Modern.az

Azərbaycana Avstriya və Almaniyadan mal-qara gətirildi

Azərbaycana  Avstriya və Almaniyadan  mal-qara gətirildi

9 İyun 2017, 10:58

Bu il Azərbaycana 1600 başdan çox qaramal idxal olunub. Bu barədə Modern.az-a Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev məlumat verib.

O bildirib ki, qaramal əsasən, Avstriya və Almaniyadan gətirilib:

“Heyvanlar simmental, holşteyn-friz cinsindəndir”.

Qeyd edək ki, ümumilikdə 2009-cu ildən 2017-ci il mayın 1-dək olan dövrdə 23668 baş iribuynuzlu cins damazlıq heyvan alınaraq ölkəyə gətirilib, həmin heyvanlar 720 fiziki və hüquqi şəxsə lizinq yolu ilə güzəştli şərtlərlə satılıb.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı