24 oktyabr 2017, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - “Füreri şalvarsız da sevmək lazımdır” - Hitlerin II Dünya Müharibəsində keçirdiyi ən böyük sarsıntı...
“Füreri şalvarsız da sevmək lazımdır” - Hitlerin II Dünya Müharibəsində keçirdiyi ən böyük sarsıntı...
08.06.2017, 23:19

O, hakimiyyətə gəlişi ilə dünyaya yeni Almaniya təqdim edirdi. Bu təqdimatda daha çox güc, daha çox iddia nümayiş olunurdu və Adolf Hitler bu təqdimatla kimliyini, nəyə qadir olduğunu təsdiq etməyə cəhd edirdi.

 

Modern.az saytının tarixlə bağlı növbəti yazısı dünya iddialı Adolf Hitler haqqındadır. 

 

Adolf Hitler 1889-cu ilin aprelin 20-də Avstriyanın Braunau şəhərində anadan olub. Ziddiyətli xarakterə malik olan Hitler yeniyetməlik illərində öz tənbəlliyi ilə həmyaşıdlarından həmişə geridə qalıb. Elə bunun nəticəsi olaraq orta təhsilini başa vurduqdan sonra buraxılış imtahanlarından kəsildiyinə görə orta təhsil haqqında şəhadətnamə ala bilməyib.

 

Ancaq buna baxmayaraq Adolf  həmin illərdə öz rəssamlıq qabiliyyəti ilə fərqlənir. Rəssam olmaq arzusu onu Vyanaya aparır. O, burada İncəsənət Akademiyasına daxil olmaq istəyir. Lakin bu istəyi də baş tutmur. Akademiyadan rədd cavabı alan Adolf Münhen şəhərinə köçür. Minimum yaşayış tələbatını ödəmək üçün akvarel satmaqla məşğul olur.

 

Bir neçə dəfə hərbi xidmətdən yayınan Hitler birinci Dünya müharibəsi başlananda alman ordusu sıralarına daxil olur. Bavariya alayının tərkibində qərb cəbhəsinə göndərilir. Burada o, yefreytor rütbəsi alır və bütün müharibə boyu ön cəbhədə vuruşur. Müharibədə ilk dəfə yaralandıqdan sonra göstərdiyi qəhrəmanlıqlara görə “Dəmir xaç nişanı” ilə mükafatlandırılan Hitler müharibədən sonra təbliğatçı kimi bolşevuzmə qarşı mübarizə aparır, alman milliyətçiliyinin təbliği ilə fəal məşğul olur. Qısa müddətdən sonra Adolf Hitler 1919-cu ilin payızında ordudan uzaqlaşır. 

Yeni yaradılan “Alman Fəhlə Partiyası”na daxil olan Hitler tezliklə partiyada mövqelərini möhkəmlədərək onun lideri olur. O öz liderlik səlahiyyətlərindən istifadə edərək partiyanın adını dəyişir, onu “Nasional Sosialist Alman Fəhlə Partiyası” adlandırır. Partiya rəhbərliyinə güclü şəxsiyyətləri cəlb edən Hitler dövlət idarəçiliyini ələ keçirmək haqqında düşünür.

 

1923-cü ildə Rur ərazisinin Fransa tərəfindən işğal edilməsi Almaniyada yeni gərginlik yaradır. Əvvəlcə xalqı mübarizəyə səsləyərək ölkədə iqtisadi böhrana səbəb olan sosial-demokrat hökuməti, sonradan Fransanın tələblərini qəbul etməklə həm sağ təmayüllü qüvvələr, həm də kommunistlər tərəfindən tənqidlərə məruz qalır. Bu şəraitdə nasistlər Bavariyada hakimiyyətdə olan sağ konservativ-separatçılarla ittifaqa girərək Berlindəki sosial-demokrat hökumətinə qarşı birlikdə çıxış etməyə qərar verirlər. Bavariya sağlarının rəhbəri və Bavariya torpağının diktator səlahiyyətlərinə malik olan komissarı fon Karr rəsmi Berlinin bəzi tələblərinə əməl etməkdən, xüsusilə də nasist dəstələrini buraxmaq və “Xalqın nəzarətçiləri” qəzetini  bağlamaqdan imtina edir. Lakin alman Baş Qərargahının qəti mövqeyi qarşısında geriyə addım atan Bavariya rəhbərləri Hitlerə bildirirlər ki, hələ Berlin hakimiyyətinə qarşı açıq şəkildə çıxış etməyə hazır deyillər. Bu, Hitleri vəziyyəti öz əlinə almaq istəyinə sövq və məcbur edir. 

1923-cü ilin noyabrın 8-də axşam saat 9-da Hitler Bavariya hökuməti rəhbərlərinin mitinqinin keçirildiyi Münhenin “Bürgerbroykeler” pivəxanasına gəlir. İçəri girərək “Berlindəki xain hökumət”in devrildiyini elan edir. Noyabrın 9-u səhər tezdən isə Hitler və Lüdendorf üç min nəfərlik dəstə ilə birlikdə Hərb Nazirliyinə tərəf irəliləməyə başlayırlar. Lakin Rezidentştrasse küçəsində polis dəstəsi onların qarşısını kəsərək atəş açır və qiyamçılar dağıdılır. On altı partiya üzvünün həlak olduğu bu hadisə Almaniya tarixinə “Pivə qiyamı” kimi düşür.

 

1924-cü ilin fevral-mart aylarında keçirilən məhkəmənin qərarı ilə Adolf Hitler beş il müddətinə həbsə məhkum edilsə də, cəmi 10 ay sonra azadlığa buraxılır. Həbsdə olduğu müddətdə özünün məşhur “Mənim mübarizəm”  adlı kitabını yazır. Tezliklə bu kitab partiyanın əsas ideya mənbəyinə çevrilir.

 

Hitler həbsxanada olduğu dövrdə partiyasının fəaliyyətində kifayət qədər zəifləmə müşahidə olunur. Ona görə də o, məhbəs həyatından sonrakı elə ilk günlərdən partiyanın mövqeyinin möhkəmlənməsinə çalışır. Özündə sonsuz inam və hədsiz güc hiss edən Hitler hakimiyyətə doğru addımlarında uğurlar qazanır. O, daha yüksək təbəqələr arasında özünə dəstək axtarır, ordu rəhbərliyinin bir hissəsini özünə yaxınlaşdıra bilir, sənaye maqnatları ilə əlaqələr qurur. 1930 və 1932-ci illərdəki parlament seçkiləri nasistlərin Reyxstaqdakı sayını ciddi surətdə artırır. Bu hal digər parlament partiyalarını nasistlərə daha ciddi yanaşmağa, onlarla hesablaşmağa və hətta koalisiya hökumətində ortaq kimi nəzərdən keçirməyə sövq edir. 1930-cu il seçkilərində partiya 18,3 faiz səs toplayaraq 107 yerə, 5 mart 1933-cü ildə keçirilmiş seçkilərdə isə səslərin 43,9 faizini toplayaraq 288 yerə sahib olur və Reyxstaqda hakim partiyaya çevrilir.

 

Adolf Hitler 30 yanvar 1933-cü ildə hakimiyyətə gəldikdən sonra Almaniyada nasistlər xeyli güclənirlər. Hitler ilk günlərdən etibarən ölkədə demokratik azadlıqları ləğv etməyə və siyasi rəqiblərinə qarşı açıq terrora başlayır. Buna haqq qazandırmaq məqsədilə 1933-cü ilin fevralın 27-də Reyxstaqın binasının yandırılması təşkil olunur. Bunun təqsiri kommunistlərin üzərinə atılır və 1933-cü ilin sentyabrında Leypsiqdə qondarma mühakimə prosesi də keçirilir. Fevralın 28-də faşist hökumətinin təklifi əsasında prezident Paul fon Hindenburq “Xalqı və dövləti müdafiə etmək” adlı fövqəladə fərmanla Veymar konstitusiyasının müəyyən etdiyi bütün azadlıqları ləğv edir. Bununla da Almaniyada Nasist partiyası istisna olmaqla bütün siyasi partiyaların fəaliyyəti dayandırılır. 1933-cü ilin martında Hitler federativ dövlətin tərkibinə daxil olan alman torpaqlarının muxtariyyətini ləğv edir. 1934-cü ilin avqustunda prezident Hindenburqun ölümündən sonra bütün hakimiyyət Hitlerin əlində cəmləşir.

 

Adolf Hitler 1933-cü il dekabrın 18-də Versal müqaviləsinin bütün hərbi müddəalarını ləğv etməyə, alman ordusunun sayını artırmağa, bütün silah növlərinin istehsalının bərpa olunmasına, hərbsizləşdirilmiş Reyn zonasına ordu yeridilməsinə icazə verilməsini tələb edir. Hitlerçilərin səyi nəticəsində Almaniya Avropada müharibə ocağına çevrilir. Nəhayət, 1939-cu ilin sentyabrın 1-də Alman qoşunlarının Polşaya hücumu ilə ikinci dünya müharibəsi başlayır. Hitler diktaturası dünyanı özünə ram etmək ehtirası ilə yaşayır.

 

İki gün sonra buna cavab olaraq Polşa ilə aralarındakı müttəfiqlik sazişinə əsasən İngiltərə və Fransa Almaniyaya müharibə elan edirlər. Tezliklə müharibənin miqyası genişlənir və Avropanı, sonra isə İtaliyanın səyləri ilə Şimali Afrikanı və Yaponiyanın qoşulması ilə Şərqi və Cənub-şərqi Asiyanı bürüyür. İkinci dünya müharibəsi çox böyük miqyas alır, demək olar ki, bütün dövlətləri əhatə edir. Qazandığı ilk uğurlardan eyforiyaya düşən Adolf Hitler məğlubiyyətini heç ağlına da gətirmir. 1941-ci ilin yazında o, Yuqoslaviya və Yunanıstanı işğal edir. Rusiya qoşunları müharibənin birinci mərhələsində darmadağın edilir. Estoniya, Litva, Belorusiya,Ukrayna, Moldova və Russiyanın bir hissəsi işğal olunur. Bu ərazilərdə çox sərt qanunlar qoyulur. Lakin 1942-ci ilin sonu, 43-cü ilin başlanğıcında Hitler Stalinqradda və Misirdə məğlubiyyət acısına dözməli olur. 1944-cü il Sovet ərazisi işğal olunmuş əraziləri bərpa edir. Qırmızı ordu Polşa və Baltikyanı ölkələri işğaldan boşaldır. Elə bu vaxt İngilis-Amerikan qoşunları Fransa və Normandiyanın bir çox ərazilərini işğalçılardan təmizləyir. 1945-ci ilin başlanğıcında ruslar və amerikanlar 3-cü reyxə hücum etmək qərarı verrilər. Bununla da əzəmətli Alman İmperiyası şərqdən və qərbdən ABŞ və SSRİ`nin hücumlarına məruz qalaraq süquta uğrayır.

 

Faşizmin törətdiyi bu müharibə on milyonlarla insanın ölümünə səbəb olur. Hitlerin dünyaya ağalıq iddiası məğlubiyyətlə sona çatır. 1945-ci ildə Antihitler Koalisiyası faşizm üzərində qələbə çalır.   

“Mənim ömrüm alman xalqına məxsusdur. Mən həyatımı qadına bağlaya bilmərəm” söyləyən və məğlubiyyətlə barışmayan Adolf Hitler məşuqə kimi yanında saxladığı Yeva Braunla 1945-ci ilin aprelin 29-da yeraltı bunkerdə bir neçə nəfərin şahidliyi ilə rəsmi nigaha girir. Və nigah mərasimi başa çatdıqdan sonra hər ikisi intihar edir. 

Bəzi tədqiqatçıların araşdırmalarına görə Hitler Yeva Braunla birlikdə 1964-cü ilə qədər Argentinada yaşayıb. Ümumiyyətlə Adolf Hitlerin həyatı ilə bağlı bu günə qədər də bir sıra müəmmalı fərziyyələr irəli sürülür. Bütün bu fərziyyələrə baxmayaraq ən əsası odur ki, bəşəriyyət 1945-ci ildə Hitler amansızlığından yaxa qurtara bilib.


İkinci dünya müharibəsində Hitleri sarsıdan, onu hədsiz dərəcədə hiddətləndirən və qəzəbləndirən, onun dəmir iradəsinə ağır zərbə vuran hadisələrdən biri alman qoşunlarının Moskva ətrafında mövqe tutduqları bir ərəfədə Qızıl meydanda keçirilən hərbi parad olub. Bu paradın keçirilməsində məqsəd  sovet insanlarının mənəvi ruhunu qaldırmaqla yanaşı, həm də düşmənə psixoloji zərbə vurmaq idi.

 

1941-ci ildə Böyük Oktyabr Sosialist inqilabının ildönümünə on gün qalmış Stalin Kreml məmurlarını kabinetinə yığır. Müşavirəyə həmçinin generallar da dəvət olunur. O, əvvəlcə üzünü Jukova tutub soruşur:

- Yoldaş Jukov, siz inanırsınızmı ki, biz Moskvanı saxlaya biləşəyik?  Mən bunu sizdən ürək ağrısı ilə soruşuram. Mənə həqiqəti söyləyin.

Jukov qətiyyət və inamla cavab verir:

- Moskvanı hökmən saxlayacağıq. Ancaq əlavə olaraq iki ordu və ən azı iki yüz tank lazımdır.

- Belə qətiyyət və inam çox yaxşıdır. Siz baş qərərgaha zəng vurun, onlar sizə lazım olan orduları sərəncamınıza göndərsin. Qaldı tank məsələsinə, mən onları sizə verə bilməyəcəyəm. Çünki əlavə tankımız yoxdur. Mən daha bir məsələ haqqında sizdən soruşmaq istəyirəm. On gündən sonra Oktyabr inqilabının ildönümüdür. Biz təntənəli yığıncaqla yanaşı Qızıl meydanda hərbi parad da keçirmək istəyirik. Cəbhədəki vəziyyət buna imkan verəcəkmi?

Jukov yenə də qətiyyətlə cavab verir:

- Mən əminəm ki, yaxın günlərdə alman qoşunlarının hücum planı yoxdur. Ötən döyüşlərdə düşmən qüvvələri böyük itkilər verib. Hazırda onlar qoşunlarının bərpası ilə məşğuldurlar.

 

Stalin başı ilə razılığını bildirir və daha iki yüksək çinli hərbçiyə, general Artyomova və general Jiqaryova müraciət edir:

- Oktyabr bayramında hərbi paradın keçirilməsinə siz necə baxırsınız?

Generallar susurlar. Stalin sualını yenidən və bir az əsəbi tərzdə təkrar edir:

- Bayramda hərbi parad keçirəcik, yoxsa yox, nə düşünürsünüz?

General Artyomov inamsız şəkildə cavab verir:

- Yoldaş Stalin mövcud vəziyyət bir az başqa cür tələb edir. Həm də Moskvada qoşunlarımız yoxdur axı. Bütün hərbi birləşmələr ön xəttədir. Belə vəziyyətdə hərbi parad keçirmək məqsədəuyğyndurmu?

Stalin generalın cavabına kinayə ilə gülümsəyir:

- Bu sizin fikrinizdir. Dövlət Müdafiə Komitəsi və Siyasi büro isə belə hesab edir ki, parad keçirilməlidir. Bu tədbir ordumuzun şəxsi heyətində və insanlarda böyük ruh yüksəkliyinə səbəb olacaq. Biz bu paradı keçirəcəyik. Parada hazırlıq işi tam məxfi saxlanılmalıdır.

 

Beləliklə Dövlət Müdafiə Komitəsi və Siyasi büro qərara gəlir ki, 1941-ci ilin Noyabrın 7-də Oktyabr bayramı ilə bağlı hərbi parad Qızıl meydanda, təntənəli yığıncaq isə metronun “Mayakovski” stansiyasında keçirilsin.

 

Qəbul olunmuş qərara uyğun olaraq Moskvanın qarlı 7 noyabr günündə səhər Qızıl meydanda parad keçirilir və bu paradda Stalin təbrik nitqi ilə sovet vətəndaşlarını təbrik edir.

 

Müharibə xəritəsinin rəqib tərəfində isə tamam başqa hadisələr cərəyan edir. Həmin tarixi parad günü Hitler səhər yatağından qalxan kimi radionu işə salır. Bu həmin vaxta təsadüf edir ki, Qızıl meydanda parad keçirilir. Bir an baş verənlər Hitlerə çatmır. O bir neçə dəqiqə də radio vasitəsi ilə  paradın canlı yayımına qulaq asır və qəzəbindən qışqırmağa başlayır:

- İnanmıram, bu mümkün deyil, ola bilməz!

 


Qışqırığa oyanan Yeva nə baş verdiyini soruşanda Hitler qəzəbdən boğulu-boğula cavab verir:

- Qulaq as gör nələr baş verir. Mən buna inanmaq istəmirəm. Bu uçurum deməkdir, bu alman ordusu üçün biabırçılıqdır. Mən dünyaya bəyan etmişdim ki, noyabrın 7-də paradı mən qəbul edəcəm, meydandan alman qoşunları keçəcək. Mən buna dözə bilmərəm, ürəyim parça-parça olacaq.

 

Yeva sevimlisini sakitləşdirməyə cəhd etsə də Hitlerin hiddəti azalmır. O düyməni basıb ordu rəhbərlərini təcili öz sarayına çağırır. Fürer generalları uzun-uzadı danladıqdan sonra ürəyi yenə də soymur. Dəstəyi qaldırıb Moskva yaxınlığındakı alman qoşunlarının komandiri ilə calamağı əmr edir. Rabitə yaradılır. General rütbəli dviziya komandiri özünü sona qədər təqdim etməyə macal tapmır. Hitler onun sözünü yarımçıq qoyur:

- Siz general deyilsiniz, eşşəksiniz. Gözünüzün qabağında ruslar parad keçirir, siz isə donuz kimi yatırsınız.

- Mənim Fürerim, hava şəraiti uçuşlara imkan vermir

- Əsl təyyarəçi istənilən havada uçmağı bacarır. Məni ən yaxşı təyyarəçilərlə calayın.

Dəstəyi yaxınlıqda olan ober-leytenanta verirlər:

- Mənim Fürerim ober-leytenant sizi eşidir

- Siz əsl almansınız, mən inanıram ki, siz ən yaxşı təyyarəçisiniz, siz artıq ober-leytenant deyilsiniz, kapitansınız, yox-yox mayorsunuz. Elə indi, bu dəqiqə qırıcıları havaya qaldırın, Qızıl meydanı bombalayın.

 

Qızıl meydanda hərbi parad sona çatmışdı. Almanların qırıcıları isə sovet qoşunları tərəfindən məhv edilmişdi.

 

Generallar Hitlerin sarayını tərk etdikdən sonra Yeva ona yaxınlaşır:

- Adolf, sən gərək heç olmasa şalvarını geyinəydin

- Nə olub bəyəm, mən belə pis görünürəm?

- Yox ona görə demirəm, sadəcə tabeçiliyində olan məmurların qarşısına alt paltarda çıxmaq yaxşı hal deyil

- Lap yaxşıdır, Füreri şalvarsız da sevmək lazımdır.

 

İlham Cəmiloğlu

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb
24.10.2017, 00:57

Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb

Bərdənin su təchizatında problem yarandı
24.10.2017, 00:43

Bərdənin su təchizatında problem yarandı

Ölkədə seysmik vəziyyətin fon səviyyəsi 8-9 baldır - Video
24.10.2017, 00:17

Ölkədə seysmik vəziyyətin fon səviyyəsi 8-9 baldır - Video

İlin ən yaxşı məşqçisi Zidan oldu
24.10.2017, 00:01

İlin ən yaxşı məşqçisi Zidan oldu

Gürcüstanda azərbaycanlı qətlə yetirildi
23.10.2017, 23:46

Gürcüstanda azərbaycanlı qətlə yetirildi

Bakıda xarici qonaqlara xüsusi taksilər xidmət göstərəcək
23.10.2017, 23:26

Bakıda xarici qonaqlara xüsusi taksilər xidmət göstərəcək

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri istefa verir
23.10.2017, 23:07

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri istefa verir

Yağın ardınca pendir də bahalaşdı - VİDEO
23.10.2017, 22:48

Yağın ardınca pendir də bahalaşdı - VİDEO

Cənubi Qafqaz dünyanın ən hərbiləşdirilmiş bölgələrindən biridir
23.10.2017, 22:31

Cənubi Qafqaz dünyanın ən hərbiləşdirilmiş bölgələrindən biridir

Ukrayna prezidentinə sui-qəsd ...
23.10.2017, 22:17

Ukrayna prezidentinə sui-qəsd ...

