Modern.az

Azay Quliyev: “Azərbaycan informasiya müharibəsində müdafiədən hücuma keçməyə nail olub”

Azay Quliyev: “Azərbaycan informasiya müharibəsində müdafiədən hücuma keçməyə nail olub”

3 May 2011, 17:21

saytı Azərbaycanın dövlət müstəqilliyinin 20 illik yubleyi ilə bağlı “Müstəqilliyimizin şərəfli tarixi” adlı yeni layihəyə start verib. Bu barədə saytın baş redaktoru Elşad Eyvazlı məlumat verib. Layihə çərçivəsində müstəqilliyimizin bərpasından keçən 20 illik zamanla bağlı çeşidli araşdırmalar aparılacaq, Müstəqillik Aktının qəbulunda iştirak edən, həmçinin, tarixə “istiqlalçı deputatlar” kimi düşən millət vəkilləri ilə müsahibələr təqdim olunacaq. Bununla yanaşı, həyatlarını dəyişmiş deputatların ailə üzvləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

 

Layihə çərçivəsində müstəqilliyin bərpasının ilk illərində qanunvericilik və digər sahələrdə görülən işlər, sənədlər, faktlar araşdırılacaq və bununla bağlı yazılar sayta qoyulacaq. Layihənin sonunda bütün yazılar toplanaraq kitab şəklində çap ediləcək. 

 

Modern.az

 

****

Bu, erməni təcavüzünün aradan qaldırılmasının mühüm bir həlqəsi hesab edilə bilər

Modern.az saytının suallarını Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev cavablandırır.

- Azay müəllim, dövlət başçısı müstəqilliyimizin 20 illiyinin təntənəli keçirilməsi ilə bağlı göstərişlər verib. Rəhbəri olduğunuz Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Şurasının müstəqilliyin 20 illiyi ilə bağlı hansı layihələri var?

- Mən cənab Prezidentin müstəqilliyimizin 20 illiyinə həsr edilmiş dövlət tədbirlərinin keçirilməsi ilə bağlı qəbul etdiyi qərarları  yüksək qiymətləndirirəm. Hazırlanan ümumi fəaliyyət planı çərçıvəsində ayrı-ayrı sahələr üzrə tədbirlərin də təşkili gözlənilir. Şurada biz də bu məsələni müzakirə etdik və belə qərara gəldik ki, müstəqilliyin 20 illiyi ilə bağlı bir kitab çap edək. QHT-lər haqqında ən mühüm məlumatlar, onların müstəqillik dövründəki fəaliyyəti, əldə etdikləri uğurlar və eləcə də QHT sektorunun tanınmış simaları və bu kimi məlumatları özündə əks etdirən ensiklopediya xarakterli bir kitabın  hazırlanmasını planlaşdırmışıq. Bunun üçün biz bir redaksiya heyəti yaratmaq və bura QHT sektorundan olan ekspertləri bu kitabın hazırlanmasına cəlb etməyi düşünürük. Ümid edirəm ki, belə bir nəşr QHT sektorunun fəaliyyətinə işıq tutmaqla yanaşı, müstəqilliyimizin il dönümünə də mühüm bir töhfə olacaq.

- Müstəqillik dönəmində əldə etdiyimiz vətəndaş cəmiyyətinin yeni təsisatlarından əsasını QHT-lər təşkil edir. Onların müstəqilliyimizin gücləndirilməsində olan mövqeyini necə qiymətləndirmək olar?

- Həqiqətən də müstəqil və demokratik dövlətin ən mühüm atributlarından biri də müstəqil QHT sektorunun olmasıdır. İctimai birliklərin tarixi bir neçə əsr əvəllərə gedib çıxsa da, QHT-lər dünyada  bir institut olaraq məhz XX əsrdə formalaşmağa başladı. Azərbaycanda isə bu formalaşma dövrünün böyük bir hissəsi sovetlər dönəminə təsadüf edir. Sovetlər dönəmində bilirsiniz ki, sözün əsl mənasında müstəqil Qeyri-Hökumət Təşkilatları yox idi. Məhz müstəqillik əldə etdikdən sonra bütün bu qadağalar aradan qalxdı. Vətəndaşlar könüllü şəkildə birləşərək istədikləri sahədə QHT yarada bildilər. Mən hesab edirəm ki, müstəqil QHT-lərin tarixi də müstəqil dövlətin tarixi ilə eyni vaxta təsadüf edir. Mən hətta deyərdim ki,  müstəqillik və ya milli-azadlıq hərəkatının genişlənməsində ictimai birliklərin böyük rolu olub. 80-ci illərin sonlarında yaranmış “Vətən” cəmiyyəti kimi qurumlar əslinə baxanda müstəqillik ideyasının carçısı idilər. İnformasiya blokadasında olan ölkənin, xüsusi ilə Ermənistan tərəfindən təcavüzə məruz qalan ölkənin danışan səsi idilər.

1991-ci ilin oktyabrında dövlət müstəqilliyimiz rəsmi elan olunduqdan sonra QHT-lər də yeni şəraitdə fəaliyyət göstərməyə başladılar. Əgər xatırlayırsınızsa, o zaman yaranan QHT-lərin əksəriyyəti məhz humanitar sahədə formalaşmışdı. Ötən əsrin 90-cı illərin əvvəllərində bizim ən böyük problemimiz qaçqınlar, məcburi köçkünlər, müharibədən əziyyət çəkənlər idi. Vətəndaşlar həmin dövrdən başlayaraq, dövlətin, cəmiyyətin üzərində olan yükün bir hisssəsini öz üzərlərinə götürməyə cəhd etdilər. Bu problemlərin həllində öz töhfələrini verməyə başladılar. Bunlar da müxtəlif formalarda təzahür edirdi. Qaçqın və məcburi köçkünlərə, imkanasız ailələrin problemlərinin həllinə, şəhid ailələrinə, veteranlara, qazilərə maddi dəstəyin verilməsində QHT-lər mühüm rolu olub. O dövrdən başlayaraq dövlətimiz inkişaf etdikcə QHT-lər də inkişaf etməyə başladı. Dövlətimiz ağır və çətin sınaqlardan keçdi. Mən hesab edirəm ki, dövlətin inkişafında, dövlətçiliyin qurulmasında QHT-lərin öz imkanları çərçivəsində mühüm rolu olub. Hazırda QHT-lərin ən böyük missiyası dövlət müstəqilliyini göz-bəbəyi kimi qoruyub saxlamaq, dövlətimizin inkişafı və rifahı naminə  əlindən gələni etməkdir.

- Bizim QHT-lər müstəqil Azərbaycanı dünya çapına çıxara bilirlərmi?

- QHT-lərin böyük bir tribunası var və beynəlxalq aləmdə onların sözü və səsi eşidilir. Mən xatırlayıram ki, müstəqilliyimizin əvvələrində iştirak etdiyimiz əksər  beynəlxalq forumlarda hardansan sualına cavab verən zaman Azərbaycan haqqında demək olar ki, məlumatatın omadıöının şahidi olurduq.

Azərbaycan hansı ölkədir, harda yerləşir, onlar bunu bilmirdilər. Ancaq  keçmiş sovetlər birliyinin adını çəkəndə  bizim hansı coğrafiyadan gəldiyimizi daha tez anlayırdılar. İndi isə Azərbaycanın hər-tərəfli inkişafı, xüsusilə  Ulu Öndər Heydər Əliyevin, eyni zamanda  cənab Prezidentin ölkəmizin tanıdılması istiqamətində atdıqları məqsədyönlü addımlar vəziyyətin  köklü şəkildə dəyişməsinə gətirib çıxartdı. QHT-lər isə ölkəmizin dünya çapında tanıtımı işinə öz töhfələrini verməklə dövlətin bu sahədə gördüyü işi tamamlamağa çalışırlar. Yalnız bir faktı deməklə fikrimi tamamlamaq istərdim. Əgər müstəqilliyin ilk illərində ermənilər Azərbaycan xalqını bütün dünyaya mənfi, özlərini isə zərərçəkmiş obrazda təqdim etməyə nail olmuşdularsa, son 15 ildə aparılan işin nəticəsində erməninin bu yalanı ifşa edilmiş və  əsl  həqiqət üzə çıxmışdır. İndi artıq Azərbaycan informasiya müharibəsində ən azından müdafiədən hücuma keçməyə nail olmuşdur ki, bu da erməni təcavüzünün aradan qaldırılmasının mühüm bir həlqəsi hesab edilə bilər.

- QHT-lərimiz cəmiyyətin problemlərinin həlli yolunda üzərlərinə düşən yükü çəkə bilirlərmi?

- Mən qeyd edim ki, ən azından onlar buna cəhd edirlər. Əlbəttə, bu yükü çəkmək üçün gərək QHT-lərin gücü, qüvvəsi və təcrübəsi də olsun. Mütləq əksəriyyəti haqqında onu deyə bilərəm ki, onlar bu yükün ağırlığını və məsuliyyətini dərk edirlər, bunun fərqindədirlər və bu yükü çəkməyə hazırdırlar. Əslində QHT-lər ölkənin intellektal cəbbəxansında mühüm yerə malikdirlər və onlar həm də cəmiyyətin düşünən beynidirlər. QHT-lərdə vətəninə, xalıqna təmənnasız xidmər edən çox  fədakar insanlar var. Bu isə cəmiyyətin problemlərinin həllində onların üzərinə düşən vəzifənin layiqincə yerinə yetirməsinə imkan verir.

- Müstəqilliklə birgə Qarabag problemi də ortaya çıxdı. Bu məsələnin həllində QHT-lərin rolu nədən ibarətdir? Onlar bu iatiqamətdə hasnı işləri görürlər?

- Mən hesab edirəm ki, QHT-lər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan mübarizənin önündədirlər və önündə də olmalıdırlar. Bu gün Qeyri-Hökumət Təşkilatlarının səsi və mövqeyi xaricdə daha çox qəbul olunur. Çünki onlar adi vətəndaşların təmsilçisi kimi çıxış edirlər və  buna görə söylədikləri daha çox obyektiv təsəvvür yaradır. O baxımdan düşünürəm ki, Qarabağ probleminin ədalətli həllində QHT-lərin görə biləcəyi çox böyük işlər var. Ədalət naminə demək lazımdır ki, işğal faktorunun dünya ictimaiyyətinə çatdırılmasında QHT-lərin gördüyü çoxlu işlər olub. Son illər Heydər Əliyev Fondu tərəfindən bu istiqamətdə çox mühüm layihələr həyata keçirilib və onlar öz müsbət nəticələrini verməkdədir.

Şura da bu prosesdə yaxında iştirak etməyə və QHT-lərin irəli sürdüyü təşəbbüsləri dəstəkləməyə çalışır. Düşünürəm ki, bu məsələdə cəmiyyətin potensialı hələ tam şəkildə istifadə olunmayıb. Biz öz adımızdan deyə bilərik ki, QHT-lərin bu istiqamətdə istənilən təşəbbüsünün reallaşdırılması üçün əlimizdən gələn köməyi bundan sonra da etməyə hazırıq.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir