Modern.az

Azərbaycan qızıl ixracından 35 milyon manat əldə edib” - MÜSAHİBƏ

 “ Azərbaycan qızıl ixracından 35 milyon manat əldə edib” - MÜSAHİBƏ

9 İyun 2017, 12:00

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibi Vüqar Babayev Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

 

- Hazırda "AzerGold"un fəaliyyət istiqamətləri nədən ibarətdir? 2015-ci ildən sərəncam verilib. Bəs tam olaraq nə vaxt fəaliyyətə başlamısınız?

 

- “AzərGold” Qapalı Səhmdar Cəmiyyəti  (QSC) 2015-ci ildə cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsis olunub. 2016-cı il may ayında təsdiq olunan nizamnamə ilə Cəmiyyətin fəaliyyət istiqamətləri bu cür müəyyən olunub: Cəmiyyətin əsas məqsədləri əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir.

Ötən il iyulun 5-də Cəmiyyət dövlət qeydiyyatına alınıb və fəaliyyətə başlayıb. 

 Naxçıvan MR, Balakən, Daşkəsən və Göygöl rayonlarında yerləşən yataq və perspektiv ərazilərdə geofiziki və buruq qazma kimi geoloji kəşfiyyat işlərinin, həmçinin məlum filiz sahələrində ilkin tədqiqat, texniki iqtisadi dəyərləndirmə işlərinin aparılması üzrə lazımi tədbirlər görülür. Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsində (ÇFES) emal prosesi bərpa olunub

 

- Bu günədək nə qədər qızıl və gümüş məmulatları istehsal edə bilmisiniz?

 - “AzerGold” QSC may ayında 66 ədəd qızıl-gümüş tərkibli xəlitəni saflaşdırılması üçün İsveçrəyə göndərib və beynəlxalq birjada satılmasına nail olub. Bu ixracdan 35 milyon manata yaxın gəlir əldə edilib. Yaxın gələcəkdə daha 72 ədəd xəlitənin göndərilməsi planlaşdırılır.

 

- Xammalı əsasən haradan alırsınız? Azərbaycandakı qızıl yataqlarından faydalana bilirsinizmi?

 

- “AzerGold” QSC qızıl və gümüş istehsalı üçün lazımi xammalı - filizi ölkə ərazisində yerləşən filiz mədənlərindən əldə edəcək. Hazırda Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsindəki mədəndən çıxarılır.

- İstehsal texnologiyası ilə bağlı məlumat vermənizi istərdik.

 - Hər mədən öz xüsusiyyətinə görə fərdi yanaşma tələb edir. Bunun üçün mədənlərdə tədqiqat, geoloji, geofiziki kəşfiyyat, texniki dəyərləndirmə işləri aparılır və bu araşdırmaların əsasında emal texnologiyası müəyyən edilir. Hazırda Çovdarda filiz emalının yerüstü mərhələsi (oksid mərhələ) icra olunur və bu mərhələ üçün dünyada ən qabaqcıl üsul hesab olunan topa aşındırma ilə emal texnologiyası tətbiq olunur.  Bu texnologiya üzrə mədəndə partlatma işləri görülür, qaya parçaları və filiz kütləsi yükləni və xırdalanması üçün qırıcı sahəyə göndərilir. Aqlomerasiya olunmuş xırdalanmış filiz kütləsi qələviləşdirmə yolu aşındırıldıqdan sonra əlvan metallar aktivləşdirilmiş kömür vasitəsilə tutulur və elektroliz üsulu ilə metallar hasil edilərək qızıl-gümüş tərkibli xəlitələr tökülür.

Gülşən RAUFQIZI

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı