı artıb

Ölümü ilə SSRİ rəhbərlərlərinə problem yaradan Vladimir Vısotski - MARAQLI
25.07.2017, 21:41

Ölümü ilə SSRİ rəhbərlərlərinə problem yaradan Vladimir Vısotski - MARAQLI

Moruq xərçəng şişləri hüceyrələrini məhv etməyə qadirdir - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN  
25.07.2017, 21:38

Moruq xərçəng şişləri hüceyrələrini məhv etməyə qadirdir - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN  

Dörd min nəfər müəllim işləmək üçün imtahan verdi
25.07.2017, 21:28

Dörd min nəfər müəllim işləmək üçün imtahan verdi

Qüdsdə məscidin önündəki təhlükəsizlik sistemləri ləğv edilib
25.07.2017, 21:13

Qüdsdə məscidin önündəki təhlükəsizlik sistemləri ləğv edilib

Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib
25.07.2017, 20:58

Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib

Nigar Həzi doğum gününü həbsxanada qeyd etdi
25.07.2017, 20:44

Nigar Həzi doğum gününü həbsxanada qeyd etdi

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb
25.07.2017, 20:30

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

ABŞ İran gəmisinə atəş açdı
25.07.2017, 20:16

ABŞ İran gəmisinə atəş açdı

İmtahandan qayıdan abituriyent itkin düşdü
25.07.2017, 20:02

İmtahandan qayıdan abituriyent itkin düşdü

Avtomobil bazarında durğunluq
25.07.2017, 19:51

Avtomobil bazarında durğunluq

Ağstafada canavar qadına hücum edib
25.07.2017, 18:53

Ağstafada canavar qadına hücum edib

“Total” ın Azərbaycandakı icraçı direktoru: “Ən böyük rəqibimiz SOCAR-dır”
25.07.2017, 18:38

“Total” ın Azərbaycandakı icraçı direktoru: “Ən böyük rəqibimiz SOCAR-dır”

Hacıqabul Sənaye Məhəlləsi yaradılır
25.07.2017, 18:20

Hacıqabul Sənaye Məhəlləsi yaradılır

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində yol polisi ifadə verdi
25.07.2017, 18:15

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində yol polisi ifadə verdi

Nazirlik şikayəti yerində araşdırdı
25.07.2017, 18:05

Nazirlik şikayəti yerində araşdırdı

XİN Pakistandakı terror aktını pislədi 
25.07.2017, 17:59

XİN Pakistandakı terror aktını pislədi 

Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu
25.07.2017, 17:28

Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu

Dollar yenə UCUZLAŞDI 
25.07.2017, 17:16

Dollar yenə UCUZLAŞDI 

Azərbaycan Wikipedia-da 53-cü pilləyə yüksəlib    
25.07.2017, 17:14

Azərbaycan Wikipedia-da 53-cü pilləyə yüksəlib  

İcra başçılarının xanım müavinləri YOLA SALINIR   
25.07.2017, 17:06

İcra başçılarının xanım müavinləri YOLA SALINIR  

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(16.2%)
- İmtahanlar bir dəfə keçirilməliydi(2.70%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(45.9%)
- İmtahan testləri çətinləşdirilmişdi(13.5%)
- İmtahanlar asan keçdi(2.70%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(5.40%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(13.5%)