ABŞ-ın dövlət katibi Bağdada gəldi
23.10.2017, 22:01

ABŞ-ın dövlət katibi Bağdada gəldi

Pan-Afrika Parlamentinin prezidenti Heydər Əliyev Mərkəzində oldu
23.10.2017, 21:46

Pan-Afrika Parlamentinin prezidenti Heydər Əliyev Mərkəzində oldu

İşğal olunmuş torpaqda İŞĞALÇINI MƏĞLUB ETMƏK HƏQİQƏTİ...
23.10.2017, 21:31

İşğal olunmuş torpaqda İŞĞALÇINI MƏĞLUB ETMƏK HƏQİQƏTİ...

Gürcüstanda Azərbaycan vətəndaşı həbs edildi - Rəsmi
23.10.2017, 21:13

Gürcüstanda Azərbaycan vətəndaşı həbs edildi - Rəsmi

Çeçenistanda silahlı insident: 4 ölü
23.10.2017, 20:57

Çeçenistanda silahlı insident: 4 ölü

Müsavatçılar Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşacaq
23.10.2017, 20:43

Müsavatçılar Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşacaq

Gürcüstanın baş naziri Bakıya gəlir
23.10.2017, 20:29

Gürcüstanın baş naziri Bakıya gəlir

İtaliyada meşə yanğınları səbəbindən əhalinin təxliyyəsinə başlanılıb
23.10.2017, 20:16

İtaliyada meşə yanğınları səbəbindən əhalinin təxliyyəsinə başlanılıb

Ermənistan ordusunun daha 3 hərbi qulluqçusu fərarilik edib
23.10.2017, 20:02

Ermənistan ordusunun daha 3 hərbi qulluqçusu fərarilik edib

"Çudo Peçka”nın 27 əməkdaşı dindirilib
23.10.2017, 19:51

"Çudo Peçka”nın 27 əməkdaşı dindirilib

Penitensiar Xidmətin üç əməkdaşı istintaqa cəlb edilib
23.10.2017, 18:55

Penitensiar Xidmətin üç əməkdaşı istintaqa cəlb edilib

Avropa Birliyi Ermənistanın təxribatları barədə məlumatlandırılıb
23.10.2017, 18:40

Avropa Birliyi Ermənistanın təxribatları barədə məlumatlandırılıb

Sabahdan güclü geomaqnit qasırğası başlayır
23.10.2017, 18:31

Sabahdan güclü geomaqnit qasırğası başlayır

Şəkidə yol tikintisinə 4,8 milyon manat ayrıldı
23.10.2017, 18:16

Şəkidə yol tikintisinə 4,8 milyon manat ayrıldı

Rəsulzadənin ailəsi ilə SON GÖRÜŞÜ...
23.10.2017, 18:11

Rəsulzadənin ailəsi ilə SON GÖRÜŞÜ...

Abel Məhəmmərovdan birinci kurs tələbələrinə çağırış
23.10.2017, 18:05

Abel Məhəmmərovdan birinci kurs tələbələrinə çağırış

Kamal Abdulla BMT nümayəndəsi ilə görüşüb
23.10.2017, 17:49

Kamal Abdulla BMT nümayəndəsi ilə görüşüb

Növbəti 3 gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir
23.10.2017, 17:44

Növbəti 3 gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir

Manat və dolların sabahkı məzənnəsi
23.10.2017, 17:22

Manat və dolların sabahkı məzənnəsi

İraq kürdləri Bağdaddan sülh istədi
23.10.2017, 17:20

İraq kürdləri Bağdaddan sülh istədi

Uşaqların dini mərasimlərə aparılması rəsmən QADAĞAN OLUNUR  
23.10.2017, 17:17

Uşaqların dini mərasimlərə aparılması rəsmən QADAĞAN OLUNUR  

Tovuzda usta iş yerində "laqonda" ilə əlini doğradı
23.10.2017, 17:15

Tovuzda usta iş yerində "laqonda" ilə əlini doğradı

Cocuq Mərcanlının günəşli payızı - REPORTAJ
23.10.2017, 17:09

Cocuq Mərcanlının günəşli payızı - REPORTAJ

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir - QALMAQAL
23.10.2017, 17:06

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir - QALMAQAL

Hadı Rəcəbli üslubu
23.10.2017, 17:06

Hadı Rəcəbli üslubu

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(4.88%)
“Azərişıq”(24.8%)
“Azərsu”(9.02%)
“Azəristiliktəchizat”(3.00%)
Heç biri(58.2%)